Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-792/2025 13.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzi Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və mal-qaranın meşə ərazisindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 440 (dörd yüz qırx) manat məbləğində pulun və Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmiş və 08 fevral 2021-ci il tarixli qərarla 400 manat məbləğində inzibati cərimənin Cavabdeh tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin nümayəndəsi X3 məhkəmə iclasına 10 aprel 2025-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə verərək bildirdi ki, Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və inzibati cərimə ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin AR İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmiş və 400 manat məbləğində inzibati cərimənin tələb edilməsi hissəsindən imtina etmiş, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 1a saylı meşə dolayında reyd aparılan zaman Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, AR İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmiş və xx.xx.2021-ci il tarixli qərarla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixli 815 nömrəli məktubla N.X4 Fonduna vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin nümayəndəsi X3 məhkəmə iclasına ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixə saat 11:40-a təyin olunmuş baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 011197 saylı aktın surətindən görünür ki, meşə dolayının ərazisində yoxlama aparılan zaman Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh məxsus 5 baş iribuynuzlu mal-qara 1a dolayın 5-ci kvartalında 4x5 sixemdə salınmış 2018-ci ilin payış mövsümündə 30 hektar nar mədəni meşə əkinin 2 ha ərazisində olan bütün pöhrələri yedizdirərək və ya zədələyərək məhv etmişdir. Bu isə AR Nazirlər kabinetinin 31 yanvar 2019-cu tarixli qərarına əsasən məhv edilmiş 2 ha sahənin hər hektarı üçün 220 manat X7 ziyan vurulmuşdur. İşin materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X2 Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 815 saylı bildirişin surətindən görünür ki, Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh Bərdə RMTM-nin Ağdaş meşəbəyliyinin 1a dolayında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktında göstərilən meşə pozulmalarının nəticəsində meşəyə dəyən ziyan AR-nın xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən 1 hektar meşə fondu torpaqlarını məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbi yeniyetmə və cücərtilərinə vurulan zərər görə 2 hektar 440 manat dəyən ziyan dəymiş, AR-nın İXM-nin 257-ci maddəsinə əsasən 400 manat cərimə, ümumilikdə meşəyə dəyən ziyan və cərimə 840 manat olmuşdur. İşin materiallarında olan 12 oktyabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarması faktı müəyyən edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tələblərini pozduğundan, onun barəsində ptorokol tərtib edilmişdir. İşin materiallarında olan 08 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Bərdə RMTM-nin Ağdaş meşəbəyliyinin 1a saylı meşə dolayında oz başına olaraq mal-qarasını meşə sahəsinə gətirərək meşə əkinlərini otarmaqla 2 ha məhv etmiş, nəticədə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarması faktı müəyyən edilmiş, bunun nəticəsində meşəyə AR-nın Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarına əsasən 440 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 110 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-792/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-792/2025
13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver