Məhkəmə qərarları › İş №2(014)-6/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-6/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-6/2022 23.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair işə 23 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon X5 İdarəsi tərəfindən ona dəymiş 1800 (bir min səkkiz yüz) manat ziyanlığın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsini dolandırmaq üçün günə muzd fəhləlik edir və bu məqsədlə fəhləliklə əldə etdiyi pula bir baş yanı balalı camış almışdır. Həmin camışın südünü və qatığını sataraq ailəsini dolandırmaq istəyirdi. Təxminən iyun ayının 2-də malları otaran şəxs heyvanları suvarmaq üçün kəndlərində yerləşən su kanalına aparmışdır. Həmin ərazidə yerləşən su kanalının içərisində baş tərəfləri açıq vəziyyətdə olan iri boruların içərisinə düşən camışı boğulub ölmüşdür. Həmin borular açıq vəziyyətdədir hətta insanların həyatı üçün də təhlükəlidir. Onun camışından başqa həmin boruya 4 baş iri buynuzlu heyvan düşərək boğulub ölmüşdür. Ağdaş rayon X5 İdarəsinin nəzdində olan həmin boruların kənarları çəpərlənməmiş, heç bir təhlükəsizlik tədbirləri görülməmişdir.Onun maddi vəziyyəti olduqca ağırdır və heç bir yerdən əlavə gəliri və qazancı yoxdur. Yalnız qazancı həmin camışın süt və qatığından əldə etdiyi gəlir idi. O həmin camışı fəhləliklə əldə etdiyi qazancı ilə almışdır. Dəfələrlə həmin idarənin rəhbərliyinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Ağdaş rayon Kamil-M-MMC–nin 12 avqust 2020-ci il tarixli arayışından müəyyən olunur ki, hazırda bir baş yanı balalı diri çəkisi 400 kiloqram olan camışın orta bazar qiyməti 1800 manatdır. Lakin cavabdeh ona vurduğu maddi ziyanla razılaşmamış, həmin maddi ziyanı dəfələrlə deyilməsinə baxmayaraq könüllü ödəmək istəmir və hər dəfə vurduğu ziyanın əvəzini ödəməyəcəyini bildirmişdir. Cavabdeh ona vurduğu 1800 manat zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş ziyanın ödənilməsinə dair mülki mübahisə məhkəm qaydasında həll edilməlidir. İddiaçı məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə İddiaçı məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məkəmə iclasında iddia ərizəsini etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, Abad kəndinin 1265 ha ümumi torpaq sahəsi vardır.Bu sahələrin suvarılmasına Kür çayı üzərində qurulmuş Pirəzə MSİ-yə (indiki Ağdaş SSİ-yə) məxsus 2 ədəd Abad-1 və Abad -2 elektrik nasos stansiyaları xidmət edir. Pirəzə MSİ-nin balansında 413.69 km kanal və arxlar vardır. Bunlardan 69.63 km təsərrüfatlararası, 344 km isə təsərrüfatdaxili kanallardır. Abad kəndində xidmət edən Abad suvarma kanalının uzunluğu 8.1 km-dir. Su aparma qabiliyyəti 2.5 kub m-dir. Üzərində 64 ədəd müxtəlif işlərə xidmət edən hidrotexniki qurğular vardır. Kanal tam torpaq məcralıdır. Mütəmadi olaraq texnika və əl üsulu ilə kanalda lildən və kol-kosdan təmizləmə işləri aparılır.Bu işlər vactında aparılmasa suvarmada problemlər yaranır. Pirəzə MSİ-yə (indiki Ağdaş SSİ-yə) məxsus böyük kanlların 80%-i təzyilqli kanallardır.Su kanalları nasoslar vasitəsi ilə vurulduğundan kanalda yaranmış hər hansı bir maneə ciddi ziyanlıqlar törədir. Belə ki, kanalda maneə yaranan zaman su kanalda çoxalır.kanalın və qurğuların dağılmasına səbəb olur. Nəticədə sistemə ciddi maddi ziyanlıq dəyir. İlin bütün aylarında suvarma aparılır. Həyətyanı sahələrə, pay torpaqlarına bələdiyyə və dövlət fond torpaqlarında daima suvarma işləri gedir. Yaranmış problemə görə stansıyanın işini dayandıran zaman kanllar torpaq məcralı olduğundan 2 saat müddətinə kanal tamamilə boşalır. Problem həll olub stansiya işini davam etdirdikdən sonra yenidən elektrik enerjsisi sərf olunmalı və kanal su ilə doldurulmalıdır.Bu da həm enerji həm də su itkisinə səbəb olmaqla idarəyə və təsərrüfatçılara ciddi ziyanlıq vurur. Abad kəndinin örüş üçün ayrılmış 200 ha və kənd sakinlərinə verilmiş ailə üzvlərinə məxsus pay torpaqları vardır. Kənd sakinləri öz malqaralarını ya örüşə ötürməli ya da öz pay və ya icarəyə götürdüyü torpaqlarda otarmalıdırlar. Hər bir hidrotexniki qurğunun yanında bir adam qoyulmalı deyil. Sahəyə baxan hidrotexnik, mirab və nəzarətçilər vardır. Bu adam kənd sakinlərinə suyun növbə ilə bölüşdürülməsi ilə məşğuldurlar. Mal-qara özbaşına təsərrüfatlara ziyanlıq vuraraq gəzməsinə sahibləri nəzarət etməlidirlər. Onların idarənin kadastr proqramında kanalların və qurğuların qarşısına maneə yaradan heç bir şey qoyulmalı deyil. Suvarma gecəgündüz davam etdiyiindən qurğuların qabağına qoyulan maneəyə ilişən kol-kos və digər zir-zibil sistemdə problemlər yaradır. Vətəndaşın malı sahibsiz qalaraq suya yatmaq üçün girib. Dediyi kimi kanal böyük və iti axan kanal olduğundan mal körpüyə pərçim olaraq ölmüşdür. Nəticədə sakinin özünə və idaryə ziyanlıq dəymişdir. Onlara dəyən ziyanlıq təxminən 5000 manatdan artıq edir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatı dinləyib, iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Abad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli 208 saylı arayışdan məlum olur ki, İddiaçı 1987-ci ildə Ağdaş rayon Abad kəndində anadan olmuş, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Abad kənd sakini İddiaçı bildirdiyinə görə ona məxsus bir baş çamışın düşüb tələf olduğu ərazidə yerləşən həmin qurğu Abad bələdiyyəsinin balansında deyildir. Qeyd edərək bildirilir ki, oların ərazilərində yerləşən həmin qurğu X5 İdarəsinn balansındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, Ağdaş rayon Abad kənd sakini İddiaçı Kamil MMC-nin nəzdində yaradılmış Ağdaş rayon mal-qara bazarına etdiyi şifahi müraciətinə əsasən bildirilir ki, hal-hazırda bir baş yanı balalı diri çəkisi təxminən 400 kq olan camışın orta bazar qiyməti 1800 (bir min səkkiz yüz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X6 İdarəsinin Abad kəndində baş vermiş hadisə ilə əlaqədar olan Arayışdan məlum olur ki, Abad kəndinin 1265 ha ümumi torpaq sahəsi vardır.Bu sahələrin suvarılmasına Kür çayı üzərində qurulmuş Pirəzə MSİ-yə (indiki Ağdaş SSİ-yə) məxsus 2 ədəd Abad-1 və Abad -2 elektrik nasos stansiyaları xidmət edir. Pirəzə MSİ-nin balansında 413.69 km kanal və arxlar vardır. Bunlardan 69.63 km təsərrüfatlararası, 344 km isə təsərrüfatdaxili kanallardır. Abad kəndində xidmət edən Abad suvarma kanalının uzunluğu 8.1 km-dir. Su aparma qabiliyyəti 2.5 kub m-dir. Üzərində 64 ədəd müxtəlif işlərə xidmət edən hidrotexniki qurğular vardır. Kanal tam torpaq məcralıdır. Mütəmadi olaraq texnika və əl üsulu ilə kanalda lildən və kolkosdan təmizləmə işləri aparılır.Bu işlər vactında aparılmasa suvarmada problemlər yaranır. Pirəzə MSİ-yə (indiki Ağdaş SSİ-yə) məxsus böyük kanlların 80%-i təzyilqli kanallardır.Su kanalları nasoslar vasitəsi ilə vurulduğundan kanalda yaranmış hər hansı bir maneə ciddi ziyanlıqlar törədir. Belə ki, kanalda maneə yaranan zaman su kanalda çoxalır.kanalın və qurğuların dağılmasına səbəb olur. Nəticədə sistemə ciddi maddi ziyanlıq dəyir. İlin bütün aylarında suvarma aparılır. Həyətyanı sahələrə, pay torpaqlarına bələdiyyə və dövlət fond torpaqlarında daima suvarma işləri gedir. Yaranmış problemə görə stansıyanın işini dayandıran zaman kanllar torpaq məcralı olduğundan 2 saat müddətinə kanal tamamilə boşalır. Problem həll olub stansiya işini davam etdirdikdən sonra yenidən elektrik enerjsisi sərf olunmalı və kanal su ilə doldurulmalıdır.Bu da həm enerji həm də su itkisinə səbəb olmaqla idarəyə və təsərrüfatçılara ciddi ziyanlıq vurur. Abad kəndinin örüş üçün ayrılmış 200 ha və kənd sakinlərinə verilmiş ailə üzvlərinə məxsus pay torpaqları vardır. Kənd sakinləri öz mal-qaralarını ya örüşə ötürməli ya da öz pay və ya icarəyə götürdüyü torpaqlarda otarmalıdırlar. Hər bir hidrotexniki qurğunun yanında bir adam qoyulmalı deyil. Sahəyə baxan hidrotexnik, mirab və nəzarətçilər vardır. Bu adam kənd sakinlərinə suyun növbə ilə bölüşdürülməsi ilə məşğuldurlar. Mal-qara özbaşına təsərrüfatlara ziyanlıq vuraraq gəzməsinə sahibləri nəzarət etməlidirlər. Onların idarənin kadastr proqramında kanalların və qurğuların qarşısına maneə yaradan heç bir şey qoyulmalı deyil. Suvarma gecə-gündüz davam etdiyiindən qurğuların qabağına qoyulan maneəyə ilişən kol-kos və digər zir-zibil sistemdə problemlər yaradır. Vətəndaşın malı sahibsiz qalaraq suya yatmaq üçün girib. Dediyi kimi kanal böyük və iti axan kanal olduğundan mal körpüyə pərçim olaraq ölmüşdür. Nəticədə sakinin özünə və idaryə ziyanlıq dəymişdir. Onlara dəyən ziyanlıq təxminən 5000 manatdan artıq edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon X5 İdarəsinin baş mühəndisi X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən məlum olur ki, Abad kənd sakini İddiaçı məxsus 1 ədəd iri buynuzlu mal Abad kanalına suya yatmaq üçün girib. Su sürətlə axdığından mal boruya pərçim olaraq tələf olmuşdur. İddiaçı tələb edir ki, ona dəymiş ziyanlıq ödənilsin. Lakin onlar bu iddianı tam rədd edirlər. İddia əsassız və qanunsuzdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş 27 may 2021-ci il tarixli 16/1-21 saylı məktuba əsasən “Ağdaş rayonun X1 üçün İrriqasiya və Drenaj şəbəkələrinin bərpası” Layihəsi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli 21/43 saylı məktubdan məlum olur ki, “Ağdaş rayonun X1 üçün İrriqasiya və Drenaj şəbəkələrinin bərpası” lahiyəsi üzrə tikinti quraşdırma işləri başa çatmışdır. Layihə üzrə hidrotexniki qurğuların və onların çıxış boruları üzərində heç bir qoruyucu vasitə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/3081 saylı məktubdan məlum olur ki, 20 may 2021-ci il tarixli 21/43 saylı “Ağdaş rayonun X1 üçün İrriqasiya və Drenaj şəbəkələrinin bərpası” lahiyəsinin rəhbəri T.İ.Məmmədovun məktubuna əsasən “Ağdaş rayonun X1 üçün İrriqasiya və Drenaj şəbəkələrinin bərpası” lahiyəsi üzrə aparılmış tikintiquraşdırma işləri başa çatmış və həmin layihə üzrə hidrotexniki qurğuların və çıxış boruları üzərində heç bir qoruyucu vasitələrin quraşdırılması nəzərdə tutulmamışdır.Konkret olaraq həmin su kanalının hidrotexniki qurğularının və çıxış boruların üzərində hər hansı bir qoruyucu vasitələrin nəzərdə tutulub tutulmaması və bununla tikinti norma və qaydalarına riayət edilib edilməməsi həmin layihənin texniki sənədlər və çizgilərinə əsasən əldə edilə bilər. Qeyd olunan layihə çizgilərin ekspertizaya təqdim edilməsi barədə dəfələrlə verilmiş vəsatətlər təmin edilmədiyinə görə qoyulmuş suallar üzrə konkret nətiəclərin verilməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 328 saylı məktubdan məlum olur ki, Abad kəndinin 1265 ha ümumi torpaq sahəsi vardır. Bu sahələrin suvarılmasına Kür çayı üzərində qurulmuş Pirəzə MSİ-yə (indiki Ağdaş SSİ-yə) məxsus 2 ədəd Abad-1 və Abad -2 elektrik nasos stansiyaları xidmət edir. Pirəzə MSİ-nin balansında 413.69 km kanal və arxlar vardır. Bunlardan 69.63 km təsərrüfatlararası, 344 km isə təsərrüfatdaxili kanallardır. Abad kəndində xidmət edən Abad suvarma kanalının uzunluğu 8.1 km-dir. Su aparma qabiliyyəti 2.5 kub m-dir. Üzərində 64 ədəd müxtəlif işlərə xidmət edən hidrotexniki qurğular vardır. Kanal tam torpaq məcralıdır. Mütəmadi olaraq texnika və əl üsulu ilə kanalda lildən və kol-kosdan təmizləmə işləri aparılır.Bu işlər vactında aparılmasa suvarmada problemlər yaranır. Pirəzə MSİ-yə (indiki Ağdaş SSİ-yə) məxsus böyük kanlların 80%-i təzyilqli kanallardır.Su kanalları nasoslar vasitəsi ilə vurulduğundan kanalda yaranmış hər hansı bir maneə ciddi ziyanlıqlar törədir. Belə ki, kanalda maneə yaranan zaman su kanalda çoxalır.kanalın və qurğuların dağılmasına səbəb olur. Nəticədə sistemə ciddi maddi ziyanlıq dəyir. İlin bütün aylarında suvarma aparılır. Həyətyanı sahələrə, pay torpaqlarına bələdiyyə və dövlət fond torpaqlarında daima suvarma işləri gedir. Yaranmış problemə görə stansıyanın işini dayandıran zaman kanllar torpaq məcralı olduğundan 2 saat müddətinə kanal tamamilə boşalır. Problem həll olub stansiya işini davam etdirdikdən sonra yenidən elektrik enerjsisi sərf olunmalı və kanal su ilə doldurulmalıdır.Bu da həm enerji həm də su itkisinə səbəb olmaqla idarəyə və təsərrüfatçılara ciddi ziyanlıq vurur. Abad kəndinin örüş üçün ayrılmış 200 ha və kənd sakinlərinə verilmiş ailə üzvlərinə məxsus pay torpaqları vardır. Kənd sakinləri öz malqaralarını ya örüşə ötürməli ya da öz pay və ya icarəyə götürdüyü torpaqlarda otarmalıdırlar. Hər bir hidrotexniki qurğunun yanında bir adam qoyulmalı deyil. Sahəyə baxan hidrotexnik, mirab və nəzarətçilər vardır. Bu adam kənd sakinlərinə suyun növbə ilə bölüşdürülməsi ilə məşğuldurlar. Mal-qara özbaşına təsərrüfatlara ziyanlıq vuraraq gəzməsinə sahibləri nəzarət etməlidirlər. Onların idarənin kadastr proqramında kanalların və qurğuların qarşısına maneə yaradan heç bir şey qoyulmalı deyil. Suvarma gecəgündüz davam etdiyiindən qurğuların qabağına qoyulan maneəyə ilişən kol-kos və digər zir-zibil sistemdə problemlər yaradır. Vətəndaşın malı sahibsiz qalaraq suya yatmaq üçün girib. Dediyi kimi kanal böyük və iti axan kanal olduğundan mal körpüyə pərçim olaraq ölmüşdür. Nəticdə sakinin özünə və idaryə ziyanlıq dəymişdir. Onlara dəyən ziyanlıq təxminən 5000 manatdan artıq edir. Lakin mübahisələrə səbəb olmaması üçün heç bir iddia iləri sürməmişdirlər. Abad kəndindəki sözügedən kanal 1953-cü ildən kolxoz vaxtından istismara verilmişdir. Kanalın texniki xəritəsi və pasportu yoxdur. Kanalın texniki göstəriciləri belədir. Abad kəndinə xidmət edən Abad suvarma kanalının uzunluğu 8.1 kmdir. Su aparma qabiliyyəti 2.5 kubm-dir. Üzərində 64 ədəd müxtəlif işlərə xidmət edən hidrotexniki qurğular vardır. Azərbaycan Respublikası Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı kənd ərazisində yerləşən su kanalının içərisində baş tərəfləri açıq vəziyyətdə olan iri boruların içərisinə düşən camışı boğulub ölmüşdür. İddiaçı Ağdaş rayon X5 İdarəsinin nəzdində olan həmin boruların kənarları çəpərlənmədiyindən və heç bir təhlükəsizlik tədbirləri görülmədiyindən camışının öldüyünü bildirərək, cavabdeh "xxxx" ASC-dən ona dəyən ziyanın ödənilməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş X6 İdarəsinin Abad kəndində baş vermiş hadisə ilə əlaqədar olan arayışdan məlum olur ki, iddiaçının camışının ölməsi cavabdeh idarənin təqsirli hərəkətlərinə görə deyil, iddiaçının özünə məxsus olan iribuynuzlu heyvanı nəzarətsiz qoyması, həmin malın körpüyə pərçim olması nəticəsində baş vermişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş arayışda idarənin kadastr proqramında kanalların və qurğuların qarşısına maneə yaradan heç bir şey qoyulmalı olmadığı, suvarma gecəgündüz davam etdiyindən, böyük və iti axan kanal olduğundan qurğuların qabağına qoyulan maneəyə ilişən kol-kos və digər zir-zibil sistemdə problemlər yaratdığı qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, camışın məhv olmasında cavabdehin təqsiri olmadığından, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. İddiaçı əmlakına cavabdeh "xxxx" ASC tərəfindən ziyan dəyməsi tələbini irəli sürdüyünü, iddia tələbində isə tələbinin qanuni əsası kimi mülki hüquq pozuntularında irəli gələn hüquq normalarını göstərsə də, həmin normaların dispozisiya şərtləri ilə uzlaşan sübutları (faktiki halları) məhkəməyə təqdim etməmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmasına dəlalət edən mötəbər sübutlarla təsdiqini tapmadığından rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar