Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-648/2021 10.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh Əhmədiyyə qızının nümayəndəsi X5, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Əhmədiyyə qızına qarşı «borc, vurulmuş maddi zərər və tələbin əmlaka yönəldilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əhmədiyyə qızına qarşı «borc, vurulmuş maddi zərər və tələbin əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əhmədiyyə qızından 45500 (qırx beş min beş yüz) manat pulun, vurduğu maddi zərərə görə 5000 manatın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi, tələbin cavabdehin mülkiyyətində olan ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 81-də 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 88.47 kv.m olan mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əhmədiyyə qızının oğlu Rəhim ilə tanışlığı və etibarı olduğundan 2018-ci ilin dekabr ayında ona ev almaq istədiyni bildirən cavabdeh, ona Ağdaşda şəxsi evi olduğunu və alacağı evin pulundan 46000 manat çatmadığını ona bildirdi. Elə bu niyəti ilə ondan 2018-ci ilin dekabr ayının ortalarında 46000 (qırx altı min) manat məbləğində borc pul istəmiş, ona 45500 manat məbləğində borc pul verimişdir. Həmin vaxt ona öz əlyazması ilə 45500 manat almağına və həmin pulu 2020-ci ilin mart ayında ödəməyəcəyi təqdirdə Ağdaş şəhərində yerləşən mənzili onun mülkiyyətinə keçirməyə dair qəbz yazaraq mənzilin çıxarışı, vəsiqəsinin surətini və qəbzi ona verərək borcu qaytaracağını, qaytara biməyəcəyi təqdirdə mənzili adına keçirəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh söz verdiyi vədə əməl etməyərək nə borcu qaytarmır nə də evi onun adına keçirmir. Dəfələrlə ondan pulu ödəməyi və ya mənzili adına keçirməyi istədikdə bir bəhanə ilə imtina etməyə başladı. Cavabdehin oğluna bu barədə müraciət etdikdə hazırda onun verdiyi pulla ev aldıqlarından və Ağdaşdakı evi hələdə sata bilmədiklərindən pulunu qaytara bilmədiklərini bu səbəbdən anasında mülki etibarnamə alaraq evi adına keçirəcəyinə söz verdi. Lakin artıq 3 aydır ki, müxtəlif bəhanələrlə cavabdeh nə borcu qaytarmır, nə də mənzili mülkiyyətinə keçirmir. Bütün bunları isə o könüllü etmək istəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X3 xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddaçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əhmədiyyə qızının nümayəndəsi X8 məhkəmə iclasında iddiaçının söylədiklərini təsdiq edərək izahatında əlavə olaraq bildirdi ki, hal-hazırda borcu ödəməyə maddi imkanları yoxdur. Cavabdeh Əhmədiyyə qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən qızının mübahisəli yaşayış evindən istifadə hüquqları tanınmaqla cavabdeh X8 ilə birgə nikahlarından anadan olmuş xx.xx.2003-cü il tarixdə anadan olmuş Elmira, xx.xx.2004-cü il tarixdə anadan olmuş Nərgiz adlı uşaqları ilə birlikdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, 79 saylı evə(hazırda 81 saylı) köçürülməyi, həmin evdən, evin köməkçi və kommunal sahələri ümumi istifadədə olmaqla cavabadehlər X8 və Cavabdeh Əhmədiyyə qızı ilə bərabər hüquqda istifadə etməyi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minib icra olunduqdan sonra həmin evdə yaşayır. Lakin cavabdehlər müxtəlif vasitələrlə onun həmin evdə yaşamağına maneəçilik törətməyə çalışırlar. Hazırki iddia da cavabdehlərin və onlarla əlbir olmuş İddiaçı uydurmasından, yalanından başqa bir şey deyildir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X6 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli MA ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, S.Səlimoğlu küçəsi 81-də yerləşən 0.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli 2(014)10C/2011 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, iddiaçı X1 mübahisəli yaşayış evindən istifadə hüquqıarı tanınmaqla cavabdeh X8 ilə birgə nikahlarından xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş Elmira adlı, xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş Nərgiz adlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evi, köməkçi və kommunal sahələri ümumi istifadədə olmaqla iddiaçı X1 mübahisəli yaşayış evindən cavabdehlərlə bərabər hüquqda istifadə edilməsinin müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı ona qarşı 2(014)-648/2021 saylı mülki iş üzrə iddiaçı ilə barışığa gəlmiş və bu barədə xx.xx.2020-ci ildə barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişini təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Barışıq sazişinin təsdiq olunmasını hüquqi nəticələrini bilir, bu səbəbdən barışıq sazişini təsdiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, o Cavabdeh Əhmədiyyə qızına qarşı 2(014)-648/2021 saylı mülki iş üzrə cavabdehlə barışığa gəlmiş və bu barədə xx.xx.2020ci ildə barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, ünvan 2 ünvanında pasport qeydiyyatında olan Bakı şəhəri Nərimanov rayon P/Yua 38/10, mən 108c-də yaşayan Cavabdeh Əhmədiyyə qızının Ağdaş RPŞ-nə etdiyi müraciəti əsasında toplanmış xx.xx.2019-cu il tarixli HK-1/572 nörəli materialda cinayət hadisəsi olmadığından cinayət işinin başılanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3-cü şəxs qismində cəlb olunma barədə ərizədən məlum olur ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən onun mübahisəli yaşayış evindən istifadə hüquqları tanınmaqla cavabdeh X8 ilə birgə nikahlarından anadan olmuş xx.xx.2003-cü il tarixdə anadan olmuş Elmira, xx.xx.2004-cü il tarixdə anadan olmuş Nərgiz adlı uşalqarı ilə birlikdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, 79 saylı evə(hazırda 81 saylı) köçürülməyi, həmin evdən, evin köməkçi və kommunal sahələri ümumi istifadədə olmaqla cavabadehlər X8 və Cavabdeh Əhmədiyyə qızı ilə bərabər hüquqda istifadə etməyi müəyyən edilmişdir.Qətnamə qanuni qüvvəyə minib icra olunduqdan sonra həmin evdə yaşayır. Lakin cavabdehlər müxtəlif vasitələrlə onun həmin evdə yaşamağına maneəçilik törətməyə çalışırlar. Hazırki iddia da cavabdehlərin və onlarla əlbir olmuş İddiaçı uydurmasından, yalanından başqa bir şey deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli Cavabdeh Əhmədiyyə qızı tərəfindən verilmiş ərizədən məlum olur ki, İddiaçı onu məhkəməyə verərək ona borc verdiyi pulun guya qəsdən qaytarmadığını borcun ödənməsindən, yayındığını bildirmişdir. O iddiaçıdan həmin borcu aldıqdan sonra Bakı şəhərində mənzil alıb həmin evi girov qoyaraq kredit götürməklə borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin həmin pul bina evi almağa çatmadığından həyət evi almağa məcbur qaldığından və hazırda aldığı evin sənəfdlərinin tam qaydasında olmadığından evi girov qoyaraq kredit götürə bilmədiyindən iddiaçıya söz verdiyi vaxtda pulunu qaytara bilməmişdir. Hazırda Ağdaşda olan evi girov qoyaraq kredit götürüb iddiaçının borcunu qaytaracağına söz vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli Cavabdeh Əhmədiyyə qızı tərəfindən verilmiş ərizədən məlum olur ki, onlar iddiaçı ilə aralarında razılığa gələrək ondan daha bir ay möhlət almışdır, və bir ay müddətində borcu qaytarmayacağı təqdirdə mülkiyyətində olan mənzili onun adına sənədləşdirməyə söz vermişdir. Belə ki, hazırda həmin vəsait hesabına aldığı mənzili sənədləşdirmək və girov qoyaraq götürmək üçün 15-20 gün vaxt lazımdır. İddiaçı isə pulunu tələb edərək mənzilinin 45500 manata satıla bilməyəcəyini və pulunun ona ödənməsini istədiyindən 1 ay möhlət verəcəyinə söz verərək aşağıdakı şərtlərlə notarial təsdiqli saziş bağlanmışdır.1. O, Cavabdeh Əhmədiyyə qızı İddiaçı olan borcundan imtina etdiyi təqdirdə mülkiyyətində olan ƏMDK DƏDRX hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı 0271354-nömrəli çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 81-dıə 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mumi sahəsi 88.47 kv.m olan mənzili onun adına sənədləşdirməyi vfə mənzili boşaldaraq ona təhvil verməyi və qeydiyyatdan çıxarmağı öz öhdəsinə götürmüşdür. 2. Pənahov X4 Elmira Əhmədiyyə qızının borclu olduğu məbləği mülkiyyətində olan ƏMDK DƏDRX hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 81-də 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 88.47 kv.m olan mənzili adıma sənədləşdirməyi və mənzili boşaldaraq ona təhvil vermək və qeydiyyatdan çıxmaq öhdəliyi ötürəcəyi təqdirdə həmin borcdan və vurulmuş zərər tələbindən imtina etməyi öz öhdəsinə götürmüşdür.3. İddiaçı sazişin 1-ci bəndində Cavabdeh Əhmədiyyə qızının öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi təqdirdə ona qarşı hər hansı iddia tələbi irəli sürməyəcəkdir.4. Cavabdeh Əhmədiyyə qızı sazişin 2-ci bəndində İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi təqdirdə ona qarşı hər hansı iddia tələbi irəli sürməyəcəkdir. Bütün bunları və xx.xx.2020-ci il tarixli sazişin müddəalarına nəzərə alaraq yuxarıdakı məzmunda barışıq sazişinin təsdiqlənməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissəhissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. (AR MM 4051 405.2 406.1, 406.2, 406.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır(AR MPM 52.3; 52.4 ;52.5) «T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Lakin İddiaçı Cavabdeh Əhmədiyyə qızından məhkəmə qarşısında borcun qaytarılması tələbini irəli sürüb, iddia tələbində isə tələbinin qanuni əsası kimi öhdəliyin ümumi normalarını göstərsə də, həmin normaların dispazisiya şərtləri ilə uzlaşan sübutları (faktiki halları) məhkəməyə təqdim etməmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Pənahov X4 Elmira Əhmədiyyə qızına 45500 manat borc pul verdiyini, həmin pulun 2020-ci ilin mart ayına kimi qaytarılmayacağı təqdirdə cavabdehin öz mülkünü iddiaçının mülkiyyətinə keçirilməsinə dair öhdəlik götürdüyünü bildirərək iddianın təmin edilməsini tələb etsə də, həmin pulun həqiqətən iddiaçıya verilməsi və cavabdehin iddiaçıya borcu olması faktı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiaçı Cavabdeh Əhmədiyyə qızına qarşı «borc, vurulmuş maddi zərər və tələbin əmlaka yönəldilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-648/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-648/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver