Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-618/2020 10.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Alimentin miqdarının artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün saxlanılması üçün oğlu olan cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 190 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıməhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, onun saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2018-cı il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh fərdi əməklə məşğul olduğu üçün gəliri kifayət qədərdir. O,özü ayda 237 manat təqaüd alır. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği onun gündəlik tələbatlarını ödəməyə, müayinə və müalicə olunmasına yetmir. Oğlu olan cavabdeh onunla maraqlanmır və qayğı göstərmir. Buna görə də alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi və cavabdehdən hər ay onun saxlanılması üçün 190 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, heç bir yerdə işləmir. Himayəsində dörd uşağı vardır. Uşaqlardan biri xəstədir. Ailəsini dolandırmağa gücü yetmir. 10 aydır ki, alimenti maddi imkanı olmadığı üçün ödəyə bilmir. Maddi imkanı tələb olunan alimenti ödəməyə uyğun deyil. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2018-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 50 manat alimentin tutulması qət edilmişdir. İşdə olan Ağdaş rayon İHB-in Yuxarı ləki kənd İƏD üzrə nümayəndəliyinin 31 yanvar 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 1 ildən çoxdur ki,Ağdaş rayon Yuxarı Ləki kəndində yaşayan x1 məxsus evdə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludur. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladlardan hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti,ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqlahər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2020-ci ildən yaşayış minimumu 190 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olması müəyyən edilməmiş, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki,iddiaçıcavabdehdən onun xeyrinə tutulması qət edilən 50 manat alimentdən başqa 237 manat da təqaüd alır. Odur ki,məhkəmə hesab edir ki,iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-618/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-618/2020
10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver