Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-696/2021 01.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı X7 Cavabdeh iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X18 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X18 iddia tələblərini müdafiə edərək izah etdi ki, Aqrar islahat komissiyasının 14 avqust 1998-ci il 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Ağdaş rayonu Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 1954-cü ildən mərhum valideyinlərinin mülkiyyətində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsində 1988-ci ildə 1 mərtəbəli 2 otaqlı yaşayış evi tikdirmişdir. Həyətyanı sahələrində ona məxsus 300 ədəd meyvə ağacı tərəfindən əkilmişdir. X1 08.10.2008-ci ildə, anası X2 09.11.2008-ci il tarixdə vəfat etmişdir. Hər ikisi ölən günə kimi onun və ailə üzvlərinin yanında birgə yaşamışlar. Xeyli müddətdir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus əvvəllər mərhum valideyinlərin yaşadıqları evə icazəsi olmadan yiyələnmişdir. Həmçinin onun torpaq sahəsinə 1 mərtəbəli 2 otaqlı yaşayış evinə daxil olmasına maneəçilik törədir. Bununla da yetinməyən cavabdeh həmçinin ona məxsus 300 ədəd meyvə ağaclarını məhv etməklə məşğuldur. Onunda həmin torpaq sahəsinə girişinə maneəçilik törətməklə də ona məxsus əmlaklarını qorumağına da maneəçilik törədir. Dəfələrlə cavabdehə qanunsuz olaraq əmlakından və torpaq sahəsindən istifadəyə maneəçilik törətməməyini, qanunsuz əməllərinə son verməsini, məsələnin aralarında sülh yolu ilə həll etməsini bildirsə də, cavabdeh onunla heç bir razılığa gəlməmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı X18 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, 1968-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində anadan olmuşdur. Evin kiçik oğlu olduğundan, doğulandan bu günə qədər ata mülkündə yaşamışdır. Anası və atası qocalığını onun yanında keçirib, atası həmin mülkü ona verdiyinə görə anasının və atasının bütün əziyyətlərini çəkmişdir.Atası rəhmətə gedəndən sonra iddiaçı olan qardaşını zorla çağırıb dəfn mərasiminə gətirmişlər. Atasının və anasının sağlığında iddiaçı olan qardaşı Şöyübov Şöyüb 1984-cü ildən kənddən çıxıb, o vaxtdan nə atası ilə nə də anası ilə maraqlanmamışdır. 04 aprel 2003-cü il tarixdə mübahisə edilən torpaq sahəsi və onun üzərində yerləşən tikililər ona verilmişdir. İddiaçı iddia ərizəsində meyvə bağlarının məhv edilməsini qeyd etsə də, həmin meyvə bağları hal-hazırda yerindədir. Onlara heç bir zərər vurmamışdır. Qardaşının həmin torpaq sahəsindən istifadə etməsinə, daxil olmasına, əvvəllər heç bir mane törətməsə də, hal-hazırda digər qardaşı Şövkətlə aralarında yaranmış narazılığa əsasən qardaşı Şöyübün də əraziyə daxil olmasını istəmir. Həmin ərazidə meyvə bağından,yaşayış sahəsindən istifadə etmək istəyirsə, digər yerdən qapı açmaqla həmin sahəyə daxil ola bilər. Ona görə də iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-144A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 1.09 hektar torpaq sahəsi X19, X2, X18, X4, X14, X10 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon, Qoşaqovaq kəndi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli aktın surətindən məlum olur ki, həqiqətən mərhum X15 məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsində əlavə olaraq mərhumun oğlu X22 fərdi ev tikdirdirmişdir və həyətyanı sahəsində bağ salmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dövlət arxivi tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli 40 saylı arxiv arayışının surətindən məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd nümayəndəliyinin Qoşaqovaq kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 02 saylı təsərrüfatbaşına kitabının 149 saylı təsərrüfatı X8 adına olmaqla təsərrüfatında X19, X2, Cavabdeh, X16, X6, X4, X14, X10, X18, X23, Şöyübova Gülnar şöyüb qızı və X11 (gəlini)-nın olması və adına 0.25 ha həyətyanı torpaq sahəsi olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən sürətindən məlum olur ki, Ağdaş rayon, Qoşaqovaq kəndində yerləşən 2.1439 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında X19, X2, Cavabdeh, X16, X6, X4, X14, X10, X18, X23, Şöyübova Gülnar şöyüb qızı və X11 və X9 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 84 və 04 saylı arayışlardan məlum olur ki, mərhum X12 məxsus LN-144A saylı Torpağın Mülkiyyətə verilməsi haqqında Şəhadətnamədə göstərilən mülkə giriş-çıxış üçün övladları X22 ilə Cavabdeh Teyub oğlu arasında problem yaşanır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 aprel 2003-cü il tarixli Aktdan məlum olur ki, ailə başçısı Şöyübov Teyub ,Şöyüb oğlunun həyətyanı torpaq sahəsini, həyətində olan bütün tikililəri, evləri, tövləni, navesi, təndirxananı və digər əmlakı, o cümlədən mal-qaranı, ümumiyyətlə ata yurdunda olan bütün əmlakın hamısının təmənnasız surətdə həyətin kiçik oğlu Cavabdeh bağışlanmasına etiraz edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X3 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X13 Aqrar islahat komissiyasının 14 avqust 1998-ci il 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Ağdaş rayonu Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçının torpaq sahəsindən istifadəsinə və girişinə maneəçilik törədir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X7 Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod- 90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.21-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X7 Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-696/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-696/2021
01.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver