Məhkəmə qərarları › İş №2(014)-651/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-651/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-651/2025 30.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı oğlunun Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qаrşı «pul» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qаrşı «pul» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 (on səkkiz min) manat pulun və ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Qarağan Şıxlar kəndində ünvanında yaşayır. Hazırki tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır. Belə ki, 4 ildir tanıdığı qohum əqrabalarla lotareya oynayır. Hər ay müəyyən məbləğlərdə pul göndərib, onun növbəsi çatanda öz pulunu götürürdü. Ağdaş şəhərində oxuduğu tibb kursunda Rubeydə adlı xanım ilə tanış olmuş və onların oynadıqları lotareya oyunlarında iştirak etmişdir. Rubeya onu 2024-cü ilin may ayında Aynur adlı xanım ilə tanış etdi. Aynurla +99***-***-**-** və +99***-***-**-** saylı telefon vasitəsi ilə tanış olmuş və görüntülü danışmışdır. Aynur adlı xanımla tanış olduqdan sonra ilk öncə həftəlik oyunlar oynamış, həftəlik 20-30 manatdan ibarət olan bir neçə oyun oynadıqdan sonra Aynur adlı xanım böyük məbləğdə oyun oynamağı təklif etdi. O da onunla razı olmuş, Aynur Nərmin adlı rəfiqəsinin təşkil etdiyi böyük oyuna qoşulmaq üçün xx.xx.2024-cü il tarixdə Aynur adlı xanımın 4098-5844-6895-9752 saylı leobank bank kartına 100 manat pul göndərmiş, bundan sonra Aynurun deməsinə görə Nərmin adlı rəfiqəsi daha bir oyun təşkil olunduğunu, ikinci-üçüncü yerin boş olduğunu bildirib qoşulmağa təklif etmişdir. O da pula ehtiyacı olduğu üçün xx.xx.2024-cü il tarixdə Aynur adlı xanımın bank hesabına 300 manat pul göndərmiş, bundan sonra Aynur daha bir oyun olduğunu bildirdiyinə görə yenidən xx.xx.2024-cü il tarixdə 110 manat pul göndərmişdir. Bundan sonra Aynur adlı xanım Nərmin adlı rəfiqəsinin daha bir neçə yeni oyun təşkil etdiyini bildirərək ikinci və üçüncü yerlərin boş olmasını bildirərək onunda qoşulmasını təklif etmişdir. Bu minvalla Aynurun tapdığı qruplarla lotareya oynamağa davam etmişlər. Beləliklə Aynuru tanıdığı üçün onun həyat yoldaşı Cavabdeh1da tanımışdır. Bundan sonra oynadığı oyunların pullarını Aynurun və onun əri Turalın kartına göndərmişdir. Sonrada Aynurun və onun əri Turalın onu aldadaraq pullarını mənimsədikləri ortaya çıxdı. Əvvəllər elə bilirdi ki, ona 10.000 manat pul borcludurlar. Buna görə də Ağdaş RPŞ-nə 10.000 manat pulun mənimsənilməsi ilə bağlı müraciət etmişdir. Hətta polis şöbəsində ona borcları olduqlarını etiraf etdilər. Daha sonra Polis şöbəsində araşdırma bitdikdən sonra mobil telefonda Wotsap yazışmalarını araşdıran zaman məlum oldu ki, onların ona 18000 (on səkkiz min) manat borcları vardır. Bunu təsdiq edəcək karta köçürülmə şəkillərini və Wotsap yazışmalarını məhkəməyə təqdim edir. Cavabdehlər bir neçə ay yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırdı. Dəfələrlə cavabdehlərə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsədə cavabdehlər hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsədə, bugünədək heç bir məbləğ ödəməmişlər. Dəfələrlə çalışsa da cavabdehlərdə olan pulunu ala bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, əlavə olaraq bildirir ki, Aynur xanım onu dəfələrlə aldatmış, lotoreya pulundan əlavə olaraq ondan uşağının xəstə olduğunu və özünün xərçəng xəstəsi olduğunu bildirərək ona köməklik etməsini xahiş etmişdir. Bununla bağlı onları 102-yə şikayət etmişdir. Həmin vaxt Aynur xanım gəlib ərizəni oxuyub imza çəkmişdi. Lotoreya oynadığı adamlara neçə ay onların yerinə pul vermişdir. Aynur xanımın anası hər ay ona 100 manat da olsa borcunu qaytaracağını bildirsə də ödəniş edilməmişdir. Ona görə də məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, onlar Günel xanımdan uşağı dünyaya gələn zaman məcbur olub 200 manat bir, 300 manat bir sələmə pul almış, qarşılığında faiz vermişlər. Günel xanım onları polisə vermişdir, 1-ci dəfə yoldaşı getsə də, 2-ci çağırışda özü də getmişdir. Günel xanımın bibisi ilə danışaraq, hər ay borclarından ödəyəcəklərini bildirsələr də, Günel xanım razılaşmamışdır. İddia tələbini qismən qəbul edir, onların Günel xanıma borcu 18000 manat deyil, polis şöbəsində də məlum olduğu kimi 11980 manatdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. 18 mart 2025-ci il tarixdə keçrilən məhkəmə hazırlıq iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, onların Günel xanıma borcu 18000 manat deyildir. Polis şöbəsində də məlum olduğu kimi 11980 manatdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əlavə edilmiş Cavabdeh2 izahatından görünür ki, İddiaçı müxtəlif vaxtlarda borc pul götürmüşdür. Ümumilikdə İddiaçı 11980 manat məbləğində borcu var və imkanı olan zaman borcunu qaytaracaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əlavə edilmiş Cavabdeh1 izahatından görünür ki, yoldaşı Cavabdeh2 İddiaçı ehtiyacları olduğu üçün borc pul aldığını, həmin borcun 11980 manat təşkil etdiyini bildirərək, İddiaçı götürülən 11980 manat borcun imkanı olan zaman qaytaracağına söz verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əlavə edilmiş X2 izahatından görünür ki, Cavabdeh2 onun qızıdır. X6 adlı şəxslə lotoreya oynadığını, əlavə olaraq Günel adlı şəxsdən müxtəlif vaxtlarda ehtiyacları olduğu üçün borc pul aldığını, qısa vaxt ərzində işləyərək qızının borcu olan 11980 manat pulu qaytaracağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 və onun həyat yoldaşı Ağdaş rayonu Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla, şeron rayonu, Xırdalan şəhəri, Kristal Abşerov 1, bina 22, mənzil 22 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 11980 manat borc pul götürdüyü və qaytara bilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağdaş rayon Qarağan Şıxlar kənd sakini İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən watchapp yazışmalarından görünür ki, iddiaçı və cavabdeh arasında pul mübahisəsi olmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 144 (yüz qırx dörd) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda borc olaraq pul vermiş, cavabdehlər həmin borc iddiaçıya qaytarmadıqları üçün İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qаrşı «pul» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları 18000 (on səkkiz min) manat pulun alınıb onun xeyrinə verilməsini tələb etsə də, iş materiallarına əlavə olunmuş Ağdaş RPŞ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərarından, qərara əlavə edilmiş cavabdehlərin və Cavabdeh2 atası X2 izahatlarından onların iddiaçıya 11980 manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə iclasında cavabdehlər iddia tələbini qismən qəbul edərək iddiaçıya 11980 (on birmin doqquz yüz səksən) manat məbləğində borclarının olduğu etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11980 manat borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 125.94 manat cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11980 (on bir min doqquz yüz səksən) manat pul və 125.94 (yüz iyirmi beş manat doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar