Məhkəmə qərarları › İş №2(014)-622/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-622/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-622/2023 22.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X8, Cavabdeh3 və Cavabdeh1 qarşı çıxarışların ləğvi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər X8, Cavabdeh3 və Cavabdeh1 qarşı çıxarışların ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, söhbət əsnasında gedən mülk davası həmin həyət və fərdi yaşayış yeri - 1 mərtəbəli 1 otaq – onun atasının atasından və anasından miras qalıb. Onun atası Cavabdeh1 1932-ci ildə həmin həyətdə doğulub boya-başa çatdıqdan sonra xx.xx.1958-ci ildə X22 ilə nigaha girmişdir. Həmin nigahdan X19 xx.xx.1959-cu ildə anadan olub. xx.xx.1994-cü ildə Füzulidə gedən qızğın döyüşlərdə şəhid olub. İkinci qız övladı X6 xx.xx.1960-cı ildə, üçüncü övladı X14 xx.xx.1961 -ci ildə anadan olub, xx.xx.2018-ci ildə vəfat edib. Dördüncü övladı o, yəni İddiaçı xx.xx.1963-cü ildə, beşinci övladı X23 1967-ci ildə anadan olmuş və 6 aydan sonra dünyasını dəyişib. Sözü gedən ev və həyətyanı sahə anası Osmanova Xurma, atası Cavabdeh1 tərəfindən birgə nigah dövründə isə qalan tikililəri ailənin vəsaiti hesabına təmir və inşa edilmişdir. Və sözü gedən kənar şəxs Cavabdeh3 ailələrinə 1987-ci ildə gəldikdə artıq Cavabdeh1 və X13 övladlarının hər biri həddi-büluğa çatmış və hal-hazırda mübahisəsi gedən həyət, yəni sahə və evdə pasport qeydiyyatına alınmışdır. Qeyd etdiyi kimi Azərbaycan Respublikasının qanunvericiliyinə görə ailə başçısı və ailə üzvlərinin 18 yaşı tamam olubsa, pasport alıbsa, əmlak, miras və ya mülk digər dəyərli zinət əşyaları, mal-qara ailənin nəqliyyat vasitəsi tək satılmasına və ya hədiyyə etməsi mümkünsüzdür və sözügedən mülkün 1993-cü ildə ailə üzvlərinin 5 nəfər həyatda yaşadıqları halda Aqrar islahatın həmin bu şəraitdə olduğunu bilə-bilə öz üstünə keçirməsi və qanuni varis olduğu əks halda hansı halda zəbt etməyi düzgün deyil. Həmin mülk və sözügedən torpaqlar Osmanova Xurma və Cavabdeh1 birgə nigahdan olmuş övladlarının sayı əsasında verilmişdir. Atası Cavabdeh1 xx.xx.2003-cü ildə vəfat etmiş və ailə üzvləri bacı və qardaşı arasında heç bir əmlak və mülk mübahisəsi olmamışdır. Göstərilənlərə əsasən kənar şəxslərin - X4 və anası Cavabdeh3 topladığı reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci verilmiş və reyestr nömrəsi **********48- 10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu ildə verilmiş çıxarışların ləğv edilməsini xahiş olunmuşdur. Sonradan İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh1 adının iddia ərizəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddia tələbini qəbul etmir belə ki, o, və digər cavabdeh kimi göstərilən anası atasına münasibətdə kənar şəxslər deyil, mərhum atasının qanun üzrə birinci növbə vərəsələridirlər. Soyadı isə "Namətova”dır. "Ramazanova" onun keçmiş ərinin soyadı idi. Onunla aralarında qeyd edilmiş nikah pozulduqdan sonra o, “Namətova” soyadını qəbul etmişdir. İddiaçının iddia ərizəsində mübahisələndirdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar tərəfindən vərəsəlik işi açılması ilə bağlı Ağdaş rayon notaiat ofisi tərəfindən verilmiş məktub və təqdim etdiyi sənədlər əsasında mərhum atası və hazırki iş üzrə onlar cavabdehlərin adına verilmiş çıxarışlardır. Mərhum atası Cavabdeh1 ilə anası olan Cavabdeh3 25 dekabr 1987-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından o və iddiaçı Cavabdeh2 anadan olmuşdur. Onların birgə nikahlarından başqa uşaqları olmamışdır. Mərhum atası anasından əvvəl mərhum X24 ilə birinci nikahda olmuşdur və iddiaçı onların birgə nikahlarından anadan olmuşdur. Mərhum atası anası ilə ikinci nikahda olmuş və onlar birgə nikah dövründə Ağdaş rayonu, Kiikəl kəndi ərazisində bir mərtəbəli qarşısı şüşəbənd olan iki otaqdan ibarət yaşayış evi tikdirmişlər. O, həmin evdə anadan olmuşdur. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Ağdaş rayonu, Kükəl kəndi ərazisində qanuni istifadələrində olan 0,35 hektar həyətyanı torpaq sahəsi və eləcə də həmin kənd ərazisində 0,5612 hektar və 0,5754 hektar olmaqla iki müxtəlif yerdən ümumilikdə 1,1366 hektar kənd təsərrüaftı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir və bu barədə adlarına müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. O, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,5612 və 0,5754 hektar olmaqla cəmi 1,1366 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini ayrılıqda 13 iyul 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq müvafiq olaraq 13 iyul 2018-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq sahəsinin planı və ölçüsünü 0,30 hektar həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən bir mərtəbəli iki otaqdan ibarət yaşayış evini isə 04 dekabr 2019-cu il tarixdə həmin idarədə ümumi birgə mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq 04 dekabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportunu almışdır. Atası Cavabdeh1 20 iyul 2003-cü ildə Ağdaş rayonu, Kükəl kəndində vəfat etmişdir. Atası öləndən, yəni vərəsəlik açılan andan həmin evdə və həyətdə o, və atası yaşamışdır və hal-hazırda da orada yaşayırlar. Atası ölən günə anası Cavabdeh3, X9, İddiaçı və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. O, mərhum atasından miras qalmış həyətyanı və torpaq sahələrinə vərəsəlik işinin açılması ilə bağlı tələb olunan sənədləri əldə edərək mirasın qəbul edilməsinə dair ərizə ilə aidiyyati üzrə notariat ofisinə müraciət etmişdir. Digər qanun üzrə vərəsələrlə aralarında ixtilaf olduğuna görə notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, qanun üzrə birinci növbə vərəsələr X9 və İddiaçı, üçüncü şəxs Cavabdeh3 qarşı “Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyul 2003cü ildə Ağdaş rayonu, Kükəl kəndində ölmüş atası Cavabdeh1 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onun ölümündən sonra Ağdaş rayonu, Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası 1/3 hissə payının miras əmlak kimi tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 20 iyul 2003-cü ildə Ağdaş rayonu, Kükəl kəndində ölmüş atası Namətov Qüdrət Soltan oğlunun ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onun ölümündən sonra Ağdaş rayonu, Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası payının miras əmlak kimi tərəfindən qəbul edilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh İddiaçı məhkəmənin həmin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi “20 iyul 2003-cü ildə Ağdaş rayonu, Kükəl kəndində ölmüş atası Cavabdeh1 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması" hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə mindikdən sonra o, həmin qətnamə əsasında tələb olunan sənədləri, o cümlədən də iddiaçının iddia ərizəsində mübahisələndirdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları aidiyyati üzrə təqdim etməklə mərhum atasından miras qalmış fərdi yaşayış evinə, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, fərdi yaşayış evinin texniki pasportunu və torpaq sahəsinin planı və ölçüsünü almışdır. Göründüyü kimi o, mərhum atasından miras qalmış həmin fərdi yaşayış evini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini tamamilə qanuni yolla əldə etmiş və həmin daşınmaz əmlaklar mülkiyyət hüququ əsasında onun adına məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında qeydə alınaraq mübahisələndirilən çıxarışlar verilmişdir. Ona görə hesab edirəm ki, həmin daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınarkən və bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilərkən heç bir qanun pozuntusuna yol vermədiyindən iddiaçı X3 ona və digər cavabdehə qarşı qeyd edilən çıxarışların ləğv edilməsinə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası yoxdur və əsassız olduğundan rədd edilməlidir. Odur ki, göstərdiyi işin faktiki hallarının, etiraz və etirazının əsasını təşkil edən etiraza əlavə olunmuş sübutlarının tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasını, sübutlara düzgün qiymət verilməsini, iddiaçı tərəfin iddia ərizəsinin həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsası olmadığından əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan 30 mart 1963-cü ildə Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş AЗ № 364241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1963-cü ildə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuş, atası X20, anası X15r. İşin materiallarında olan 29 aprel 1985-ci ildə Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş İİİ-ЖГ № 376397 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Fəxrəndə Qudrət qızı ilə 29 aprel 1985-ci il tarixdə 16 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Cəbiyeva soyadı verilmişdir. İşin materiallarında olan 29 may 2021-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1991 saylı nikah haqqında arayışın surətindən görünür ki, X2 Xurma Qəfər qızı ilə 02 sentyabr 1958-ci il tarixdə 12 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Osmanova soyadı verilmişdir. İşin materiallarında olan 29 may 2021-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, Cavabdeh1 20 iyun 2003-cü ildə Ağdaş rayonu, Kükəl kəndində ölmüşdür. İşin materiallarında olan 29 may 2021-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X22 27 mart 1982-ci ildə Ağdaş rayonu, Kükəl kəndində ölmüşdür. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1523/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsinin qismən - yəni iddianın təmin olunmuş “20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş Cavabdeh1 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət Cavabdeh2 tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması” hissəsində ləğv edilməsi, ləğv edlmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, qətnamənin mübahisələndirilən digər qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndinə yerləşən 0,5754 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar X4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndinə yerləşən 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar X4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndinə yerləşən 0,35 hektar yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndinə yerləşən 0,5031 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndinə yerləşən 0,5754 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndinə yerləşən 0,35 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0329 kod 90312018 saylı Dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə Ağdaş rayonu, Kükəl kəndi ərazisində yerləşən 1,14 hektar torpaq sahəsi mərhum Cavabdeh1 və ailə üzvləri Cavabdeh3 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-042A kod 90312018 saylı Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə Ağdaş rayonu, Kükəl kəndi ərazisində yerləşən 0,35 hektar torpaq sahəsi mərhum Cavabdeh1 və ailə üzvləri Cavabdeh3 və X7 mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, miras qoyan Cavabdeh1 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Sabirə Namətova xx.xx.2020-ci il, İddiaçı isə xx.xx.2021-ci il tarixlərdə Ağdaş rayon notariat ofisinə müraciət edərək miras qalmış əmlakı faktiki qəbul etdiklərini bildirmişlər. Lakin mirasın bölüşdürülməsi barədə vərəsələr arasında mübahisə olduğundan xüsusi notarius Ayaz Salehov vərəsəlik şəhadətnaməsini rəsmiləşdirməmiş, tərəflərə məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-724/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş Cavabdeh1 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət Cavabdeh2 tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması və Cavabdeh1 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh1 payının iddiaçı Cavabdeh2 tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1523/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsi qismən - yəni iddianın təmin olunmuş “20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş Cavabdeh1 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət Cavabdeh2 tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən digər qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Beləliklə, işin materialları ilə müəyyən edilir ki, X4 və anası Cavabdeh3 adına verilmiş reyestr nömrəsi **********48 və reyestr nömrəsi **********49 olan çıxarışların verilməsinə əsas Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1523/2021 saylı qətnaməsi olmuşdur. Həmin qətnamə hazırda qüvvədə olduğundan və çıxarış da qətnaməyə uyğun verildiyindən, bu hissədə iddiaçının tələbi əsassızdır. Qalan hissədə isə çıxarışın verilməsinin əsası inzibati akt olduğundan, bu hissədə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-622/2023 saylı qərardadı ilə iş üzə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən reyestr nömrəsi **********48, reyestr nömrəsi **********49 və reyestr nömrəsi **********48-10301 olan çıxarışların ləğvinə dair hissədə təmin edilməməli, iddia tələbinə qalan hissədə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-622/2023 saylı qərardadı ilə iş üzə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər X8, Cavabdeh3 və Cavabdeh1 qarşı çıxarışların ləğvi tələbinə dair iddiası X4 və anası Cavabdeh3 adına verilmiş reyestr nömrəsi **********48 və reyestr nömrəsi **********49 olan çıxarışların ləğv edilməsinə dair hissədə təmin edilməsin. Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsinə dair hissədə iş üzrə icraata xitam verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(014)-622/2023 saylı qərardadı nəzərə alınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar