Məhkəmə qərarları › İş №2(014)-634/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-634/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-634/2024 06.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Vidad qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyşdirilməsi (artırılması)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli qətnaməsinə ilə müəyyən edilmiş alimentn miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından anadan olmuş 12 noyabr 2016-cı il tarixli X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq iddaçının xeyrinə verilməsinə dair və mediasiya şurasına keçirmiş olduğu 50 manat rüsumun cavabdehdən alınaraq iddaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 12 noyabr 2016-cı il tarixli X6 anadan olmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birilərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisələri yaranmışdır. Bu səbəbdən də 27 mart 2018-ci ildən ayrılmışlar. Ağdaş rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən bir uğaşın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat məbləğində aliment verilməsi müəyyən edilmişdir. Ağdaş rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(014)-1782/2019 saylı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh ilə birgə nikahlarından doğulmuş bir uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat miqdarında alimentin alınıb onun (iddaçının) xeyrinə verlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, mediasiyada cavabdehdən 180 manat aliment istəmiş, cavabdeh isə onun təklifini qəbul etməmiş, 120 manat aliment uşağın saxlanılması üçün kifayət etmir, yaşadıqları yerlə məktəbin arası uzaq olduğundan, uşağı məktəbə aparmaq üçün taksi tutmuş, geyimi, dərslikləri çox bahadır, özü hazırda təhsil alır, uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh alimentdən başqa övladına heç bir maddi yardım göstərmir. Cavabdehin yeganədən başqa övladı yoxdur. Buna görə alimentin artırılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. O, alimenti vaxtı-vaxtında ödəyir, daimi iş yeri olmadığını gündəliyə işləyir, maşın yağı dəyişir, alimentdən əlavə övladına paltar alır və övladının əlavə xərclərini də təmin edir. Yeganədən başqa övladı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2016-ci il tarixli, AZ-İİİ № 884249 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 noyabr 2016-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. İşin materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 29 sentyabr 2015-ci il tarixdə 182 №-li akt qeydi əsasında nikahları ləğv olunmuşdur. Nikah ləğv olunduqdan sonra ərə Məmmədov, arvada Nadirli soyadı verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1782/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Vidad qızının xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 12 noyabr 2016-cı ildə anadan olmuş X6 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentn tutulması qət edilmişdir. İş materiallarında olan 19 mart 2024-cü il tarixli, 00158 nömrəli X4 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması” tələbi mübahisəsi üzrə X5 (İMS) tərəflər iştrak etmişlər, lakin cavabdeh medasiya sesiyasından sonra prosesi davam etdirilməsi barədə razılıq verməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 5-32-12/2- 95/2024 nömrəli arayışdan görünür ki, Yuxarı Qəsil kənd sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Vidad qızına ondan ötrü ki, hal-hazırda həmin kənddə yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 12 noyabr 2016-cı il tarixdə X6 doğulmuş, Ağdaş rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Vidad qızının xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 12 noyabr 2016-cı ildə anadan olmuş X6 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan övladı üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onunla bağlı olan məsrəfləri nəzərə alaraq bir uşağın saxlanılması üçün cavabdehdən 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 12 noyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 480 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ilkin mediasiya sesiyasının keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 12 noyabr 2016-cı il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sesiyasının keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar