Məhkəmə qərarları › İş №2(014)-81/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-81/2022

07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-81/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cаvаbdеh Cavabdeh iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu Malay kəndində doğulmuş Ağdaş şəhəri M.İsayev küçəsi 6/20-də qeydiyyatda olan və yaşayan Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 1173 (min bir yüz yetmiş üç) manat ziyanın və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünə məxsus VAZ-21014 markalı C043 KT71 dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili rus nömrəsi ilə idarə edir. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi, etibarnamə və lazımi sənədləri vardır. 05.06.2021-ci il tarixdə həmin avtomobillə Ağdaş şəhəri İ.Qaradağlı küçəsi dalan 1-dən üzü Qaradağlı küçəsinə tərəf hərəkətdə olan zaman, həmin yolun kəsişməsində avtomobilin hərəkətini saxlamış və sağa baxanda M.Ə.Rəsulzadə küçəsi tərəfdən 2109 markalı **-EU-*** dövlət nişanlı avtomobilin gəldiyini, həmin avtomobilin sağa dönmə işığından istifadə etdiyini görmüşdür. Həmin avtomobilin sağa dönmə işığından istifadə etməklə sağda olan küçəyə tərəf hərəkət edəcəyini fikirləşdiyindən, avtomobilini hərəkətə gətirib yolun əks tərəfinə keçib əks ehtiyat hissədə üzü M.Ə.Rəsulzadə küçəsinə tərəf saxlamışdır. Həmin vaxtı avtomobildən düşməmiş, avtomobilini tam dayanıqlı vəziyyətdə saxlamışdır. Həmin **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tin hissəsi ilə onun avtomobilinin sağ qapaq və arxa qapılarının orta hissəsindən vurmuşdur. Bundan sonra avtomobilindən yerə düşərək həmin şəxsin Cavabdeh olduğunu bilmişdir. Daha sonra Ayxan ona “mən özümdə sığorta işçisiyəm” deyərək avtomobillərin şəkillərini çəkmişdir. O, Ayxana “hadisə ilə bağlı DYPB əməkdaşları gəlsinlər” demiş, DYPB-nın əməkdaşları hadisə yerinə gəlmişdirlər. Hadisə yerinin şəkillərini çəkərək sxem tərtib etmiş, o və Ayxan hər ikisi də sərxoşluq müayinəsindən keçmiş, Ağdaş RPŞ-nin DYPB-nə dəvət edilmişdirlər. Orada izahat verdikdən sonra onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmin günü gecə vaxtı özünü pis hiss etdiyindən və başında ağrılar olduğundan Ağdaş RMX-na müraciət edərək başındakı ağrıların səbəbinin avtomobil qəzası nəticəsində yarandığını bildirmişdir. 08.06.2021-ci il tarixdə də PŞ-nə ərizə ilə müraciət edərək 05.06.2021-ci il tarixdə ona məxsus nəqliyyat vasitəsinin vurulduğunu, qarşı tərəf olan nəqliyyat vasitəsinin sürücüsünün sürücülük vəsiqəsi və etibarnaməsi olmadığını, həmin şəxsin vəzifəli şəxsin oğlu olduğunu, ona maddi ziyanlıq dəydiyini və qarşı tərəfin ona avtomobilini özünün düzəldirməyini bildirmişdir. Avtomobilinə dəymiş ziyanlığın ödənilməsini tələb etdikdə, cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə inzibati protokol tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən dəymiş ziyan barədə 15 iyun 2021-ci il tarixli 32 nömrəli akt tərtib edilmişdir. Mütəxəssisin iştirakı ilə tərtib edilmiş akt əsasında müəyyən edilmişdir ki, hadisə zamanı ona 603 manat avtomobilin ehtiyat hissələrinə dəyən ziyanlıq, 570 manat təmir xərci olmaqla, ümumilikdə 1173 manat maddi zərər dəymişdir. Lakin cavabdeh həmin maddi ziyanı dəfələrlə deyilməsinə baxmayaraq könüllü ödəmək istəmir və hər dəfə vurduğu ziyanın əvəzini ödəməyəcəyini bildirmişdir. Cavabdehin ona vurduğu 1173 manat zərər könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş ziyanın ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasnın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, atası etibarnamə ilə VAZ 21093 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, da hərdən həmin avtomobili idarə edir. Onun həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. 05.06.2021-ci il tarixdə saat təxminən 07:45 radələrində o həmin avtomobili evdən atasından götürüb Ağdaş rayon İ.Qaradağlı küçəsində yaşayan qohumlarıgilə gedirdi. Həmin vaxt avtomobildə ondan başqa heç kim yox idi. O Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Ağdaş şəh, İ.Qaradağlı küçəsi ilə üzü Ağdaş rayon Qaradağlı kəndi istiqamətində hərəkətdə idi. İ. Qaradağlı küçəsində yerləşən marketdən su və tum almaq üçün marketin qarşısında dayanmağa görə sağa dönmə siqnalını yandırmışdı. Belə ki, marketi keçdikdən sonra sağda boş ehtiyat hissə olduğunu, həmin ehtiyat hissədə avtomobilini saxlayıb marketdə düşəcəyini fikirləşmişdir. Sağa dönmə siqnalından ona görə istifadə etmişdir ki, arxasında hər hansı bir avtomobil hərəkətdə olarsa, qarşıda dayanacağını bilsin. Həmin marketin qarşısına təxminən 4-5 metr məsafə qalmış İ.Qaradağlı küçəsi dalan 1-dən VAZ-21014 markalı C043 KT71 dövlət qeydiyyat nişanlı avtomobil iti sürətlə hərəkət edərək küçədən onun hərəkət yoluna çıxıb marketin qarşısına keçmək istəyərkən sükanı sola çəkmişdi ki, bəlkə həmin avtomobili onun avtomobilinə dəyməsin. Lakin onun avtomobilin sağ qabaq tin hissəsi ilə həmin avtomobilin sağ qabaq qapı və arxa qapı hissəsindən vurmuşdur. Həmin avtomobil isə onun hərəkət yolunda marketin qarşısında dayandı. O, isə avtomobili hərəkət yolunda saxlamışdır. Daha sonra avtomobilindən yerə düşmüş, həmin şəxs də avtombildən yerə düşmüşdür. Sonra o bildi ki, həmin şəxs İddiaçıdur. O əvvəlcə ona öz aralarında razılaşmaqlarını bildirsə də, lakin o onunla razılaşmadı. Daha sonra o avtomobilini hərəkətdə olan avtomobillərə maneəçilik törətməsin deyə toqquşma yerindən sağa çəkmişdir. Bundan sonra hadisə yerinə atası Sədi gəlmişdir. Daha sonra isə hadisə yerinə YPX-nın əməkdaşları gəlib hadisə yerinin foto şəkillərini çəkərək hadisə yerinin sxemini tərtib etmişdirlər. Bundan sonra onları PŞ-nə dəvət edərək izahatlarını aldılar. Həmçinin də DYPB-nın əməkdaşları tərəfindən sərxoş olub-olmamaqlarını yoxladılar. Hər ikisinin də sərxoş olmadığı müəyyən edilmişdir. Bundan sonra onun atasının barəsində İXM-nın 335.1-ci, onun barəsində isə İXM-nin 332.1 və 332.2 maddələri ilə inzibati protokol tərtib edilmişdir. Həmçinin digər avtomobilin sürücüsü İddiaçı və ona da bildirdilər ki, hadisə ilə bağlı hər hansı bir xəsarət almısınızmı, onlar da hadisə ilə bağlı hər hansı bir xəsarət almadıqlarını bildirmişdirlər. Daha sonra səhəri günü Nəcməddin xəstəxanaya müraciət edərək hadisə vaxtı xəsarət aldığını bildirmişdir. Lakin Nəcməddində hadisə baş verən zaman gözlə görünən hər hansı bir xəsarət yox idi. Bildimək istəyir ki, hadisənin baş vermə səbəbi VAZ-21014 markalı C043 KT71 dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna çıxması olmuşdur. Buna görə də, məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Cavabdeh və İddiaçı əməlində cinayət tərkibi olmadığından toplanmış 18 avqust 2021-ci il tarixli, HK-1/706 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli 221/13210822B-324 saylı məktubdan məlum olur ki, 05.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməyi ilə bağlı toplanmış mateiral üzrə cinayət işinin ba.lanması rədd edilmişdir. Qərardan narazı qaldığınız halda Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verə biləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 15 iyun 2021-ci il tarixli 32 nömrəli aktdan məlum olur ki, hadisə zamanı avtomobilin ehtiyat hissələrinə dəyən ziyanlıq 603 manat, avtomobilin təmir xərci 570 manat olmaqla ümumilikdə 1173 manat maddi zərər dəymişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 02.11.2021-ci il tarixli 2(014)-2195/2021 saylı qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq eskpertizası tərəfindən rəyin verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli 9/9127 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin 15.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ-21014” markalı, C- 043 KT 71 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1173 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05.06.2021-ci il tarixdən, İXP ******* saylı inzibati xəta haqqında Protokoldan görünür ki, həmin hadisənin törədilməsində İddiaçı tərəfindən 1-ci yolayrıcını keçmə qaydalarının pozulması halına yol verdiyindən AR İXM-nin 327.2-ci maddəsi (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir) ilə təqsirli şəxs kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş 14.06.2021-ci il tarixli 326 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 sentyabr 2019-cu il tarixli 99 13 619 705 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, buraxılış ili 2005-ci il tarixli indentifikasiya nömrəsi XTA**********2677 saylı VAZ 21140 markalı, C-043 KT 71 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X2 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, yol-nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, İddiaçı 1-ci yolayırıcı keçmə qaydalarını pozmaqla Cavabdeh idarə etdiyi avtomobilin qarşısına çıxmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, İddiaçı xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu Malay kəndində doğulmuş Ağdaş şəhəri M.İsayev küçəsi 6/20-də qeydiyyatda olan və yaşayan Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən ona dəymiş 1173 (min bir yüz yetmiş üç) manat ziyanı tələb etsə də, işə əlavə edilmiş 12 sentyabr 2019-cu il tarixli 99 13 619 705 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, buraxılış ili 2005-ci il tarixli indentifikasiya nömrəsi XTA**********2677 saylı VAZ 21140 markalı, C-043 KT 71 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X2 məxsusdur. İddiaçı həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Həmçinin yol-nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, İddiaçı yolayırıcı keçmə qaydalarını pozmaqla Cavabdeh idarə etdiyi avtomobil hərəkət yolunun qarşısına çıxmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, İddiaçı cаvаbdеh Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (iki yüz) manat ekspertiza xərci İddiaçı alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia təmin edilməsin. İddiaçı cаvаbdеh Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (iki yüz) manat ekspertiza xərci İddiaçı alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar