Məhkəmə qərarları › İş №2(014)-755/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-755/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-755/2022 13.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasın müdafiə edərək bildirdi ki, Cavabdeh 21 iyul 2000-ci il tarixdə 1.000 manat, 03 avqust 2020-ci il tarixdə isə 1350 manat borc pul vermiş, Cavabdeh borcunu bir ay müddətinə qaytaracağına söz verərək əl yazması yazaraq və öz imzasını ataraq ona vermişdir. Cavabdeh 26 noyabr 2020-ci ildə 80 manat, 26 dekabr 2020-ci ildə 80 manat, 26 yanvar 2021-ci ildə 80 manat, 26 fevral 2021-ci ildə 80 manat və 26 mart 2021-ci ildə 80 manat pul vermiş, qalan borcu xeyli vaxt keçməsinə baxmayaraq qaytarmaqdan boyun qaçırmış və o, dəfələrlə onu çağırıb bildirmişdir ki, borcunu qaytarsın, cavabdeh isə ona bildirmişdir ki, hara şikayət edirsən et, mən sənə borc verən deyiləm. O, isə Ağdaş Rayon Məhkəməsinə müraciət edəcəyini və ondan məcbur olaraq pulunu alacağını bildirmişdir. Yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Bundan əlavə Odur ki, xx xxxxxxx 1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 21 iyul 2020-ci il tarixdə verdiyi borc 1.000 manat və 03 avqust 2020-ci il tarixdə verdiyi 1350 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan 1-də yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan əl yazmalardan görünür ki, Cavabdeh İddiaçı 21.07.2000-ci il tarixdə 1 ay müddətinə qaytarmaqla 1.000 manat və 03.08.2020-ci il tarixdə 1 ay müddətinə qaytarmaqla 1350 manat məbləğində borc almışdır. Cavabdeh borcdan 400 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh 21.07.2000-ci il tarixdə 1000 manat və 03.08.2020-ci il tarixdə 1350 manat məbləğində borc pul alaraq 1 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüş, cavabdeh 2350 manat borcdan müxtəlif aylarda 400 manat ödəniş etmiş, lakin qalan borcu qaytarmaqdan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2350 manat borcdan ödənilmiş 400 manat çıxılmalı, cavabdehdən 1950 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1950 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1980 manat (bir min doqquz yüz səksən manat) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar