Məhkəmə qərarları › İş №2(014)-872/2021

Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-872/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-872/2021 03.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı «xxxx»ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə «xxxx»ASC-in Cavabdeh oğluna qarşı Borcla əlaqədar pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 1349,07 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx»ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazasfnda **********00397 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 Vk tipli, zavod nömrəsi 65073344 olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.01 2007-ci il tarixdən hal-hazıra kimi istifadə edir.Cavabdehlə Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının bır tipli müqaviləsi” bağlanmışdır.Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir.Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehlin elektrik enerjisindən istifadəyə görə 04.10.2015-ci il tarixinə 627,22(altı yüz iyirmi yeddi manat iyirmi iki qəpik) manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən 21.09.2015-ci il tarixdən dəyəri 1017,89(bir min on yeddi manat səksən doqquz qəpik) manat təşkil edən 14903 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir.Bundan əlavə Cavabdeh tərəfindən limitdən(300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 23,96(iyirmi üç manat doxsan altı qəpik) manat təşkil edən dəyəri və 04.10.2015-ci il tarixinə qalıq qalmış 627,22(altı yüz iyirmi yeddi manat iyirmi iki qəpik) manat debitor borc da nəzərə alınmaqla (1017,89+23,96+627,22) 1669,70(bir min altı yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. İstehlak edilmiş elektrik enerjisinin 1669,70(bir min altı yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğindən Cavabdeh tərəfindən 07.12.2015-ci il tarixdən 26.12.2020-ci il tarixinə kimi cəmi 320(üç yüz iyirmi manat) manat məbləğində ödəniş edildiyi üçün onun 23.02.2021-ci il tarixinə ödənilməli olan 1349,07(bir min üç yüz qırx doqquz manat yeddi qəpik) manat məbləğində debitor borcu vardır. Cavabdeh yaşadığı ünvana 08 yanvar 2021ci il tarixli 15N°-İİ Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1288,36 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 21.01.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmiş Əksinə 2020-ci ilin 28 dekabr tarixindən 08.02.2021-ci il tarixinə kimi dəyəri 60,71(altmış manat yetmiş bir qəpik) manat təşkil edən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərini ödəmədiyindən borc məbləği artaraq 1349,07(bir min üç yüz qırx doqquz manat yeddi qəpik) manat təşkil etmişdir. Cavabdeh sayğac göstəricilərinə əsasən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərindən sonuncu dəfə 26.12.2020-ci il tarixdə 10 manat məbləğində ödəniş etmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o, ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh “xxxx” ASC-yə 1349,07(bir min üç yüz qırx doqquz manat yeddi qəpik) manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin”Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Buna görə də Cavabdeh oğlundan 1349,07 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması xahiş edir. İddiaçı «xxxx»ASC-in nümayəndəsi M.Məmmədov məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olsa da, məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməməsini əsas götürərək işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazasfnda **********00397 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 Vk tipli, zavod nömrəsi 65073344 olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.01 2007-ci il tarixdən hal-hazıra kimi istifadə edir.Cavabdehlə Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının bır tipli müqaviləsi” bağlanmışdır.Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir.Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehlin elektrik enerjisindən istifadəyə görə 04.10.2015-ci il tarixinə 627,22(altı yüz iyirmi yeddi manat iyirmi iki qəpik) manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən 21.09.2015-ci il tarixdən dəyəri 1017,89(bir min on yeddi manat səksən doqquz qəpik) manat təşkil edən 14903 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir.Bundan əlavə Cavabdeh tərəfindən limitdən(300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 23,96(iyirmi üç manat doxsan altı qəpik) manat təşkil edən dəyəri və 04.10.2015ci il tarixinə qalıq qalmış 627,22(altı yüz iyirmi yeddi manat iyirmi iki qəpik) manat debitor borc da nəzərə alınmaqla (1017,89+23,96+627,22) 1669,70(bir min altı yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. İstehlak edilmiş elektrik enerjisinin 1669,70(bir min altı yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğindən Cavabdeh tərəfindən 07.12.2015-ci il tarixdən 26.12.2020-ci il tarixinə kimi cəmi 320(üç yüz iyirmi manat) manat məbləğində ödəniş edildiyi üçün onun 23.02.2021-ci il tarixinə ödənilməli olan 1349,07(bir min üç yüz qırx doqquz manat yeddi qəpik) manat məbləğində debitor borcu vardır. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 1349,07 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı,cəmi 1379,47 manat (bir min üç yüz yetmiş doqquz manat qırx yeddi qəpik) tutularaq «xxxx»ASC-in xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində cavabdeh tərəfindən qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Şəki Аpеllyаsiyа Məhkəməsinə Аğdаş Rаyоn Məhkəməsi vаsitəsi ilə аpеllyаsiyа şikаyəti vеrə bilərlər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik еdən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar