Məhkəmə qərarları › İş №2(014)-871/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-871/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-871/2021 08.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məmmədhüseyn oğluna qarşı “borcla əlaqədar pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məmmədhüseyn oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmmədhüseyn oğlu istehlak etdiyi elektrik enerjisi üzrə yaratmış olduğu 697.74 (altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır, istehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildiririk ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********00111 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.01,2007-ci il tarixdən 23.07.2019-cu il tarixinə kimi,23.07.2019-cu il tarixdən 02.04.2020-ci il tarixinə kimi zavod nömrəsi ******* olan VİKO- M580DB0T tipli,elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, 02.04.2020-ci il tarixindən isə Köhler- AEL.MF.07 tipli,zavod nömrəsi 77068576 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Cavabdehla Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqısatqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş- Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehlun elektrik enerjisindən istifadəyə görə 04.10.2015-ci il tarixinə 785,34 manat məbləğində debitor borcu olmuşdur Cavabdeh yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən 15.09.2015-ci il tarixdən 23.02.2021-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 4440,05(dörd min dörd yüz qırx manat 0.5 qəpik) manat təşkil edən 64664 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. İstehlak edilmiş elektrik enerjisinin 4440,05 dörd min dörd yüz qırx manat 0.5 qəpik) manat dəyərindən iddiaçı tərəfindən 3742,31 (üç min yeddi yüz qırx iki manat otuz bir qəpik) manat məbləğində ödəniş edildiyindən cavabdehin 23.02.2021-ci il tarixinə 697,74(altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində ödənilməli olan debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 11 yanvar 2021 -ci il tarixli 18№-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 683,84(altı yüz səksən üç manat səksən dörd qəpik) manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.Cavabdeh 18.01.2021 -ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmiş ,əksinə ona ayrılmış limitdən artıq 13,90(on üç manat doxsan qəpik) manat məbləğində enerjidən istifadə etdiyinə görə borc məbləği artaraq 697,74(altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat təşkil etmişdir. Cavabdeh yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının göstəricilərinə əsasən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərindən sonuncu dəfə 31.01.2021-ci il tarixdə istehlakçı kodu üzrə hesabına “Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsi” tərəfindən 105 (yüz beş manat) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh “xxxx” ASC-yə 697,74(altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində ziyan vurmuşdur.Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin”Proqram bazasf’nda qeydiyyatda olan istehlakçı kodu üzrə “istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, həqiqətən də 506.11 manat borcu olduğunu, həmin borcu hissə-hissə qaytaracağını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin bildirişindən görünür ki, Cavabdeh Məmmədhüseyn oğlunun 30.03.2021-ci il tarixə (abonent kodu **********0011) ASC-yə 506.11 manat borcu vardır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 yanvar 2021-ci il tarixli 18 saylı pretenziyadan məlum olur ki, abunə kodu **********00111 olan Cavabdeh elektrik enerjisindən istifadəyə görə 11.01.2021-ci il tarixinə “xxxx” ASC-ə 683.84 manat məbləğində borcu yaranmışdır. 683.34 manat borc məbləğinin ödənişini 7(yeddi) gün ərzində təmin edəsiniz. Əks halda tərəfindən məhkəməyə müraciət ediləcək, borcdan əlavə məhkəməyə müraciətlə bağlı çəkdikləri bütün xərclə iddia tələbinə əlavə edilərək sizdən tələb ediləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qərarın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinə əsasən iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin Ağdaş rayonu, Yenikənd kəndində istifadə etdiyi enerji sərfiyyatına görə iddiaçıya 15.09.2015-ci il tarixdən 23.02.2021-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 4440,05(dörd min dörd yüz qırx manat 0.5 qəpik) manat təşkil edən 64664 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. İstehlak edilmiş elektrik enerjisinin 4440,05 (dörd min dörd yüz qırx manat 0.5 qəpik) manat dəyərindən iddiaçı tərəfindən 3742,31 (üç min yeddi yüz qırx iki manat otuz bir qəpik) manat məbləğində ödəniş edildiyindən cavabdehin 23.02.2021-ci il tarixinə 697,74(altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində ödənilməli olan debitor borcu olduğunu bildirsə də, işə əlavə olunmuş abunə haqqından məlum olur ki, cavabdehin 30.03.2021-ci il tarixə 506.11 manat borcu vardır. Hazırda isə iddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 506.11 manat borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məmmədhüseyn oğlundan istifadə edilmiş elektrik enerjisinə görə 506.11 (beş yüz altı manat 11 qəpik) manat məbləğində borc iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədhüseyn oğlundan istifadə edilmiş elektrik enerjisinə görə 506.11 (beş yüz altı manat 11 qəpik) manat məbləğində borc, 15 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı iddiaçı «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar