Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-726/2022 19.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1481/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 14 dekabr 2009-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılması üçün hər 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Uşaq yetkinlik yaşına çatmadığından həmin məbləğə uşağın saxlanılmasında, yəni fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında, təhsilində və vaxtlıvaxtında müayinə və müalicə olunmasında müəyyən olunmuş alimentlə indiki zamanda uşağın tələbatının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə atrdığından, yəni küçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq hər ay uşağa 100 manat ödəməklə öz validenlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da, o, uşağın saxlanılmasında, qeyd olunan və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna əsasən nikahın pozulmasına dair ərizə ilə mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sesiyasında iştirak edən zaman alimentin miqdarının artırılması ilə bağlı onunla qarşılıqlı razılaşmaya gələ bilmədikləri üçün ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh mediasiya sesiyasında mediasiya xərclərinin bölüşdürülməsinə münasibət bildirmədiyinə görə hesab edir ki, mediasiya zamanı ödədiyi 50 manat mediasiya xərci cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, Cavabdeh birgə nikahlarından anadan olmuş 14 dekabr 2009-cu il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşaqların 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya işi ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, Bakı şəhərində kirayə yaşayır, şirkətdə fəhlə işləyir və 310 manat əmək haqqı alır. Hal-hazırda 2-ci dəfə ailə qurub və iki uşağı var. İddianın tələb etdiyi 193 manat məbləğində aliment çox yüksəkdir. Maddi imkanı zəif olduğu üçün 130 manat məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında 14.12.2009-cu il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1481/2019 saylı 23.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimnetin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 14 dekabr 2009-cu ildə anadan olmuş X4 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. İşdə olan 14 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prossesi davam etdirilməsinə dair qərar qəbul etməmişlər. İşdə olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X1 aralarında 13.11.2010-cu ildə rəsmi nikah bağlanmış, tərəflərin nikahından 29.08.2008-ci il təvəllüdlü X5 və 16.05.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 14 dekabr 2009-cu il təvəllüdlü X3 18 yaşına çatana qədər uşağın saxlanılması üçün hər ay 150 manat aliment və mediasiya sesiyası üçün ödənilmiş 50 manat tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 14 dekabr 2009-cu il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 (yüz əlli manat) manat aliment tutulsun. Cavabdeh mediasiya sesiyası üçün ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-726/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-726/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver