Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1282/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mənzilin və torpağın naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin və torpağın naturada bölünməsi tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil2ın, Cavabdeh və nümayəndəsi, həmçinin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mənzilin və torpağın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı mənzilin və torpağın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayır. Cavabdeh onun əri olmuşdur. Aralarında olan nikah xx.xx.2010-cu ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Əsnad və xx.xx.2012-ci il tarixdə Abdulqadir adlı iki uşaqları doğulmuşdur. xx.xx.2022-ci ildə Ağdaş Rayon Məhkəməsinin 2(014)-47/2022 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) birgə nikah dövründə əldə etmişlər. İddiaçı birgə nikah dövründə olan bütün əmlakların yarı bölünməsi və ona düşən payın ona verilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin bölünərək ona verilməsi müəyyən olunmuşdur. İddiaçı özünə aid çıxarışı almışdır. Lakin hazırda həmin evin və torpaq sahəsinin naturada bölünməsi, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair aralarında narazılıq vardır. Məhkəmə araşdırmasının daha operativ və qanuna müvafiq araşdırılması məqsədi ilə qanunla müəyyən olunmuş bütün sübutları təqdim edir və işin tez həll olunması qənaətindədir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin İddiaçı düşən paya mütənasib olaraq naturada bölünməsinə, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsi ilə (hakim C.Sultanov) iddia tələbi təmin edilməsi, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünməsi, Ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ağdaş Rayon məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin bölünərək tərəflərin mülkiyyətinə verilmiş və tərəflər özlərinə aid çıxarışlar almışlar. Eyni zamanda, məhkəmə iclasında cavabdeh mənzilin və torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə, həyətdə olan 1965-ci ildə inşa edilmiş ikinci tikilinin və tövlənin tamamilə iddiaçıya verilməsinə etirazının olmadığını bildirdi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünməli, ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 213.1, 220.1, 220.2, 220.3 225.1-ci maddələri, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 106.3, 119.3, 76.1, 14.2, 77.1, 217.3 və 217.4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddia tələbini təmin etdiyini göstərsədə onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357nömrəli ekspert rəyinə uyğun olaraq naturada bölgü aparılmasına etiraz edərək göstərmişdilər ki, bu qaydada bölgü aparılarsa onun himyəsində 2 uşağı olması səbəbindən pozulacaqdır. Nə qədər ki, bölünən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə ayrıca əmlak kimi qeydə alına bilmir, iddia tələbinin naturada bölünməsi barədə məhkəmə qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə umumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qeyd olunan naturada bölgü əsasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi məhkəmə qətnaməsində əks olunmadığından iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə deyildir. Nəticə etibarı ilə bu qaydada bölgü gələcəkdə onun mülkiyyətçi olaraq öz payının realizəsi zamanı əmlakının əhəmiyyətli dərəcədə dəyər itirməsi ilə nəticələnəcəkdir. Həmçinin fərdi yaşayış evinin damının bölünməz olması səbəbindən onun saxlanması xərcləri ilə bağlı yeni mübahisələrin olması istisna edilmir. Fiziki bölgü yaşayış evinin otaqlarının ayrılmasını deyil, əmlakın bütün hissələrinin bölgüsünü nəzərdə tutur. Əvvəla göstərilən qayda ekspert rəyinə əlavə olunmuş sxemə uyğun deyildir. Digər tərəfdən 4.6 kv. metrlik sahə deyildikdə məhkəmə ona və 2 övladına texniki pasportda qeyd olunan zal otağını, mətbəxi, dəhlizi, ayaqyolu, hamam və dəhlizi ona vermiş, fərdi yaşayış evinin üzərində perimetr boyu mansard tikilisinin girişi də daxil olmaqla 4 yaşayış otağı və dəhliz və evin bütün mansardını cavabdehin istifadəsində saxlamaqla hüquqlarını pozmuşdur. Hazırki iddianı qaldırdığını, sonra əmlakın satılmaqla paylarına uyğun bölünməsini istədiyini bildirmişdir. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Nəzərə alınmalıdır ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ancaq həmin rəy ayrı-ayrılıqda tərtib olunmuş, daşınmaz əmlakın qeydiyyatını aparan orqanın mütəxəssisləri naturada bölgünün mümkün olmaması qeyd olunsada, məhkəmə sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımsından işin faktiki hallarına uyğun araşdırmamış və qiymətləndirməmişdir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-86/2023 saylı qətnaməsini ləğv edilərək, daşınmaz əmlakın naturada bölgüsünün əmlakın ayrıca əmlak kimi qeydə alınıb-alına bilməməsi, bölünərək əmlak dəyərinin azalıb azalmaması, tənasübsüz ayrıla bilməsinin mümkün olub olmaması şərtləri altında, iddianın qaldırılmasındakı niyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin şərtləri altında əmlakının satılaraq ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi niyyətilə hazırki iddianın qaldırılması zəruriliyi əsasında qaldırılması şərtilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayəti vermiş məhkəmənin xx.xx.2023-cü il tarixli 2(014)-86/2023-saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edər və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-S6/2023-saylı qətnaməsinin qüvvədə qalmasını istəmişdir. İdddiaçı İddiaçı birinci instansiya məhkəməsində irəli sürdüyü torpağın və mənzilin naturada bölünməsi tələbinə dair məhkəmə çəkişməsi zamanı o, iddiaçının İrəli sürdüyü tələbə etiraz etməmiş və iddiaçının tələbi ilə razilaşmır. Həmiçinin bildirir ki, həmin evin və torpağın hazırki vəziyyətə gətirilməsi ilə bağlı uzun illər əziyyət çəkmişdir. Bundan əlavə iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyində göstərilmişdir ki, “Cavabdeh və X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı vo X6 şəxsi tərəfindən tərtib edilən **********21-10301 reyestr nömrəli çıxarışla paylarına düşən sahələrin naturada təcrid mənzillər şəklində ayrılması mümkündür. Göründüyü kimi iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən obyektiv qərəzsiz olaraq rəy verilmiş və Məhkəmə tərəfindən iddia təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-86/2023 saylı qətnaməsi ilə tərəflərin hər birinin A hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən əmlak naturada bölünmüşdür. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi və əmlakın hazırki qaydada bölgüsü ilə razılaşmaması onun mülkiyyət hüquqlarının pozulmasına yönəlib. Odur ki, yuxarıda göstərdiyi işin faktiki hallarının, iddia tələbini etirazının nəzərə alınmasını, təqdim olunmuş sübutların tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasını, sübutlara düzgün qiymət verilməsini, iddiaçı tərəfin apellyasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etmək üçün heç bir hüquqi əsası olmamasını, yəni apellyasiya şikayəti əsassız olduğundan rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi, həmçinin vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlamılmasını xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər, İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-86/2023 saylı qətnaməsini ləğv edilərək, daşınmaz əmlakın naturada bölgüsünün əmlakın ayrıca əmlak kimi qeydə alınıb-alına bilməməsi, bölünərək əmlak dəyərinin azalıb azalmaması, tənasübsüz ayrıla bilməsinin mümkün olub olmaması şərtləri altında, iddianın qaldırılmasındakı niyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin şərtləri altında əmlakımın satılaraq ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi niyyətilə hazırki iddianın qaldırılması zəruriliyi əsasında qaldırılması şərtilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) birgə nikah dövründə əldə etmişlər. İddiaçı birgə nikah dövründə olan bütün əmlaklarının yarı bölünməsi və ona düşən payın ona verilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-831/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evi və 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı mülkiyyətinə verilməsi müəyyən olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsi ilə tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin etdiyini göstərsədə onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyinə uyğun olaraq naturada bölgü aparılmasına etiraz edərək göstərmişdilər ki, bu qaydada bölgü aparılarsa onun himyəsində 2 uşağı olması səbəbindən pozulacaqdır. Nə qədər ki, bölünən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə ayrıca əmlak kimi qeydə alına bilmir, iddia tələbinin naturada bölünməsi barədə məhkəmə qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mahiyyəti üzrə həll edilməsi, mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə 2(014)-1799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən eksperiza təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyinin surətindən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 214,3 kv.m sahədən ibarət fərdi yaşayış evinin və 0,45 ha həyətyanı torpaq sahəsinin payçılar arasında ayrıayrı giriş-çıxış olmaqla 2 hissəyə bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun bəndlərinə və metodik əsasların Məhkəmə-Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən mümkün olduğu müəyən edilir. Tərəflərin istifadəsində qalan tikililərdən təyinatı üzrə istifadədən asılı olaraq tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq qapılar və ya pəncərələr açıla və ya bağlana bilər. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, bu qaydada bölgü aparılarsa onun himyəsində 2 uşağı olması səbəbindən pozulacaqdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, apelyator himayəsində iki uşaq olması və bölgünün bu halda aparılmasının nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda işin bu halının iddia tələbinə aidiyyətini əsaslandırmamışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qeyd olunan naturada bölgü əsasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi məhkəmə qətnaməsində əks olunmadığından iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə deyildir. Nəticə etibarı ilə bu qaydada bölgü gələcəkdə onun mülkiyyətçi olaraq öz payının realizəsi zamanı əmlakının əhəmiyyətli dərəcədə dəyər itirməsi ilə nəticələnəcəkdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 214,3 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyətyanı torpaq sahəsinin İddiaçı düşən paya mütənasib olaraq naturada bölünməsinə, hər bir sahənin eni və uzununun müəyyənləşdirilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən qətnamədən görünür ki, iddia təmin edilmiş, tərəflərin hər birinin ½ hissədə paylı mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,45 ha torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/357 nömrəli ekspert rəyindəki “A” literli fərdi yaşayış evi həmin ekspert rəyinə uyğun olaraq giriş hissəsində olan 74,6 kv.m. hissədə, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi bütövlükdə, həmin torpaq sahəsində yerləşən talvar bütövlükdə, həmçinin “A” literli fərdi yaşayış evinin iddiaçıya aid edilən hissəsində qalan torpaq sahəsinin 0,2267 ha hissədə iddiaçıya aid edilməklə, o cümlədən həmin əmlakların qalan hissəsi cavabdehə aid edilməklə naturada bölünmüşdür. Göründüyü kimi şikayət bu hissədə də əsassızdır. Daha sonra şikayətdə qeyd edilir ki, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ancaq həmin rəy ayrı-ayrılıqda tərtib olunmuş, daşınmaz əmlakın qeydiyyatını aparan orqanın mütəxəssisləri naturada bölgünün mümkün olmaması qeyd olunsada, məhkəmə sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımsından işin faktiki hallarına uyğun araşdırmamış və qiymətləndirməmişdir. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Məhkəmə kollegiyası bir daha izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm də kollegiyanın iclasında bölgünün istənilən formada aparılmasına etiraz etməmişdir. Yəni iddiaçıya verilən hissənin cavabdehə, cavabdehə verilən hissənin isə iddiaçıya verilməsinə etiraz etməmişdir. Ancaq iddiaçı tərəf bununla razılaşmamışdır. Bundan başqa cavabdeh birinci instaniya məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, mənzilin istənilən yerinin ona verilməsinə razı olduğunu, qapı iddiaçıya verilərsə, ona mənzilin istənilən yerindən özünün öz vəsaitinə qapı açmağa hazır olduğunu, həyətdə olan talvarın da iddiaçıya verilməyinə etiraz etmədiyini və həyətdə olan digər köhnə tikilinin də iddiaçıya verilməsinə etiraz etməmişdir. Daha sonra iddiaçı tərəf kollegiyanın iclasında bölgünün ümumiyyətlə aparılmamsı və iddiaçıya düşən payın pulla kompensasiya edilməsinə və ya daşınmaz əmlakın hərraca çıxarılmasına razı olduqlarını bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, mübahisəli daşınmaz əmlakın bölünməsi mümkün olmadığı təqdirdə iddiaçı tərəf bu hüququndan istifadə edə bilər. Yuxarıda qeyd edilən ekspert rəyindən isə müəyyən edilir ki, payların naturada bölünməsi mümkündür. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf əmlakın naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş olsada heç bir halda əmlakın naturada bölgüsü ilə razılaşmamışdır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(014)-86/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1282/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1282/2023
30.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver