Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-608/2020 01.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə «xxxxxxx» KB ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5268,02 ABŞ dolları əsas borc, 611,05 ABŞ dolları faiz borcu, 516,20 ABŞ dolları cərimə borcu, cəmi 6395,27 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxx» KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxx 2015-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh2 tərəfindən xx xxxx 2020-ci il tarixdə məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən xx xxxx 2015-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddiaçı «xxxxxxx» KB ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 7700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxx 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 və Həsənov X1 Ağa Akif oğlunun «xxxxxxx» KB ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 5268,02 ABŞ dolları əsas borcu, 611,05 ABŞ dolları faiz borcu, 516,20 ABŞ dolları cərimə borcu, cəmi 6395,27 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5268,02 ABŞ dolları əsas borc, 611,05 ABŞ dolları faiz borcu, 516,20 ABŞ dolları cərimə borcu, cəmi 6395,27 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi Y.Novruzov məhkəməyə ərizə göndərərək iddianı qismən müdafiə etdiklərini,sözügedən kredit müqaviləsinin Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşmədiyini,lakin cavabdehin ödəniş etdiyi borcdan 5383,99 ABŞ dolları borcun tələb olunan məbləğdən silindiyi, hazırda cavabdehlərin 2316,01 ABŞ dolları borcları olduğunu bildirərək işə iştirakları olmadan baxılmasını xahiş etdiklərini bildirmişdir, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə ərizə göndərərək səhəti ilə əlaqədar məhkəmə iclasında işitirak edə bilməyəcəyini bildirərək işin vaxtını başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 7700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxx 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 və Həsənov X1 Ağa Akif oğlunun «xxxxxxx» KB ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 2316,01 ABŞ dolları əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşmür,lakin buna baxmayaraq borc üzrə ödəniş edilmiş və hazırda cavabdehlərin iddiaçı banka 2316,01 ABŞ dolları borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 2316,01 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla borc tutulmalıdır. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. 10 manat dövlət rüsumu isə cavabdehlərdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2316,01 ABŞ dolları (iki min üç yüz on altı ABŞ dolları bir sent) ödəniş gününə məzənnə üzrə manatla borc və ödənilmiş 20(iyirmi) manat dövlət rüsumu tutularaq «xxxxxxx» KB ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-608/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-608/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver