Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1248/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1248/2024 (Açar sözlər: mənzil mübahisələri, torpaq münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb ir əli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mənzilin və torpağın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1282/2023 nömrəli, 30 noyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girmiş, birgə nikahlarından iki uçaqları doğulmuşdur.
2. Ağdaş Rayon Məhkəməsinin 2(014)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmu şdur.
3. Ağdaş Rayon Məhkəməsinin 2(014)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsində X1 paylı mülkiyyət hüququ müəyyən edilmiş və tərəflər özlərinə aid çıxarışlar almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı mənzilin və torpağın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayır. Cavabdeh onun əri olmuşdur. Aralarında olan nikah xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Əsnad və xx.xx.2012-ci il tarixdə Abdulqadir adlı iki uşaqları doğulmuşdur. xx.xx.2022-ci ildə Ağdaş Rayon Məhkəməsinin 2(014)-47/2022 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) birgə nikah dövründə əldə etmişlər. İddiaçı birgə nikah dövründə olan bütün əmlakların yarı bölünməsi və ona düşən payın ona verilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və ümumi sahəsi 214,3 k v.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin bölünərək ona verilməsi müəyyən olunmuşdur. İddiaçı özünə aid çıxarışı almışdır. Lakin hazırda həmin evin və torpaq sahəsinin naturada bölünməsi, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair aralarında narazılıq vardır. Məhkəmə araşdırmasının daha operativ və qanuna müvafiq araşdırılması məqsədi ilə qanunla müəyyən olunmuş bütün sübutları təqdim edir və işin tez həll olunması qənaətindədir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin İddiaçı düşən paya mütənasib olaraq naturada bölünməsinə, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur.
6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək, mənzilin və torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə, həyətdə olan ikinci tikilinin və tövlənin tamamilə iddiaçıya verilməsinə etirazının olmadığını bildirmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verimiş 15 mart 2023-cü il tarixli, 3-21-3-35/2-1004-2023 saylı mütəxəssis rəyinə əsasən Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan **********21 reyestr nömrəli çıxarışla verilmiş, ümumi sahəsi 0,45 ha həyətyanı torpaq sahəsinin naturada paylara uyğun bölünməsi tikililər nəzərə alınmaqla mümkün deyil. Mübahisəli torpaq sahəsində yerləşən ümumi sahəsi 214,3 m2 olan daşınmaz əmlaklar 2017-ci ildə inşa edilmiş ümumi sahəsi 152,9 m2 olan (dörd yaşayış otağından ibarət, yaşayış sahəsi 69,5 m2, köməkçi sahəsi 83,4 m2 ) və 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 61,4 m2 olan (bir yaşayış otağından ibarət, yaşayış sahəsi 34,0 m2, köməkçi sahəsi 27,4 m2 ) fərdi yaşayış evlərindən ibarətdir. 2017-ci ildə inşa edilmiş ümumi sahəsi 152,9 m2 olan (dörd yaşayış otağından ibarət, yaşayış sahəsi 69,5 m2, köməkçi sahəsi 83,4 m2 ) fərdi yaşayış evi yaşayış otaqlarına münasibətdə 7-ci və 8-ci otaqlar (cəmi sahəsi 34,6 m2 ), həmçinin 9-cu və 10-cu otaqlar (cəmi sahəsi 34,9 m2 ) olmaqla bölünməsi mümkündür. Lakin yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət ümumi sahəsi 83,4 m2 olan 1-ci, 2-ci, 3-cü, 4cü, 5-ci və 6-cı literlə nömrələnmiş sahələr iddiaçının və cavabdehin ümumi birgə istifadəsində qalmaq şərtilə mümkündür. 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 61,4 m2 (plan (bir yaşayış otağından ibarət, yaşayış sahəsi 34,0 m2, köməkçi sahəsi 27,4 m2 ) fərdi aşayış evi 1 yaşayış otağından ibarət olduğu üçün bölünməsi mümkün deyil.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyinə əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 214,3 kv.m sahədən ibarət fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin payçılar arasında ayrı-ayrı giriş-çıxış olmaqla 2 hissəyə bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinə və metodik əsasların Məhkəmə-Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən mümkün olduğu müəyən edilir. Tərəflərin istifadəsində qalan tikililərdən təyinatı üzrə istifadədən asılı olaraq tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq qapılar və ya pəncərələr açıla və ya bağlana bilər.
9. Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddia tələbinin təmin edilməsi, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünməsi, Ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ* *******************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən edilmişdir ki, Ağdaş Rayon məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin bölünərək tərəflərin mülkiyyətinə verilmiş və tərəflər özlərinə aid çıxarışlar almışlar. Eyni zamanda, məhkəmə iclasında cavabdeh mənzilin və torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə, həyətdə olan 1965-ci ildə inşa edilmiş ikinci tikilinin və tövlənin tamamilə iddiaçıya verilməsinə etirazının olmadığını bildirmişdir.
11. Birinci insta nsiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hi ssəsi cavabdehə aid edilməklə naturada bölünməli, ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************;
12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 213.1, 220.1, 220.2, 220.3 225.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 106.3, 119.3, 76.1, 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, daşınmaz əmlakın naturada bölgüsünün əmlakın ayrıca əmlak kimi qeydə alınıb-alına bilməməsi, bölünərək əmlak dəyərinin azalıb azalmaması, tənasübsüz ayrıla bilməsinin mümkün olub olmaması şərtləri altında, iddianın qaldırılmasındakı niyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin şərtləri altında əmlakının satılaraq ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi niyyətilə hazırki iddianın qaldırılması zəruriliyi əsasında qaldırılması şərtilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddia tələbini təmin etdiyini göstərsə də onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357nömrəli eksper t rəyinə uyğun olaraq naturada bölgü aparılmasına etiraz edərək göstərmişdilər ki, bu qaydada bölgü aparılarsa onun himayəsində 2 uşağı olması səbəbindən pozulacaqdır. Nə qədər ki, bölünən əmlak daşınmaz əmlakın dövlət reyestrində ayrıca əmlak kimi qeydə alına bilmir, iddia tələbinin naturada bölünməsi barədə məhkəmə qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə umumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gə lməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qeyd olunan naturada bölgü əsasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi məhkəmə qətnaməsində əks olunmadığından iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə deyildir. Nəticə etibarı ilə bu qaydada bölgü gələcəkdə onun mülkiyyətçi olaraq öz payının realizəsi zamanı əmlakının əhəmiyyətli dərəcədə dəyər itirməsi ilə nəticələnəcəkdir. Həmçinin fərdi yaşayış evinin damının bölünməz olması səbəbindən onun saxlanması xərcləri ilə bağlı yeni mübahisələrin olması istisna edilmir. Fiziki bölgü yaşayış evinin otaqlarının a yrılmasını deyil, əmlakın bütün hissələrinin bölgüsünü nəzərdə tutur. Əvvəla göstərilən qayda ekspert rəyinə əlavə olunmuş sxemə uyğun deyildir. Digər tərəfdən 4.6 kv. metrlik sahə deyildikdə məhkəmə ona və 2 övladına texniki pasportda qeyd olunan zal otağını, mətbəxi, dəhlizi, ayaqyolu, hamam və dəhlizi ona vermiş, fərdi yaşayış evinin üzərində perimetr boyu mansard tikilisinin girişi də daxil olmaqla 4 yaşayış otağı və dəhliz və evin bütün mansardını cavabdehin istifadəsində saxlamaqla hüquqlarını pozmuşdur. Hazırki iddianı qaldırdığını, sonra əmlakın satılmaqla paylarına uyğun bölünməsini istədiyini bildirmişdir. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köm əkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Nəzərə alınmalıdır ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə məhk əmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ancaq həmin rəy ayrı-ayrılıqda tərtib olunmuş, daşınmaz əmlakın qeydiyyatını aparan orqanın mütəxəssisləri naturada bölgünün mümkün olmaması qeyd olunsada, məhkəmə sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımsından işin faktiki hallarına uyğun araşdırmamış və qiymətləndirməmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1282/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmiş dir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
17. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
18. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mahiyyəti üzrə həll edilməsi, mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə 2(014)-1799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən eksperiza təyin edilmişdir.
19. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Naz irliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyinə əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 214,3 kv.m sahədən ibarət fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin payçılar arasında ayrı-ayrı giriş-çıxış olmaqla 2 hissəyə bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinə və metodik əsasların Məhkəmə-Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən mümkün olduğu müəyən edilir. Tərəflərin istifadəsində qalan tikililərdən təyinatı üzrə istifadədən asılı olaraq tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq qapılar və ya pəncərələr açıla və ya bağlana bilər.
20. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır.
21. Şikayətin digər dəlili ondan ibarətdir ki, bu qaydada bölgü aparılarsa onun himyəsində 2 uşağı olması səbəbindən pozulacaqdır.
22. Kollegiya h esab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
23. Belə ki, apellyator himayəsində iki uşaq olması və bölgünün bu halda aparılmasının nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda işin bu halının iddia tələbinə aidiyyətini əsaslandırmamışdır.
24. Şikayətin digər dəlili ondan ibarətdir ki, fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qeyd olunan naturada bölgü əsasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi məhkəmə qətnaməsində əks olunmadığından iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə deyildir. Nəticə etibarı ilə bu qaydada bölgü gələcəkdə onun mülkiyyətçi olaraq öz payının realizəsi zamanı əmlakının əhəmiyyətli dərəcədə dəyər itirməsi ilə nəticələnəcəkdir.
25. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
26. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin İddiaçı düşən paya mütənasib olaraq naturada bölünməsinə, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur.
27. Qeyd edilən qətnamədən görünür ki, iddia təmin edilmiş, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünmüşdür.
28. Göründüyü kimi şikayət bu hissədə də əsassızdır.
29. Daha sonra şikayətdə qeyd edilmişdir ki, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə məhkəm ə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ancaq həmin rəy ayrı-ayrılıqda tərtib olunmuş, daşınmaz əmlakın qeydiyyatını aparan orqanın mütəxəssisləri naturada bölgünün mümkün olmaması qeyd olunsada, məhkəmə sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımsından işin faktiki hallarına uyğun araşdırmamış və qiymətləndirməmişdir.
30. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Məhkəmə kollegiyası bir daha izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə k ollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır.
31. Bundan başqa kollegiya qeyd etməyi lazım bilmişdir ki, cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm də kollegiyanın iclasında bölgünün istənilən formada aparılmasına etiraz etməmişdir. Yəni iddiaçıya verilən hissənin cavabdehə, cavabdehə verilən hissənin isə iddiaçıya verilməsinə etiraz etməmişdir. Ancaq iddiaçı tərəf bununla razılaşmamışdır. Bundan başqa cavabdeh birinci instaniya məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, mənzilin istənilən yerinin ona verilməsinə razı olduğunu, qapı iddiaçıya verilərsə, ona mənzilin istənilən yerindən özünün öz vəsaitinə qapı a çmağa hazır olduğunu, həyətdə olan talvarın da iddiaçıya verilməyinə etiraz etmədiyini və həyətdə olan digər köhnə tikilinin də iddiaçıya verilməsinə etiraz etməmişdir.
32. Daha sonra iddiaçı tərəf kollegiyanın iclasında bölgünün ümumiyyətlə aparılmamsı və iddiaçıya düşən payın pulla kompensasiya edilməsinə və ya daşınmaz əmlakın hərraca çıxarılmasına razı olduqlarını bildirmişdir.
33. Kollegiya bununla bağlı qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlakın bölünməsi mümkün olmadığı təqdirdə iddiaçı tərəf bu hüququndan istifadə edə bilər. Yuxarıda qeyd edilən ekspert rəyindən isə müəyyən edilir ki, payların naturada bölünməsi mümkündür. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf əmlakın naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş olsada heç bir halda əmlakın na turada bölgüsü ilə razılaşmamışdır.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 213, 220, 225, 5 və 560-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkil Nümayəndə Nemət qızı) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib yeni qərar qəbul edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr v ə Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ancaq rəylər ayrı-ayrılıqda tərtib olunmuş, daşınmaz əmlakın qeydiyyatını aparan orqanın mütəxəssisləri naturada bölgünün mümkün olmaması qənaətinə gəlsədə, məhkəmə sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımından işin faktiki hallarına uyğun araşdırmamış və qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində müəyyən edilmiş qaydada obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığını nəzərə almalı olduğu halda bunu etməmişdir. Həmçin in ekspert rəyi ilə mütəxəssis rəyi arasında əhəmiyyətli ziddiyyət olsa da məhkəmə kollegiyası mütəxəssis rəyini nəzərə almamasına dair dəlillərini qətnamədə qeyd etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
38. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahib liyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
40. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
41. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
42. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
43. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya in stansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1282/2023 nömrəli, 30 noyabr 2023-cü il qətnaməsi dəyişdirilm