Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-658/2025 10.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X7 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat borcun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 44 manat dövlət rüsumu, cəmi 2444 (iki min dörd yüz qırx dörd) manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Cavabdeh 2022-ci ilin sonlarında borca pul istəmiş, o da ayrı-ayrı vaxtlarda Ümidə 3800 manat məbləğində borc pul vermiş, Cavabdeh həmin pulu almasına dair qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Cavabdeh borcunu ödəmədiyi üçün ondan əmək haqqı kartını almışdır. O, həmin kartdan 1400 manat pul çıxardıqdan sonra Cavabdeh kartı bağlatmış və qalan 2400 manat məbləğində pulu geri qaytarmamışdır. Dəfələrlə Ümiddən pulun qaytarılmasını tələb etsə də, Ümid müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ayrı-ayrı tarixlərdə hissə-hissə olmaqla cəmi 3800 manat borc pul vermişdir. Cavabdeh həmin borcu almasına dair qəbz imzalayaraq ona vermişdir. Həmçinin Cavabdeh özümə məxsus əməmkhaqqı kartını ona vermişdir. Həmin kart 2022ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək onda qalmışdır. Lakin həmin karta yüklənmiş pulları çıxardıqdan sonra Ümid bir hissəsini ondan almışdır. Buna görə də Ümidin ümumilikdə ona borclu olduğu 3800 manat puldan cəmi 1400 manat ödəniş etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ayrı-ayrı tarixlərdə hissə-hissə olmaqla cəmi 3800 manat borc pul almışdır. Həmin borcu almasına dair qəbz imzalayaraq İddiaçı vermişdir. Həmin borcu alaraq evinin təmir işlərinə xərcləmişdir. İddiaçı borc alan zaman özünə məxsus əməkhaqqı kartını ona vermişdir. Ona məxsus əməkhaqqı kartı 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək İddiaçı qalmışdır. Belə ki, əməkhaqqı kartını İddiaçı verən zaman onun əməkhaqqı 320 manat olmuş və həmin karta aylıq olaraq yüklənilmiş əməkhaqqı İddiaçı tərəfindən çıxarılaraq borcundan silinmişdir. Onun İddiaçı borcu qalmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, Cavabdeh onun oğludur. Ümid İddiaçı ümumilikdə 3800 manat borc almış və həmin borcun ödənilməsi üçün özünə məxsus əməkhaqqı kartını İddiaçı vermişdir. Hesab edir ki, hazırda oğlunun İddiaçı borcu yoxdur. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, İddiaçı onun yanında Cavabdeh ayrı-ayrı tarixlərdə hissə-hissə olmaqla cəmi 3800 manat borc pul vermişdir. Cavabdeh həmin borcu almasına dair qəbz imzalayaraq İddiaçı vermişdir. Şahid daha sonra suala cavab olaraq bildirmişdir ki, borcun təminatı kimi Cavabdeh əmək haqqı kartını İddiaçı onun yanında vermişdir. Ümidin əmək haqqı kartı Məhbubədə olan müddət ərzində sonuncunun bir neçə dəfə Ümidə pul verməsini eşitmiş, lakin bunun hansı məbləğdə olmasından məlumatı yoxdur. Məhkəmə, proses tərəflərinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 19 iyul 2022-ci il tarixdən 09 fevral 2023-cü il tarixədək ehtiyacı olduğu üçün 3800 manat borc aldığını, əmək haqqı vasitəsi ilə borcunu ödəyəcəyini, öz əməkhaqqı kartını öz razılığı ilə borcunu ödəmək üçün İddiaçı verdiyini qeyd etmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 44 (qırx dörd) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. "xxxx" ASC-dən alınmış və Cavabdeh məxsus 510307******3068 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin kart hesabından 01 iyun 2022-ci il tarixdən 03 noyabr 2023-cü tarixədək ATM vasitəsi ilə ümumilikdə 4127 manat pul məxaric edilmişdir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının, cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 19 iyul 2022-ci il tarixdən 09 fevral 2023-cü il tarixədək olan müddət ərzində ehtiyacı olduğu üçün hissə-hissə olmaqla cəmi 3800 manat borc pul almış, həmin borcun ödənilməsi üçün Cavabdeh özünə məxsus əmək haqqı kartını tələbkar İddiaçı vermişdir. Hazırda iddiaçı həmin borcdan 1400 manat ödənildiyini, lakin qalan 2400 manat borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsində, izahatında cavabdehin qeyd edilmiş borc məbləğini qaytarmadığını bildirsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh adına olan "xxxx" ASC-dən alınmış 510307******3068 nömrəli ödəniş kart hesabından 01 iyun 2022-ci il tarixdən 03 noyabr 2023-cü tarixədəkolan müddətdə İddiaçı tərəfindən ATM vasitəsi ilə ümumilikdə 4127 manat pul məxaric edilmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı özü etiraf etmişdir ki, cavabdehə məxsus əməkhaqqı kartı 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək onda qalmışdır. Həmin karta yüklənilmiş pul vəsaitləri onun tərəfindən ATM vasitəsi ilə çıxarılmışdır. Bununla yanaşı iddiaçı həmin pul vəsaitlərinin bir çox hissəsi cavabdehə qaytardığını bildirir. Lakin iddiaçı cavabdehin kartından çıxarılan pulları bir çox hissəsini cavabdehin özünə qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Halbuki, bu hissədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda iddiaçının iddiası əsaslı hesab edilə bilməz. Məhkəmə, iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən verilmiş izahata və iş materiallarına əlavə edilmiş Cavabdeh məxsus əmək haqqı kartının İddiaçı olduğu müddətdə kartdan pulların məxaric olunmasına dair sənədə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, Cavabdeh İddiaçı qarşısında 3800 manat məbləğində borclandığını etiraf etmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, İddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və iddiaçının sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Lakin iddiaçı borc məbləğinin qaytarılmadığını bildirsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığını tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc ödənilməsinə dair tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borc ödənilməsinə dair tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(014)-658/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-658/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver