Məhkəmə qərarları › İş №2(014)-692/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-692/2022

18.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-692/2022 18.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyevə Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunun Şəmsabad kəndində yaşayır. Cavabdeh onunla qonşuluqda yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətimdə 0,11 hektar ölçüdə yaşayış məntəqələrinin torpaqları məqsədli təyinatı üçün torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 190,5 kvadrat metr sahəsi olan fərdi yaşayış evi vardır. Ona məxsus həyətyanı torpaq sahəsinin cənub hissəsində Şəmsabad bələdiyyəsinə məxsus dalan tipli yol vardır. Ona məxsus həyətyanı torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə həmin yol ilə gedib-gəlir. Lakin qonşuluqda yaşayan Cavabdeh onun evinə gedən Şəmsabad bələdiyyəsinə məxsus həmin yolu tutmuşdur. Bundan sonra dəfələrlə ona bu barədə narazılığını bildirsə də, o, həmin torpaq sahəsindən yalnız özünün istifadə edəcəyini bildirməklə ona məxsus həyətyanı torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə gedən yoldan istifadə etməyinə süni maneələr törətməklə onu mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən onun xüsusi mülkiyyətində olan 0,11 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun - sahiblik, istifadə və sərəncam hüquqlarının öz istəyinə uyğun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək onun xüsusi mülkiyyətində olan 0,11 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun - sahiblik, istifadə və sərəncam hüquqlarının öz istəyinə uyğun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına, istifadə etməyi üçün ona məxsus həyətyanı torpaq sahəsinin cənub hissəsində dalan tipli yolun açılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********76-10301 olan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonunun Şəmsabad kəndi ərazisindən 0,11 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 190,50 m2 sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Hüquq sahibi İddiaçıdur. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********76-10301 olan fərdi yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında İddiaçı 0,11 ha sənəd üzrə torpaq sahəsi, 0,1667 ha faktiki sahə, 0,01567 ha tikinti altı sahəsi, 0,15103 ha digər sahələr məxsusdur. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********76-10301 olan çıxarışın surətindən görünür ki, X4 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Şəmsabad kəndi ərazisindən 0,1464 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 41,1 m2 sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Hüquq sahibi X5r. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi **********15-10301 olan fərdi yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, ünvan 1i ünvanında X6 0,1461 ha sənəd üzrə torpaq sahəsi, 0,2024 ha faktiki sahə, 0,0094 ha tikinti altı sahəsi, 0,0193 ha digər sahələr məxsusdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 11/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlərin yolun dalan hissəsini tutmaqla qeyri-qanuni çəkdirdiyi toxunma dəmir hasarın (çəpər) sökülməsi, zəbt olunmuş yolun zəbtdən azad olunması, gediş-gəliş yolu üçün maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1260/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər X8, X7 və X11 tərəfindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışına əsasən Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində olan, X4 mülkiyyətinə verilmiş 0,1461 hektar torpaq sahəsinə gedən su yolunun açılması, aparılmış tədqiqatın dəyəri 84,20 (səksən dörd manat iyirmi qəpik) manat ekspertiza xərci cavabdeh X3 alınıb KapitalBank ASC-nin Xətai filialına, kod 2000071, VÖİN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)- 1106/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X6 RX seriyalı ******* saylı çıxarışa əsasən verilmiş 0,1461 hektar torpaq sahəsinə istifadə edilən cavabdehlər tərəfindən bağlanmış gediş-gəliş yolunun cənub istiqamətindən uzunluğu 62,66 metr, qərbdən 1,78 metr, şərqdən 1,40 metr enində cəmi 0,01 ha hissəsi açılması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 60 manat cavabdehlər X1 və X2 alınıb, KapitalBank ASC-nin 1 saylı Xətai filialının, VÖİN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT AİİBBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AİİB******************** hesabına keçirilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1282/2020 saylı qətnaməsindən görünür ki, Apelyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsinin baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Şəmsabad kəndində tərəflərin yaşayış sahələrinin arasında yerləşən Şəmsabad bələdiyyəsinə məxsus dalan tipli yol vardır. Həmin yol hər iki tərəfin torpaq sahəsinə gedən zəruri yoldur. Cavabdeh tərəfindən iddiaçının istifadə etməyi üçün ona məxsus həyətyanı torpaq sahəsinin cənub hissəsində dalan tipli yoldan istifadəsinə süni maneələr yaradılır. Bunula da iddiaçının xüsusi mülkiyyətində olan 0,11 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun - sahiblik, istifadə və sərəncam hüquqlarının öz istəyinə uyğun həyata keçirilməsi mümkün deyil. Həmçinin, məhkəmə tədqiqat obyektinə yerində müayinə keçirərək (fotoşəkillər işin materiallarına əlavə olunmuşdur) müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin arasında bələdiyyəyə məxsus ümumi istifadədə olan yol vardır. İddiaçının torpaq sahəsi düzbucaqlı formasında olmaqla, həyətinin digər kiçik hissəsindən əsas giriş qapısı vardır. Lakin məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçının evinin arxa tərəfində onun təsərrüfatı yerləşir. İddiaçı məhkəmə iclasında izahatında da bildirmişdir ki, həmin təsərrüfat sahəsinin texnika ilə şumlanması üçün kiçik əsas giriş qapısından texnikanın keçirilməsi mümkün deyil. Hazırda mövcud olan və daha əvvəldən inşa edilmiş iddiaçı ilə cavabdeh arasında olan geniş qapı məhz təsərrüfata xidmət etmək üçün yaradılmışdır. Lakin cavabdehin həmin keçid sahəni zəbt etməsi, iddiaçının ümumi istifadədə olan yoldan istifadə edərək girişinə mane olur. Beləliklə, müəyyən edilmişdir ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi iddiaçıya məxsus olmasa da, onun marağına toxunduğundan iddiaçı həmin torpaq sahəsinin zəbtini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsaəsn Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan 0,11 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun sahiblik, istifadə və sərəncam hüquqlarının öz istəyinə uyğun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalı, iddiaçının istifadə etməyi üçün ona məxsus həyətyanı torpaq sahəsinin cənub hissəsində dalan tipli yol açılmalı və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçının xüsusi mülkiyyətində olan 0,11 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun - sahiblik, istifadə və sərəncam hüquqlarının öz istəyinə uyğun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın, iddiaçının istifadə etməyi üçün ona məxsus həyətyanı torpaq sahəsinin cənub hissəsində dalan tipli yol açılsın və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar