Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-775/2022 25.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, 8 saylı RETSİ-nin əməkdaşları Cavabdeh Ağdaş rayonu, Tofiqi kəndində bələdiyyə torpağı ərazisində diametri 22 sm olan bir ədəd söyüd yaş ağacını qanunsuz olaraq dibindən kəsərək məhv etmişdir. Cavabdeh təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı 01 nömrəli qərarı ilə təsdiq edilmiş hesabata görə 200 manat ziyan vurmuşdur. Cavabdeh barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Cavabdeh cərimə borcunun 100 manatını ödəmiş, lakin digər 1900 manatı ödəmədiyi üçün cərimənin ödənişi onun əmək haqqına yönəldilmişdir. Cavabdehdən dəfərlərlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. Odur ki, Cavabdeh təbiətə dəymiş olan 200 manat pul alınaraq 8 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ramin Gülməmmədov məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bir ədəd söyüd ağacını kəsdiyini, maddi imkanının yaxşı olmadığını, cəriməni az-az ödəyə biləcəyini bildirdi. İşə əlavə edilmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində tərtib edilmiş təbiətə dəymiş ziyanın hesablanmasına dair cədvəldən məlum olur ki, Ağdaş rayonu, Tofiqi kəndinin bələdiyyə torpağının ərazisində 1 ədəd söyüd qanunsuz kökündən kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 200 manat təşkil edir. İşə əlavə edilmiş İnzibati Xəta haqqında 27 fevral il tarixli MN ******* saylı protokol və İnzibati tənbeh vermə haqqında 19 iyun 2020-ci il tarixli, MN ******* saylı Qərarın surətindən görünür ki, Ağdaş rayonu, Tofiqi kənd sakini Cavabdeh tərəfindən bələdiyyə torpağı ərazisində köküstə yaş diamtri 22 sm olan bir ədəd söyüd ağacını bib hissəsindən kəsmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il 639 №-li Qərarına əsasən əgər yer təkinin qanunsuz işlənməsi zamanı ətraf mühitin digər komponentlərinə də (torpaq, bitki və digər sərvətlər) zərər yetirilərsə, ziyanın ümumi məbləği götürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə iclasında araşdırılmış subutlar nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Ağdaş rayonu, Tofiqi kənd Bələdiyyəsinin ərazisində köküstə yaş diametri 22 sm olan bir ədəd söyüd ağacını dib hissədən kəsərək təbiətə 200 manat məbləğində ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, iddiaçının ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş zərərə görə 200 manat (iki yüz manat) tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət mədaxilinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-775/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-775/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver