Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-729/2023 17.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2022-ci il tarixdə tanış olmuşdur. 2022-ci ilin əvvəllərində Yeganə ondan gəlinini işə düzəltmək adı ilə 3750 manat pul istəmiş və o, da cavabdehlə razılaşmış, daha sonra Yeganəyə hissə-hissə 1500 manat, 200 manat, 500 manat və 1550 manat olmaqla, ümumilikdə 3750 manat pul vermişdir. Bundan sonra Yeganə ona gəlininin 2022-ci ilin avqust ayında işə başlayacağını bildirmişdir. Həmin ilin avqust ayında Yeganə tərəfindən aldanıldığını başa düşdükdə pulunu geri istəmişdir. Əvvəllər Yeganə ona pulu qaytaracağını bildirsə də, sonralar müxtəlif bəhanələr gətirmişdir. Yeganə tərəfindən aldanıldığını başa düşmüş və Polis şöbəsinə ərizə ilə müraciət etmiş, lakin Yeganənin barəsində başladılmış cinayət işi rədd edilmişdir. Buna görə də məcbur olub mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh 3750 manat pulun və 57,50 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, İddiaçı onun yanında 2022-ci ilin may ayında Cavabdeh işlədiyi gözəllik salonunda gəlinini işə düzəltmək üçün Yeganəyə 1550 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Əfşan ümumilikdə Yeganəyə bu işin görülməsi üçün bir neçə dəfəyə olmaqla cəmi 3750 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, İddiaçı onun yanında 15 may 2022-ci ildə Cavabdeh işlədiyi gözəllik salonunda gəlinini işə düzəltmək üçün Yeganəyə 1500 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Əfşan ümumilikdə Yeganəyə bu işin görülməsi üçün bir neçə dəfəyə olmaqla cəmi 3750 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, İddiaçı onun yanında 2022-ci ilin may Cavabdeh işlədiyi gözəllik salonunda gəlinini işə düzəltmək üçün Yeganəyə 200 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Əfşan ümumilikdə Yeganəyə bu işin görülməsi üçün bir neçə dəfəyə olmaqla cəmi 3750 manat pul vermişdir. İşin materiallarında olan 055 573 02 22 nömrəli mobil nömrə ilə istifadə olunan “Whatsapp” proqramından çıxarışdan görünür ki, müxtəlif ödəniş terminalları ilə E***** N***** B***** hesabına müxtəlif vaxtlarda ümumilikdə 2100 manat pul köçürülmüşdür. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X5 14 dekabr 2022-ci il tarixli toplanmış materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, Ağdaş şəhəri, S.Vurğun küçəsi ev 41-də yaşayan İddiaçı, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan X6 və ünvan 1 ünvanında yaşayan Cavabdeh müraciətləri əsasında toplanmış material ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Polis idarəsinə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X5 14 dekabr 2022-ci il tarixli toplanmış materialın ərazi aidiyyatı üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh verdiyi izahatında X10 onun oğlu Rəşad Dadaşzadənin məhbus dostu olduğunu, 2022-ci ilin aprel ayında Neman ona zəng etdiyini və həmin vaxt yeni həbs edilmiş oğlu Sadıq Dadaşzadənin işi ilə maraqlandığını, ona oğlu Sadiqin CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasını və onun işi ilə bağlı apellyasiya şikayəti etməyini, işinin məhkəmədə olan zaman Neman Eminovun ona kömək edəcəyini, işin Apellyasiya məhkəməsinin hakimi X9 Eminovun düşməsini təmin edəcəyini və həmin vaxtda oğlu Sadiqin azadlığa çıxmasına kömək edəcəyini bildirdiyini, həmçinin telefon danışığı zamanı Neman Eminov bu işin alınması üçün ondan Neman Eminova 1000 manat pul verməyini, o daha sonra oğlu Sadiq Dadaşzadənin işinə yenidən baxılması üçün apellyasiya şikayəti verdiyini, aradan təxminən 3-4 gün keçdikdən sonra 2022-ci ilin may ayında ünvan 2 ünvanında yerləşən 1-ci marketdə olan elektron ödəmə sistemi vasitəsi ilə X11 Bank hesabına onun oğlu Sadiq Dadaşzadəni azadlığa çıxartması üçün 1000 manat pul göndərdiyini, daha sonra Nemanın ona yenə zəng etdiyini və 2022-ci ilin avqust ayında digər oğlu Rəşad Dadaşzadənin 9 illik həbs cəzasının 8 ilini çəkdiyini və son 1 ilini cəzanı çəkməkdən azad oluna biləcəyini söylədiyini və onu azadlığa çıxara biləcəyini dediyini, buna görə də ondan 2000 manat pul istədiyini, o da 2022-ci ilin may ayında X11 bank hesabına ünvan 2 ünvanında yerləşən 1-ci marketdəki elektron ödəmə sistemi vasitəsi ilə onun oğlu Rəşadı cəzasının son bir ilini çəkməsindən azad etməsi üçün 2000 manat pul göndərdiyini, 2022-ci ilin sentybar ayına qədər o, Neman Eminovu gözlədiyini, lakin həmin vaxta qədər oğulları Rəşad və Sadiqin işi ilə bağlı heç bir irəliləyiş olmadığını gördükdə o, Nemanın onu aldatmasını başa düşdüyünü və Neman Eminovdan pulunu geri verməsini tələb etdiyini, lakin Neman müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmadığını, o da buna görə məcbur olub Neman barəsində şikayət etdiyini bildirmişdir. İşin materiallarında olan Cavabdeh Ağdaş rayon Polis şöbəsində verdiyi izahatın surətindən görünür ki, Cavabdeh izahatında İddiaçı 3600 manat borc aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı gəlinini işə düzəldəcəyi vədi ilə ondan pul almışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi vədə əməl etməmiş və iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. İddiaçı cavabdehə 3750 manat məbləğində pul verdiyini iddia etsə də, iş materialları və şahid ifadələri ilə iddiaçı tərəfindən cavabdehə 3600 manat məbləğində pul verdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə, tərəflər 3000 manatdan çox məlbəğə dair borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin yazılı olması ilə bağlı tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 3600 manat pul vəsaitinin cavabdehdə olması (cavabdeh Ağdaş RPŞ-də verdiyi izahatında bunu etiraf etmişdir) müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 3600 manat məbləğində pul və 57,50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməli iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3600 manat məbləğində pul və 57,50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-729/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-729/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver