Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-837/2021 13.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon məhkəməsinin qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsinə X3 18 yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat miqdarında alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən ayrılmışlar. Ağdaş rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş qızının 18 yaşınadək saxlanması üçün hər ay 90 manat miqdarında aliment cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Övladı hal hazırda böyümüşdür. Ehtiyacları və gündəlik təlabatları günü-gündən artır. Bu xərcləri tək başına və 90 manat aliment ilə övladının ehtiyaclarını qarşılıya bilmir. Odur ki, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddiası ilə tanışdır. Ağdaş rayon məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2005-ci il təvəllüdlü X3 18 yaşınadək saxlanması üçün hər ay 90 manat miqdarında aliment cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Qət edilmiş alimenti çətinliklə ödəyir. Hazırda iddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur, özü ailəlidir himayəsində övladı vardır. Özü heç bir yerdə işləmədiyindən alimentin miqdarının artırılmasına etiraz edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE11183601 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 xx.xx.2005-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli AZ-İ 113821 saylı nikahın pozulması haqqında şəhaədtnamdən məlum olur ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah xx xxx 2011-ci ildə pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər Ailə sağlamlıq mərkəzi Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 136 tarixli arayışdan məlum olur ki, X5 xx xxxxxx 2005-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda hərtərəfli həkim müayinəsindən keçmişdir, və sağlamdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli 2(014)-1000/2018 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, xx xxxxxx 1982-ci il tarixdə Ağdaş rayonu, Tofiqi kəndinə anadan olmuş, Ağdaş rayonu Sadavat kəndində yaşayan Cavabdeh xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il tarixd doğulmuş X5 adlı uşaqları 18 yaşına çatanadək saxlılması üçün hər ay 90 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin Tabeliiyində Dövlət Məşğulluq Agentliyinin 19 saylı ərazi məşğulluq mərkəzi filialı tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli **********3 saylı arayışdan məlum olur ki, Ağdaş rayon, Sadavat kəndinə qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq”altsistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatda deyil. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx xxx 2018 -ci il tarixli 2(014)-1000/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx xxxxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin xx xxx 2018 -ci il tarixli 2(014)-1000/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-837/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-837/2021
13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver