Məhkəmə qərarları › İş №2(014)-715/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-715/2021

26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-715/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin iddia üzrə Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2016-ci il tarixli X7 və xx xxxxxxx 2008-ci il tarixdə X8 adlı iki uşaqları olmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisələri yaranırmış. Bütün bunların nəticəsində xx xxxxxxxx 2018-ci il tarixdən Ağdaş Rayon Məhkəməsində ailə münasibətləri tam pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən hər uşağa yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay 90 manat məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hal-hazırda maddi vəziyyətləri çox çətindir. Odur ki, “Aliment tələbinə dair” Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(014)-977/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından doğulmuş iki uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 90 manat və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün 90 manat, ümumilikdə 180 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, Azərbaycan Respublikası FHN-in X11 maddi-texniki təhcizat və inzibati təsərrüfat şöbəsində baş mütəxəssis-böyük inspektor vəzifəsində çalışır və aylıq əmək haqqı 328 manat təşkil edir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun əmək haqqının 70 faizinə tutulma yönəldilmiş, əmək haqqından 229 manat cavabdehin xeyrinə tutulur və 99 manat pul onun hesabına köçürülür. Onun aylıq əmək haqqından qalan 99 manat isə heç Yevlax şəhərinə işə gedib-gəlməsi üçün yol xərclərini belə ödəmir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan İddiaçı xeyrinə tutulan alimentin miqdarının azaldılaraq əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmən xahiş etmişdir. Məhkəmə işə ilkin iddia üzrə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbini qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia üzrə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı № 18115761 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ № 210313 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxx 2008-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 806915 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2016-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X6r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)- 977/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X10 ilə Cavabdeh arasında bağlanılaraq VVADQ şöbəsində xx xxxxxx 2007-ci il tarixdə 169 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxxx 2008-ci il tarixdə anadan olmuş X8 və xx xxxx 2016-cı il tarixdə anadan olmuş X4 anaları X5 yanında saxlanılmaları, Cavabdeh xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün X5 xeyrinə hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat alimentin tutulması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 xx xxxxxx 2021-ci il tarixli, xx/xx-0005 saylı arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2011-ci il tarixdən Fövqəladə Hallar Nazirliyinin X12 Maddi-texniki təchizat və inzibati təsərrüfat şöbəsində baş mütəxəssis-böyük inspektor vəzifəsində çalışır və hesablanmış xalis əmək haqqısı 328,29 (üç yüz iyirmi səkkiz manat, iyirmi doqquz qəpik) manatdır. İşin materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 1702 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində müfəttiş vəzifəsində işləyir və onun hesablanmış aylıq əmək haqqı 608,35 (altı yüz səkkiz manat otuz beş qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən xx xxxxxxx 2008-ci il təvəllüdlü X8 və xx xxxx 2016-cı il təvəllüdlü X7 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-977/2018 saylı qətnaməsi ilə iddiaçı X10 ilə Cavabdeh arasında bağlanılaraq VVADQ şöbəsində xx xxxxxx 2007-ci il tarixdə 169 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxxx 2008ci il tarixdə anadan olmuş X8 və xx xxxx 2016-cı il tarixdə anadan olmuş X4 anaları X5 yanında saxlanılmaları, Cavabdeh xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2008ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün X5 xeyrinə hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat alimentin tutulması qət edilmiş, hazırda İddiaçı məhkəməyə alimentin miqdarının artırılması, Cavabdeh isə alimentin miqdarının azaldılması tələbləri ilə müraciət etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, uşaqların kimin yanında saxlanılmasından asılı olmayaraq onların yaşaması üçün nəzərdə tutulan minimum məbləğ hər iki valideyn tərəfindən ödənilməlidir. Uşağı saxlamaq hər iki valideynin borcu olduğundan məhkəmə hesab edir ki, bir uşağın saxlanması üçün nəzərdə tutulmuş 175 manat məbləğində pulun yarısı ataya aid edilməklə, qalan hissəsi də anaya aid edilməlidir. Hazırkı halda isə uşaqlar ananın yanında saxlandığından və hər bir uşaq üçün qətnamə əsasında Cavabdeh 2018-ci ildən başlayaraq 90 manat aliment tutulduğundan, həmçinin İddiaçı əmək haqqı Cavabdeh əmək haqqından 2 dəfəyə yaxın yüksək olduğundan, alimentin artırılması barədə tələb əsassız hesab edilməli, eyni zamanda, uşaqların mənafeyi üstün tutulmaqla onların xeyrinə əvvəllər müəyyən edilmiş alimentin miqdarı azaldılmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin materiallarında olan arayışdan görünür ki, Cavabdeh hazırkı vəzifəsində 2011ci ildən işləyir və artıq qanuni qüvvəsini almış qətnamə ilə aliment təyin edilərkən (xx.xx.2018-ci il) nəzərə alınmış hallar dəyişməmişdir. Beləliklə, məhkəmə iclasında alimentin miqdarının azaldılması və ya artırılması üçün heç bir diqqətəlayiq hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri təmin edilmədiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar