Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-875/2024 01.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Qurbanzadə (Rəsulova) Röya Məzahir qızı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş X9 05 dekabr 2009 -cu və il təvəllüdlü və X11 16 sentyabr 2011-cı il təvəllüdlü uşaqlarının saxlanması üçün heç bir maddi kömək göstərməmişdir. Cavabdehlə 17 yanvar 2012-ci il tarixində Ağdaş rayon qeydiyat şöbəsində rəsmi nikahla girib ailə qurmuşam. Birgə nikahımızdan 05 dekabr 2009-cu il təvəllüdlü X13. Qızı və 16 oktyabr 2011-ci il təvədllüdlü X11 anadan olmuşdur.Nikahm ləğvi barədə ərizə verməyimin səbəbi övladlarımız olandan bir neçə il sora cavabdehin Rusiyada rus qadın ilə ailəli olduğunu öyrəndim. Onun ölkəyə gec-gec gəlməsinində səbəbi bu imiş. Bunu özünə bildirdikdən sora ailə arası münaqişələrimiz başladı..Cavabdeh Rusiyada vətəndaşdır,vaxdı-vaxdında gəlmir,ailəsi ilə maraqlanmır,gələndədə dava dalaşımız olur. Mənə deyir ki mənim üçün, vətən Rusiya, ailəmdə rusiyadakı qadındır. Xoşagəlməz,təhqiredici sözlər deyir,mənim qürurumu incidəcək hərəkətlər edir..Dəfələrlə mənə məni öz işdəyi ilə yox, ailəsinin işdəyi ilə aldığını bildirmişdir. Axrı olmayan evliliklə şərəfimin, şəxsiyətimin, qürurumun alçalmağını isdəməyərək bu evliliyi sonlandırmağa qərar verdim. Ailə münasibətlərimizin bərpa olunması mümkün deyildir.Artıq çoxdandır ki,nigahımız formal xarakter daşıyır,hal-hazırda ailəmin yaşadığı mənziləm getmişəm və həmin vaxtdan mən valideyinlərimin maddi köməkliyi ilə yaşamağa məcburam.Uşaqlar mənim himayəmdə qalmışdır. Bu müddət ərzində cavabdeh uşaqlara ümumiyyətlə maraqlanmıyıb, uşaqları görmək tələbi olmayıb, uşaqlarla qarşı heç bir diqqət və qayğı göstermiyib və heç bir maddi yardım göstermiyib. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş şəhər, məhkəməsinin 12 iyul 2023-ci il tarixli, iş 2(014)- 541/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş 05 dekabr 2009 cu il təvəlüdlü X9 və 16 sentyabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda hər uşaq üçün 140 (bir yüz qırx) manat aliment məbləğinin tutularaq iddiaçıya təvəlüdlü verilməsi qət edilmişdir. Hal-hazırda X6m 14 yaşı, X7 isə 12 yaşı var. Ağdaş rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2013-cü ildə hər uşaq üçün 105 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdik ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğuin izahat verərək, iddianın təmin olunmasını, yetkinlik yaşma çatmayan 05 dekabr 2009-cu il təvəllüdlü X9 və 16 sebtyabr 2011-ci il təvəllüdlü X2 üçün o, yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğinin Cavabdeh Muxtaər oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, № 854602 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X10r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, № 854601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X10r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)- 541/2023 saylı qətnaməsindən görünür ki, X8 (Cavabdeh) ilə İddiaçı arasında 17 yanvar 2012-ci il tarixdə Ağdaş rayon Aşağı Ləki kənd icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 05 dekabr 2009-cu il təvəllüdlü Muxtarzadə (Qurbanzadə) Dinarə Rəşad qızı və 16 sentyabr 2011-ci il təvəllüdlü Muxtarzadə (Qurbanzadə) Şura Rəşad qızı anaları İddiaçı yanında saxlanılması, cavabdeh X3 (Cavabdeh) 20 fevral 2023-cü il tarixdən başlayaraq 05 dekabr 2009-cu il təvəllüdlü Muxtarzadə (Qurbanzadə) Dinarə Rəşad qızı və 16 sentyabr 2011-ci il təvəllüdlü Muxtarzadə (Qurbanzadə) Şura Rəşad qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(014)-541/2023 saylı qərardadı ilə tutulmuş müvəqqəti alimentin məbləği hazırkı qətnamə qəbul edilən günədək (14 noyabr 2023-cü il) qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı arasındakı fərq də ödənilməklə nəzərə alınması, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı və ödənilmiş dövlət rüsumunun 25 manatı X3 (Cavabdeh) tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunması qət edilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından iştirak edilməməsi barədə 21 yanvar 2024-cü il tarixli, MŞM/1/MT031/2024-01260 seriyalı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı xərc İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X9 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-541/2023 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər ay tutulan 140 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 155 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 140 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-541/2023 qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 155 (yüz əlli beş ) manat məbləğində müəyyən edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 155 (yüz əlli beş ) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-541/2023 qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 155 (yüz əlli beş) manat məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 155 (yüz əlli beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə xeyrinə verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-875/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-875/2024
01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver