Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-81/2023 13.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci ildə ehtiyacı olduğu üçün ondan 2000 manat borc pul almışdır. 4 aydan sonra 30 avqust 2022-ci ilədək cavabdeh borcunu qaytaracağına söz verərək borcun təminatı və sübutu olaraq da borc müqaviləsi bağlamışdır. Ancaq cavabdeh bugünədək borcundan heç bir məbləğ ödəməmiş, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh borcunu tezliklə, bir neçə ay ərzində qaytaracağını bildirərək onu inandırsa da ancaq cavabdeh verdiyi sözünə əməl etməmiş, hər dəfəsində də ailə problemlərinin olduğunu, tezliklə borcunu ödəyib bitirəcəyini bildirmişdir. Cavabdeh bir neçə ay yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfə borcunu tezliklə ödəyəcəyini bildirsə də bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də Cavabdeh 2000 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli əlyazmadan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh pula ehtiyacı olduğu üçün İddiaçı 2000 manat borc pul almışdır. Aldığı borc pulu 30 avqust 2022-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Aldığı borc pulu vaxtında qaytarmadığı təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazırdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan 2000 manat məbləğində borc pul almış, aldığı pulu 30 avqust 2022-ci il tarixə qədər ödəyəcəyinə vəd vermiş, həmçinin əlyazma ilə də iddiaçıdan 2000 manat məbləğində pul aldığını təsdiqləmişdir, lakin cavabdeh verdiyi sözə əməl etməmiş iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2000 manat məbləğində pul və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində borc, 40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2040 (iki min qırx manat) manat alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-81/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-81/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver