Məhkəmə qərarları › İş №2(014)-619/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-619/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-619/2021 08.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh1 iştirakı ilə «xxxx» MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1843 manat əsas borcun, 471 manat faiz borcun,54,02 manat cərimə borcun, cəmi 2368,02 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMM QBKT iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********3071 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «xxxx» MMM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin «xxxx» MMM QBKT-yə 1843 manat əsas borcu, 471 manat faiz borcu,54,02 manat cərimə borcu, cəmi 2368,02 manat məbləğində borcu vardır. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1843 manat əsas borcun, 471 manat faiz borcun, 81,60 manat cərimə borcun, cəmi 2368,02 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı «xxxx» MMM QBKT-nin nümayəndəsi R.Heydərov məhkəməyə ərizə ilə müraciət edilərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə «xxxx» MMM QBKT-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçı bankdan xx xxxxxxxx 2014-cü ildə 2400 manat kredit götürmüşdür. Hər ay borc üzrə müvafiq olaraq ödənişlər etmişdir, sonuncu dəfə 2015-ci ilin may ayında ödəniş etmiş, bu tarixdən sonra hər hansı məbləğdə borc üzrə ödəniş etməmiş və iddiaçı bank tərəfindən hər hansı formada xəbərdar edilməmişdir. İddiaçı bank hazırkı tələblə məhkəməyə müraciət etdikdə və məhkəmə tərəfindən ona bildiriş göndərildikdə ona qarşı bankın tələbindən xəbərdar olmuşdur. Hesab edir ki, iddiaçı bank tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki,iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia müddəti tətbiq edilərək, iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «xxxx» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********3071 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «xxxx» MMM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin «xxxx» MMM QBKT-yə 1843 manat əsas borcu, 471 manat faiz borcu,54,02 manat cərimə borcu, cəmi 2368,02 manat məbləğində borcu vardır, iddiaçı tərəfindən təqdim edilmiş kredit hesabı haqqında məlumatlardan görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı banka son ödəniş xx xxx 2015-ci il tarixdə olmuşdur. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü madədsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanılmış kredit müqavilələrinin icrası müddəti müvafiq olaraq xx xxxxxxxx 2016-ci il tarixdə başa çatmasına, cavabdehin də xx xxx 2015-ci il tarixdən sonra hər hansı ödəniş etməməsinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda, iddiaçının borcalanın müqavilə üzrə banka olan borcunun tələb etmək hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə müddəti bitdiyi tarixdən 4 ildən çox, son ödənişin olduğu tarixdən isə 5 ildən çox vaxt keçdikdən sonra,yəni xx xxxxxx 2021-ci il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır. Cavabdeh1 isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia müddəti tətbiq edilsin. «xxxx» MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar