Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-871/2024 01.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 19 may 2019-cu il tarixdə anadan olmuş X5 18 yaşına çatanadək saxlanılması üçün hər ay müəyyən edilmiş 140 manat alimentin miqdarı artırılaraq hər ay 235 manat alimentin Cavabdeh tutularaq iddaçı İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh birgə nikahlarından 19 may 2019-cu il tarixdə X7 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal oluşdur. Lakin sonradan aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar və məhkəmənin qətnaməsi ilə aralarındakı nikah poulmuşdur. Ağdaş rayon Məhkəməsinin 2(014)-1483/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 19 may 2019-cu il tarixdə X5 yetknlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, uşaq böyüdüyündən onun xərcləri də artmışdır. Cavabdeh uşağın saxlanılmasında əlavə olaraq maddi köməklik göstərmir. Belə ki poçtda analıq məzuniyyətində olan başqa bir şəxsin yerinə işləyir. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. Ancaq bugünədək cavabdeh alimentdən savayı uşağı ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərmiş, bundan sonra Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdehlə mediasiya qaydasında mübahisələrini həll edə bilməmişlər. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Buna görə də hesab edir ki, alimentin miqdarı artırılmalı hər ay cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması 235 manat aliment tutulmalıdır. İddiaçı X6 məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş rayon Məhkəməsinin 2(014)- 1483/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 19 may 2019-cu il tarixdə X5 yetknlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, uşaq böyüdüyündən onun xərcləri də artmışdır. Cavabdeh uşağın saxlanılmasında əlavə olaraq maddi köməklik göstərmir. O, poçtda analıq məzuniyyətində olan başqa bir şəxsin yerinə işləyir. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. Ancaq bu günədək cavabdeh alimentdən savayı uşağı ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 29 iyul 2019-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 306234 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 19 may 2019-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X2r. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(014)-1483/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə X1 birgə nikahlarından doğulmuş 19 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan 02 may 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 02 may 2024-cü il tarixdə saat 16:00-da keçirilmiş mediasiya prosesində İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan EİMS-dən əldə olunmuş məlumatdan görünür ki, Rəhimova X4 MMC-də əməliyyatçı vəzifəsində işləyir və aylıq 393 manat əmək haqqı alır. İş materiallarında olan EİMS-dən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də istehsalat üzrə rəis işləyir və aylıq 400 manat əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 19 may 2019-cu il təvəllüdlü X7 doğulmuş, tərəflərin nikahları pozulmuş, Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(014)-1483/2019 saylı qətnaməsi ilə Cavabdeh 19 may 2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İddiaçı 393 manat, Cavabdeh 400 manat əmək haqqı alırlar. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onunla bağlı olan məsrəfləri, tərəflərin maddi vəziyyətini, uşağın saxlanması üçün cavabdehdən uşaq üçün 140 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələbləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 19 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, İlkin mediasiya sesiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilən 50 (əlli) manat mediasiya xərcinin əvəzi olan pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 19 may 2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən olunsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sesiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilən 50 (əlli) manat mediasiya xərcinin əvəzi olan pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-871/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-871/2024
01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver