Məhkəmə qərarları › İş №2(014)-614/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-614/2020

06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-614/2020 06.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh iştirakı ilə İddiaçı3,X7 və İddiaçı1 Cavabdeh Əlicabbar oğluna qarşı Borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı3, X7 və İddiaçı1 Cavabdeh Əlicabbar oğluna qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 100 baş qoyun, 19 baş quzunun və ya onların dəyəri olan 19870 manat (80 baş dişi ana qoyun 13600 manat, 20 baş erkək qoyun 3800 manat, 19 baş quzu 2470 manat) miqdarında borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3, X7 və İddiaçı1 iddialarını onunla əsaslandırmışdılar ki, cavabdehlə həmkəndlidirlər. Cavabdeh 2001-ci ilin aprel ayında ona və ailə üzvlərinə məxsus Ağdaş rayonu Bəylik kəndində yerləşən 3,65 ha JN-00xx xxx 90305058 olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və içərisində tikintisi olan 0,10 ha həyətyanı torpaq sahəsini satdığını bildirmişlər. Bu münvalla cavabdehlə Bəylik kəndində yerləşən 3,65 ha JN-00xx xxx 90305058 olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyərini 100 baş qoyun (80 baş dişi ana qoyun, 20 baş erkək qoyun) 19 baş quzu olaraq Bəylik kəndində yerləşən içərisində tikintisi olan 0,10 ha həyətyanı torpaq sahəsini də 11500000 manat olaraq razılaşmışlar. Razılaşdıqdan sonra xx xxxxx 2001-ci ildə şahidlərin iştirakı ilə cavabdehə 3,65 ha torpaq sahəsini almaq üçün 100 baş qoyun və 19 baş quzu vermişlər. Tikintisi olan 0,10 ha həyətyanı torpaq sahəsini almaq üçün də 11500000 manat pul vermişlər. Bir neçə gündən sonra cavabdeh tikintisi olan 0,10 ha həyətyanı torpaq sahəsini notarial qaydada onlara satmışdır. Ancaq Bəylik kəndində yerləşən 3,65 ha JN-00xx xxx 90305058 olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı bugunədək hələ də gərçəkləşdirilməmişdir. Halbuki cavabdeh tezliklə alqı-satqı edəcəyini bildirsə də bugunədək alqı-satqıdan boyun qaçırır. Cavabdeh onlardan 100 baş qoyun, 19 baş quzunu aldıqdan sonra alqı-satqı edəcəklərinə tam təminat verərək aralarında yazılı olaraq razılaşmışlar. Verdikləri 100 baş qoyun,19 baş quzuya dair yazılı müqavilə bağlamışlar. Ancaq cavabdeh verdiyi sözə əməl etməmiş onlara olan borcu qaytarmaqdan boyun qaçırmışdır. Onlar cavabdehlə həmkəndli olduqları üçün ona hər səfərində inanmışlar. Cavabdeh bugunədək nə pullarını nə də ki qoyunlarını qaytarmır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi, həmçinin keçən bu müddət ərzində cavabdehə qarşıiddia tələbi ilə məhkəməyə müraciət etməmələrinin səbəbini cavabdehin vədlərinə inandığı üçün olduğunu bildirdi. Hesab edir ki, tərəflərindən iddia müddəti ötürülməmişdir. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İddiaçı X7 və İddiaçı1 məhkəmə iclasında iddianı qəbul edərək İddiaçı3 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Əlicabbar oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki,iddiaçılar onun həmkəndliləridir. İddiaçılara 2001-ci ildə 1000 kv.metr torpaq sahəsində yerləşən iki otaqlı evi həmin vaxtın pulu iləon bir milyon beş yüz min manata satmışlar. İddiaçılar evin dəyərinin bir hissəsini pulla ödəmiş qalan hissəsinin əvəzinə isə iddiaçılardan 100 qoyun,19 baş quzu almış və bu barədə xx xxxxx 2001-ci il tarixli qəbz də vermişdir. Onun iş üzrə iddiaçılara heç bir borcu yoxdur. Bundan başqa iddiaçılar tərəfindən iddia müddəti də buraxılmışdır. Məhz bu səbəbdən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan 29 aprel 200l-ci il tarixli qəbzdən görünür ki, Həsənov X2 Telman Musa oğlu, X7 və İddiaçı1 100 baş qoyun və 19 baş quzu götürmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli Kamil MMC-nin arayışından görünür ki, 2-4 yaşında ana qoyun 170 manat, 2 yaşa qədər erkən qoyun 190 manat, 6 aya qədər quzu 130 manatdır. İşdə olan xx xxx 2001-ci il tarixli X3 ilə İddiaçı3 arasında bağ4lanmış alqı-satqıya dair müqavilədən görünür ki, X1 rayonu, Bəylik kəndində yerləşən 1000 kv.metr torpaq sahəsi və üzərində yerləşən iki otaqlı yaşayış evini 11500000 manata İddiaçı3 satmışdır. İşdə olan JN-00xx xxx 90305058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağ4daş rayonu, Bəylik kəndində yerləşən 3,65 ha torpaq sahəsi Cavabdeh Əlicabbar oğlu, X4, X8 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Kapital Bank ASC-nin arayışından görünür ki, 2001-ci ildə 10000000 manatın bugunki günə olan rəsmi məzənnəsi 2000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır.m Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü madədsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan 2001-ci ildə tələb edilən 100 baş qoyun,19 baş quzu almasına baxmayaraq iddiaçılar öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, 2020-ci il tarixdə, yəni 03 ildən artıq, belə ki,19 il müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu İddiaçı3 özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia müddəti tətbiq edilsin. İddiaçı3, X7 və İddiaçı1 Cavabdeh Əlicabbar oğluna qarşı borcun ödənilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı3 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar