Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-70/2025 14.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınıb İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 1(012)- 500/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzasının 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 03 ay 04gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün surəti və hakimin göstərişi icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cəzanin icrasının təmin edilməsi məqsədilə məhkum Cavabdeh 26 oktyabr 2022-ci il tarixdə probasiya qeydiyyatına götürülmüşdür. 01 noyabr 2022-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X3 müvafiq protokol tərtib etmiş, onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Cavabdeh şöbəyə gələrək ona tədbiq edilmiş elektron nəzarət vasitəsinin işləmədiyini bildirmişdir. Məhkuma tədbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş, ENV-nin ekranın söndüyü enerji yığmadığı müəyyən olunmuş və götürülərək Ədliyyə Nazirliyi Probasiya Xidmətinin manitorinq idarəsinə təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Probasiya xidmətinin manitorinq idarəsinə təhvil verilmişdir. Ədliyyə Nazirliyinin probasiya xidmətinin elektron monitoring idarəsinin mütəxəssis rəyinə əsasən məhkum Cavabdeh tətbiq edilmiş ********* saylı ENVsi istifadə qaydalarına düzgün riayət etmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır barədə məktub daxil olmuşdur. Cavabdehin günahından, yəni lazimi məsuliyyəti olmadığından və müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. 18 dekabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsi ilə tanışdır. Amma əvvəl gündən o qolbaqda problem olmuş və o, həmin problemlərlə bağlı videoçəkiliş etmişdir. Nə vaxt Sahib müəllim onu çağırsa, o gəlmişdir. O, qolbağa heç bir müdaxilə etməmişdir. O, qolbağın nasaz işləməsi barədə Sahib müəllimə məlumat vermiş, hətta yazılı formada da müraciət etmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan Abşeron Rayon Məhkəmsinin 1(012)-500/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh AR CM-in 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 04 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq üzərində 02 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon və İcra Probasiya Şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-500/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hökmü icraata qəbul edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon və İcra Probasiya Şöbəsi tərəfindən 18 oktyabr 2022-ci il tarixdə Cavabdeh verilmiş bildirişə əsasən şəxsiyyətini təsdiq edən sənədlə 24 oktyabr 2022-ci il tarixdə saat 10:00-da İddiaçındə olmağı tələb olunmuşdur. İşin materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Abşeron rayon Məhkəməsinin 1(012)-500/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən o Cavabdeh Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq üzərində 02 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşin materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 1 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh 1 ədəd attenti markalı 35630370bsaylı elektron mobil qurğu və 078CE39786 saylı elektron qolbaq verildi, lakin elektron mobil qurğuda qolbağ açılıb siqnalı daxil olmuşdur. İşin materiallarında olan 22 iyul 2024-cü il tarixli elektron nəzarət vasitələrini yerli qurumdan götürülməsi haqqında Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin böyük məsləhətçisi və İddiaçı böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Cavabdeh məxsus attenti markalı elektron nəzarət vasitəsi işləmir vəziyyətdə təhvil verilmişdir. İşin materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 31 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, attenti V6 mobil qurğusuna texniki baxış nəticəsində istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil. İstifadəyə tam yarasızdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəmsinin 1(014)-113/2024 saylı, 01 iyul 2024-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Cavabdeh üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 1(014)-106/2023 saylı hökmünə əsasən Cavabdeh təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Cavabdeh təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın, üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri olan 2277.40 manat vəsaitin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə qeyd edir ki, sözügedən “Atenti” markalı elektron nəzarət kompleksi (elektron qolbağ) Ədliyyə Nazirliyinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, “hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.” Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. İş materiallarında isə Ədliyyə Nazirliyinin adından məhkəmədə iddia qaldırmaq üçün İddiaçı adına hər hansı bir etibarnamə aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamamışdır. Yəni, iddiaçı onun mülkiyyətində olmayan əmlakın dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı məhkəmədə Ədliyyə Nazirliyinin adından iddia ərizəsini imzalamaq səlahiyyəti, Ədliyyə Nazirliyinin adından iddia qaldırmaq hüququ da olmamışdır. Məhkəmə iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı Cavabdeh qarşı yararsız vəziyyətə düşən avadanlığın dəyəri olaraq 2277.40 manat vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-70/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-70/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver