Məhkəmə qərarları › İş №2(014)-792/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-792/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-792/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Hüşün kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 iki il müddətdir ki, tanıyırmış. Dəfələrlə onlardan xurma və gilas meyvəsini satın alıb satmış, 2020-ci ilin sentyabr ayında Ağdaş rayonundan xurma məhsulu alıb, “Kamaz”a yükləyib Rusiya Federasiyasına göndərməli imiş. Buna görə də bir “Kamaz” xurma məhsulu satın almalı imiş. Həmin ərəfələrdə əvvəldən tanıdığı Ağdaş rayonunun Hüşün kənd sakini Cavabdeh2 və Cavabdeh1 ilə mobil telefonla danışarkən telefonda ona nə qədər xurma məhsulu lazım olsa satın alıb verə biləcəklərini bildirmişlər. Buna görə də 2020-ci ilin sentyabr ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə Ağdaş rayonunun Hüşün kəndinə gəlmiş, Ağdaş rayonunun Hüşün kəndinin girişində Cavabdeh1 ilə görüşmüş, ona 2100 (iki min yüz) manat pulu beh olaraq vermiş, Cavabdeh1 ona ödədiyi pulun əvəzində xurma alıb verməli imiş. Üstündən bir neçə gün keçdikdən sonra 2020-ci ilin sentaybr ayının ortalarında yenidən Ağdaş rayonunun Hüşün kəndində Cavabdeh2 2500 (iki min beş yüz) manat beh vermiş, həmin vaxt Cavabdeh1 də onların yanında olmuş, onun Xəyal və Röyala beh kimi verdiyi ümumilikdə 4600 (dörd min altı yüz) manat pulun əvəzində 2020-ci ilin noyabr ayında ona xurma məhsulu alıb verməli idilər. Lakin Cavabdeh1 və Cavabdeh2 ona söz verdikləri xurma məhsulunu alıb verməmişlər, buna görə də Cavabdeh1 və Cavabdeh2 onlara beh olaraq verdiyi ümumilikdə 4600 (dörd min altı yüz) manat pulu geri istəsə də, onlara verdiyi ümumilikdə 4600 manat pulu geri qaytarmamışlar. Cavabdeh1 2100 manat pulu 2020-ci ilin sentyabr ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə Ağdaş rayonunun Hüşün kəndinin girişində vermiş, həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Cavabdeh2 isə 2500 manat pulu 2020-ci ilin sentyabr ayının ortalarında dəqiq yadında qalmayan tarixdə Ağdaş rayonunun Hüşün kəndində Cavabdeh1 yanında vermiş, lakin dəfələrlə Cavabdeh1 və Cavabdeh2 ona olan borclarını geri qaytarmalarını tələb etsə də, onlar borclarını geri qaytarmaqdan imtina etmişlər. Bununla bağlı Ağdaş RPŞ-yə də ərizə yazmış və bu bardə Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılıb onun müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olması qənaətinə gələrək onun müraciəti əsasında toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək onun müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Ağdaş rayon Hüşün kənd sakinləri Cavabdeh2 ödədiyi 2500 (iki min beş yüz) manat, Cavabdeh1 ödədiyi 2100 (iki min yüz) manat, ümumilikdə 4600 (dörd min altı yüz) manat pulun əvəzində cavabdehlər ona xurma məhsulu almalı idilər. Lakin cavabdehlər ona xurma məhsulu almadılar və o, yenidən cavabdehlərə ödədiyi ümumilikdə 4600 (dörd min altı yüz) manat pulu geri istəsə də, cavabdehlər ona olan borclarını geri qaytarmadılar. Həmçinin, Cavabdeh1 ona 2100 manat, Cavabdeh2 ona 2500 manat borclu olmalarını etiraf etmələri, onun Ağdaş RPŞ-də yazdığı izahat və orada toplanmış material ilə təsdiq edilir. Göstərilənlərə əsasən Ağdaş rayon Hüşün kənd sakinləri Cavabdeh2 2500 (iki min beş yüz) manat, Cavabdeh1 isə 2100 (iki min yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin təmin olunmasına etiraz etmədilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 həmkəndlisi Cavabdeh2 ilə şərikli xurma məhsulu alıb satmaqla məşğul olduqlarını, İddiaçı iki ildən çox müddətdir ki, tanıdığını, əvvəllər bir neçə dəfə İddiaçı xurma məhsulu satdıqlarını, 2020-ci ilin sentyabr ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə Ağdaş rayonu Hüşün kəndində İddiaçı xurma məhsulu almaq üçün ona 2100 (iki min yüz) manat beh pul verdiyini, 2020-ci ilin sentyabr ayının ortalarında dəqiq yadında qalmayan tarixdə Ağdaş rayonu Hüşün kəndində İddiaçı Cavabdeh2 2500 (iki min beş yüz) manat beh verdiyini, lakin sonradan şişburun xurmasının qiymətinin bahalaşdığı üçün İddiaçı ilə razılaşdıqları qiymətdən baha olmasına görə İddiaçı söz verdikləri xurma məhsulunu satın alıb verə bilmədiklərini, İddiaçı aldatmadıqlarını və ona heç bir dələduzluq etmədiklərini bildirmişdir, həmçinin o, izahatında hal-hazırda İddiaçı 2100 (iki min yüz) manat, şəriyi Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat borclu olmasını bildirmişdir. Həmin qərarın təsviri hissəsindən həmçinin görünür ki, təhqiqat zamanı izahatı alınmış Ağdaş rayonu Hüşün kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 izahatında həmkəndlisi Cavabdeh1 ilə birlikdə xurma məhsulu alıb-satmaqla məşğul olduqlarını, İddiaçı iki il müddətdir ki, tanıdığını, İddiaçı bir neçə dəfə xurma məhsulu satdığını, lakin aralarında heç bir narazılıq olmadığını, 2020-ci ilin sentyabr ayının əvvəllərində İddiaçı ilə mobil telefonla danışarkən İddiaçı ona xurma məhsulu satın almaq istəməsini söylədiyini, üstündən bir neçə gün keçdikdən sonra Ağdaş rayonu Hüşün kəndində İddiaçı ilə görüşdüyünü, İddiaçı 2020-ci ilin sentyabr ayının ortalarında dəqiq yadında qalmayan tarixdə 2500 (iki min beş yüz) manat pulu beh olaraq ona verdiyini, şəriyi Cavabdeh1 isə İddiaçı ondan əvvəl 2100 (iki min yüz) manat pulu şişburun meyvəsini satın almaq üçün beh olaraq verdiyini, lakin sonradan şişburun məhsulunun qiymətinin İddiaçı ilə razılaşdıqları qiymətdən baha olmasına görə onun və Xəyalın İddiaçı aldıqları ümumilikdə 4600 (dörd min altı yüz) manat pulun əvəzində İddiaçı xurma məhsulu satın alıb verə bilmədiklərini, onun və Cavabdeh1 İddiaçı aldatmadıqlarını və ona qarşı heç bir dələduzluq etmədiklərini bildirmişdir. Həmçinin o, izahatında hal-hazırda İddiaçı 2500 (iki min beş yüz) manat, şəriyi Cavabdeh1 isə İddiaçı 2100 (iki min yüz) manat borclu olduqlarını və yaxın vaxtlarda İddiaçı olan borclarını qaytaracaqlarını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı şişburun xurmanın alınması üçün əvvəlcədən cavabdehlərə pul vermiş, cavabdehlər isə üzərinə düşən öhdəliyi icra etməyək nə məhsulu təhvil vermişlər, nə də iddiaçının pulunu geri qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 2100 (iki min yüz) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı olan 15 (on beş) manat, cəmi 2115 (iki min yüz on beş) manat pul alınaraq İddiaçı verilməli, Cavabdeh2 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı olan 15 (on beş) manat, cəmi 2515 (iki min beş yüz on beş) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 2100 (iki min yüz) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı olan 15 (on beş) manat, cəmi 2115 (iki min yüz on beş) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh2 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı olan 15 (on beş) manat, cəmi 2515 (iki min beş yüz on beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar