Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-697/2020 02.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı «xxxxxxxx» X4 X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə «xxxxxxxx» X4 X2 Cəmiyyətinin Cavabdeh qarşı Kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» X4 Təşkilatı MMC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1616,90 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə araşdırmaya ehtiyac olduğu üçün mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxxx» X4 Təşkilatı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx xxxx 2015-cı il tarixdə «X3» X4 Təşkilatı MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X3» X4 Təşkilatı MMC tərəfindən Cavabdeh 2400 manat məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh tərəfindən 30 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 38 % dərəcəsi tətbiq edilməklə verilmişdir. İddiaçı ləğv prosesində olan «X3» X4 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdehnın 1616,90 manat əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh müştərək qaydada 1616,90 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «xxxxxxxx» BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, Azərbaycan Respublikasıfiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə əsas borcdan 504 manat dövlət büdcəsi hesabına ödənilmiş, faiz borcu və cərimə borcu isə ləğv prosesində olan iddiaçı tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir.Hazırda cavabdehin 1616,90 manat əsas borcu vardır. Bundan başqa iş üzrə iddiaçı ləğvetmə prosesində olduğundan və Mərkəzi Bank tərəfindən kredit borclarının restruktrizasiyası üçün dövlət zəmanəti ilə kredit verilmədiyindən iddiaçı orqan tərəfindən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cavabdeh müştərək qaydada 1616,90 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olsa da, məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməməsini əsas götürərək işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx xxxx 2015-cı il tarixdə «X3» X4 Təşkilatı MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X3» X4 Təşkilatı MMC tərəfindən Cavabdeh 2400 manat məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh tərəfindən 30 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 38 % dərəcəsi tətbiq edilməklə verilmişdir. İddiaçı ləğv prosesində olan «X3» X4 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdehnın 1616,90 manat əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və buna əsasən əsas borcdan 504 manat dövlət büdcəsi hesabına ödənilmiş, faiz və cərimə borcu silinmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1616,90 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu,cəmi 1646,90 manat (bir min altı yüz qırx altı manat doxsan qəpik) tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində cavabdeh tərəfindən qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verə bilərlər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-697/2020
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-697/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver