Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-6/2021 04.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh2 iştirakı ilə «xxxx» KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı Borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 649,26 manat əsas borc, 290,85 manat faiz borcu, 129,84 manat cərimə borcu, cəmi 1069,95 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 03 mart 2017-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh2 tərəfindən 08 iyun 2018-cı il tarixdə məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin 11 iyun 2018-cı il tarixli qərardadına əsasən 03 mart 2017-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2018-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçı «xxxx» KB ASC-nin tələbi təmin edilmiş, Cavabdeh2 ərizəsinə əsasən məhkəmənin 26 noyabr 2018-cı il tarixli qərardadına əsasən Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2018cı il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək baxılması üçün təyin edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat Cavabdeh1 hüquq varisi müəyyən edilənə qədər dayandırılmışdır, məhkəmənin 15 mart 2021-cı il tarixli qərardadına əsasən Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraat təzələnərək baxılması üçün təyin edilmişdir. İddiaçı «xxxx» KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2014-cü il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20000 manat məbləğində 60 ay müddətinə 12 avqust 2014-cü il tarixinədək müddət ərzində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 12 avqust 2014-cü il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 33% ödəmək şərti ilə 2000 manat kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 12 avqust 2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 «xxxx» KB ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 19 yanvar 2017-cı il tarixə 649,26 manat əsas borcu, 290,85 manat faiz borcu, 129,84 manat cərimə borcu, cəmi 1069,95 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 649,26 manat əsas borc, 290,85 manat faiz borcu, 129,84 manat cərimə borcu, cəmi 1069,95 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiklərini və işə iştirakları olmadan baxılmasını xahiş etdiklərini bildirmişdir, həmçinin göndərdiyi izahat əzirəzində bildirmişdir ki, Cavabdeh1 18 aprel 2017-ci ildə vəfat etmişdir, əsas borclu tərəfindən sonuncu ödəniş 11 sentyabr 2015-ci ildə olunmuşdur, əsas borclu öz öhdəliyini hələ vəfat etməmişdən əvvəl öz sağlığı dövründə pozmuşdur. 30 may 2018-ci ildə olan ödəniş isə müqavilə üzrə zamin olan Cavabdeh2 əməkhaqqısından tutulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o,əsas borclu olan mərhum Cavabdeh1 zamin durmuşdur. Hesab edirdi ki, mərhum əsas borclu bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcəkdir. Hazırda əsas borclunun öhdəliyi üçün məsuliyyət daşımaq istəmir. Odur ki,iddianın ona qarşı olan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2014-cü il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20000 manat məbləğində 60 ay müddətinə 12 avqust 2014-cü il tarixinədək müddət ərzində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 12 avqust 2014-cü il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 33% ödəmək şərti ilə 2000 manat kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 12 avqust 2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 «xxxx» KB ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 19 yanvar 2017-cı il tarixə 649,26 manat əsas borcu, 290,85 manat faiz borcu, 129,84 manat cərimə borcu, cəmi 1069,95 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir.Cavabdeh1 18 aprel 2017-ci ildə vəfat etmişdir. Ağdaş rayon Notariat ofisinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, elektron notariat avtomatlaşdırılmış informasiya sistemində 18 aprel 2017-ci ildə vəfat etmiş mərhum Cavabdeh1 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin məhkəmənin sorğusuna 31 may 2021-ci il tarxli cavab məktubundan görünür ki, ünvan 1 ünvan X4 məxsusdur. X1 ailə üzvlərindən heç kim həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, ‘‘İpoteka haqqında '’ Azərbaycan Respublikası Qanununun 10.5. 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün sərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras acıldığı çündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əsər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, zaminlik müqaviləsi şərtlə bağlanmış müqavilə olduğundan öz-özlüyündə öhdəlik yaratmır. Öhdəliyin yaranması üçün əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımi qaydada icra etməməsi şərti baş verməlidir. Kredit alan əsas borclu kredit dövrünə münasibətdə öhdəliyi lazımınca icra etməmişdir, belə ki, əsas borclu mərhum Cavabdeh1 tərəfindən kredit üzrə son ödəniş 11 sentyabr 2015-ci il tarixdə olmuş, Cavabdeh1 isə 18 aprel 2017-ci il tarixdə vəfat etmişdir. Həmçinin əsas borclunun hüquq varisləri müəyyən edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borclunun sağlığı dövründə öhdəlik lazımi qaydada icra edilmədiyi üçün öhdəliyin icrası zaminlik müqaviləsi əsasında zamin tərəfindən təmin edilməlidir. Kredit müqaviləsi üzrə 129,84 manat dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 649,26 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 129,84 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 129,84 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 5 manat həddində təmin edilməlidir. Həmçinin borc üzrə məhkəməyə müraciət olunduqdan sonra 69 manat Cavabdeh2 əmək haqqından tutulması nəzərə alınaraq həmin məbləğ əsas borcdan çıxılmalı, əsas borc məbləği 580,26 manat kimi nəzərə alınmalıdır. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. 10 manat dövlət rüsumu isə Cavabdeh2 tutularaq dövlət mədaxilinə keçirilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 580,26 manat əsas borc, 290,85 manat faiz borc, 5 manat cərimə borcu, cəmi 876,11 manat (səkkiz yüz yetmiş altı manat on bir qəpik) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilsin. Cavabdeh2 10 (on) manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-6/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-6/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver