Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-871/2023 07.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Ağdaş rayonu, Orta Ləki kənd sakini Cavabdeh 2020-ci ilin avqust ayında onu 3800 manat məbləğində DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə sürücü vəzifəsinə iş düzəldə biləcəyini bildirmişdir. Bundan sonra elə 2020-ci ilin avqust ayında 1 həftə ərzində cavabdehə 2800 manat pul ödəmişdir. Sonuncu 1000 manatı da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən Rahat marketdə qoyulmuş milliön aparatından ödəmişdir. Cavabdehin tələb etdiyi pulu ödəməyinə baxmayaraq cavabdeh verdiyi sözünə əməl etməmişdir. Bir müddətdən sonra cavabdehin ona olan etibarından sui-istifadə etdiyini, onu aldadaraq 3800 manat pulunu mənimsədiyini anlamışdır. Dəfələrlə çalışsa da cavabdehdən mənimsədiyi pulu ala bilməmişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Sonuncu ödəniş yeri Nəsimi rayonunda olduğu üçün şikayəti ilə bağlı Nəsimi rayon Polis şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı cavabdeh ondan borc aldığını, ona pul borcunun olduğunu və tezliklə də ödəyəcəyini bildirmişdir. Yaranmış mübahisənin mülki xarakterli olmağı səbəbiylə şikayəti ilə bağlı cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilərək mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda cavabdeh onun ümumilikdə 3800 manat pulunu mənimsəməklə ona xeyli miqdarda maddi ziyanlıq vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 28 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh məxsus ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış, sonuncu İddiaçı 3800 manat pul borc götürdüyünü, lakin imkanı olmadığı üçün qaytara bilməməsini bildirmiş, yaxın günlərdə vədinə əməl edəcəyini qeyd etmiş, lakin təhqiqat müddətində verdiyi vədə əməl etməmişdir. Bu barədə Cavabdeh vətəndaş İddiaçı məxsus telefona göndərdiyi səsli yazı və yazılı mesajlar da mövcuddur. İşin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, HK-1/3489 saylı imtina məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirmişdir ki, müraciətində göstərdiyi xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. İşin materiallarında olan 1 ədəd CD diskdə olan səs yazısı tədqiq edilən zaman müəyyən olundu ki, Cavabdeh İddiaçı borc pul almış, dəfələrlə cavabdeh telefon vasitəsi ilə iddiaçı ilə əlaqə saxlayaraq borcunu ödəyəcəyini bildirmiş, lakin borcundan heç bir ödəniş etməmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 58 (əlli səkkiz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 3800 manat məbləğində pul vermiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya olan borcunu geri qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 3800 manat məbləğində pul və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat miqdarında pul və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-871/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-871/2023
07.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver