Məhkəmə qərarları › İş №2(014)-86/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-86/2023

18.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-86/2023 18.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mənzilin və torpağın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin və torpağın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2ində yaşayır. Cavabdeh onun əri olmuşdur. Aralarında olan nikah xx.xx.2010-cu ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Əsnad və xx.xx.2012-ci il tarixdə Abdulqadir adlı iki uşaqları doğulmuşdur. xx.xx.2022-ci ildə Ağdaş Rayon Məhkəməsinin 2(014)-47/2022 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. ünvan 2ində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) birgə nikah dövründə əldə etmişlər. İddiaçı birgə nikah dövründə olan bütün əmlakların yarı bölünməsi və ona düşən payın ona verilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin bölünərək ona verilməsi müəyyən olunmuşdur. İddiaçı özünə aid çıxarışı almışdır. Lakin hazırda həmin evin və torpaq sahəsinin naturada bölünməsi, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair aralarında narazılıq vardır. Məhkəmə araşdırmasının daha operativ və qanuna müvafiq araşdırılması məqsədi ilə qanunla müəyyən olunmuş bütün sübutları təqdim edir və işin tez həll olunması qənaətindədir. Göstərilənlərə əsasən ünvan 2ində yerləşən ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin İddiaçı düşən paya mütənasib olaraq naturada bölünməsinə, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək, mənzilin və torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə, həyətdə olan ikinci tikilinin və tövlənin tamamilə iddiaçıya verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-831/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdehdan cehiz əmlakları mebel 1500 manat, mebel üçün xrustallar, servis (madonna, bagemalar, lepkalı qabları) 1500 manat, uşaq yatağı 380 manat, şkaf 1 ədəd 150 manat, tək nəfərlik 2 ədəd yataq 100 man., stolu və stul dəsti 420 manat, yorğan-döşək 7 dəst 300 manat, qazan dəstləri- 3 dəst 145 manat, mətbəxtdə istifadə olunan xırda ləvazimatlar(qab-qacaq) 500 manat, ayaqqabı şkafı (asılqanlı) 120 manat, xalça bir ədəd 150 manat, xalça daroşka 2 ədəd 80 manat, pərdə 4 ədəd 600 manat, smavar 1 ədəd 140 manat, manqal 50 manat, divan dəsti 950 manat, televizor plazma (samsung) 850 manat, televizor üçün altlıq 350 manat, kiçik masa (jurnalni) 200 manat, yataq dəsti 2200 manat, yataq dəsti qız uşağı üçün 1250 manat, yataq dəsti oğlan uşağı üçün 1250 manat, mətbəx mebeli bağlanma 2800 manat, mətbəx mebeli üçün qaz sobası 250 manat, mətbəx mebeli üçün qabyuyan(moyka) 70 manat, paltaryuyan 430 manat, ankastr 450 manat, mikrodalğalı soba (west) 280 manat, soyuducu samsung 1470 manat, mətbəx jaluzu 120 manat, çilcıraq 2 ədəd (zal və otaq üçün) 350 manat, tozsoran (west) 250 manat, qazan dəsti (qranit) 260 manat, qazan dəsti (keramika) 245 manat, qazan dəsti (ikili) 180 manat, qazan dəsti( tuj) 120 mant, qaşıq-bıçaq dəsti çamadan 200 mant, belndr (istifadə olunmamış) 45 manat, mikser (istifadə olunammış) 80 manat, ətçəkən maşın 100 manat, balıq tavası qoşa 140 manat, məcməyi (podnos) dəsti (nikkel) 120 manat, xalça 1 ədəd 350 manat, xalça balaca 2 ədəd 100 manat, xalça 1 ədəd 500 manat, yataq üstü (pokrıval) 2 cüt 140 manat, uşaq üçün yataq üstü (pokrıval) 2 cüt 80 manat, divan örtüyü 2 ədəd 120 manat, maydador 320 manat dəyərində əşyalar naturada, naturada olmadıqda isə onların dəyərinin alınaraq iddiaçı X2 verilməsi, ünvan 2ində yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214.3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0.45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) ½ hissəsində iddiaçı X1 paylı mülkiyyət hüququnun müəyyən edilməsi, “Howo- ZZ3317N3867W” markalı **-BG-*** və “Nissan Navara” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısından əldə olunmuş 68000 (altmış səkkiz min) manatın yarısı 34000 (otuz dörd min) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, ünvan 2ində yerləşən, ümumi sahəsi 89.0 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evi 5000 manat məbləğində dəyərləndirilərək onun yarısı 2500 (iki min beş yüz) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, 1 ədəd kotanın dəyəri 2000 AZN müəyyən edilərək onun yarısı 1000 (min) AZN pul şəklində alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş 261,40 manat dövlət rüsumunun yarısı yəni 130,70 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evi və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verimiş 15 mart 2023-cü il tarixli, 3-21-3-35/2-1004-2023 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(014)-1799/2022 nömrəli qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: - Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan **********21 reyestr nömrəli çıxarışla verilmiş, ümumi sahəsi 0,45 ha həyətyanı torpaq sahəsinin naturada paylara uyğun bölünməsi tikililər nəzərə alınmaqla mümkün deyil. Mübahisəli torpaq sahəsində yerləşən ümumi sahəsi 214,3 m2 olan daşınmaz əmlaklar 2017-ci ildə inşa edilmiş ümumi sahəsi 152,9 m2 olan (dörd yaşayış otağından ibarət, yaşayış sahəsi 69,5 m2, köməkçi sahəsi 83,4 m2) və 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 61,4 m2 olan (bir yaşayış otağından ibarət, yaşayış sahəsi 34,0 m2, köməkçi sahəsi 27,4 m2) fərdi yaşayış evlərindən ibarətdir. 2017-ci ildə inşa edilmiş ümumi sahəsi 152,9 m2 olan (dörd yaşayış otağından ibarət, yaşayış sahəsi 69,5 m2, köməkçi sahəsi 83,4 m2) fərdi yaşayış evi yaşayış otaqlarına münasibətdə 7-ci və 8-ci otaqlar (cəmi sahəsi 34,6 m2), həmçinin 9-cu və 10-cu otaqlar (cəmi sahəsi 34,9 m2) olmaqla bölünməsi mümkündür. Lakin yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət ümumi sahəsi 83,4 m2 olan 1ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı literlə nömrələnmiş sahələr iddiaçının və cavabdehin ümumi birgə istifadəsində qalmaq şərtilə mümkündür. 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 61,4 m2 (plan (bir yaşayış otağından ibarət, yaşayış sahəsi 34,0 m2, köməkçi sahəsi 27,4 m2) fərdi aşayış evi 1 yaşayış otağından ibarət olduğu üçün bölünməsi mümkün deyil. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyinin surətindən görünür ki, ünvan 2ində yerləşən 214,3 kv.m sahədən ibarət fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin payçılar arasında ayrı-ayrı giriş-çıxış olmaqla 2 hissəyə bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinə və metodik əsasların Məhkəmə-Tikinti-X3 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən mümkün olduğu müəyən edilir. Tərəflərin istifadəsində qalan tikililərdən təyinatı üzrə istifadədən asılı olaraq tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq qapılar və ya pəncərələr açıla və ya bağlana bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə ünvan 2ində yerləşən ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin bölünərək tərəflərin mülkiyyətinə verilmiş və tərəflər özlərinə aid çıxarışlar almışlar. Eyni zamanda, məhkəmə iclasında cavabdeh mənzilin və torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə, həyətdə olan 1965-ci ildə inşa edilmiş ikinci tikilinin və tövlənin tamamilə iddiaçıya verilməsinə etirazının olmadığını bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 3i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünməli, ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 3i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünsün. Ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar