Məhkəmə qərarları › İş №2(014)-880/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-880/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-880/2020 18.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsiX2nun iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “31” mart 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 886.86(səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları, 01 avqust 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 886.86(səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış «31» mart 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 (qırx) ay müddətinə «01» avqust 2019-cu il tarixə qədər aylıq qalıq borcun 3.62 % dərəcəsini tətbiq etməklə 1450 (bir min dörd yüz əlli)ABŞ dolları məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.2 və 4.1-ci bəndləri). Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə satılmışdır. (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında «31» mart2016-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Bildiririk ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiyaya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiyaya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensiyasiya ödənilməmişdən əvvəl Cavabdeh1 kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 1413.43 USD əsas borcu, 88.26 USD faiz borcu və 141.34 USD cərimə borcu olmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə həmin əsas borcdan 526.57 USD dövlət büdcəsi hesabına ödənilmiş, 88.26 USD faiz borcu və 141.34 USD cərimə borcu isə BOKT "xxxx" MMC tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Cavabdeh1və Cavabdeh216 yanvar 2020-ci il tarixli arayışa əsasən BOKT "xxxx" MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 886.86(səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla, ümumilikdə 886.86(səkkiz yüz səksən altı 86 sent) ABŞ dollarıtəşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 “iddia tələbinin dəqiqləşdirilməsi” tələbi ilə məhkəmə iclasına ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı BOKT "xxxx" MMCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə borclular Cavabdeh1 və Cavabdeh2 31 mart 2016-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə 886.86 ABŞ dolları əsas borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəməyə müraciət edildikdən sonra məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 vəfat etmişdir. Odur ki, AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın tələbinin dəqqiləşdirilməsi ilə bağlı hazırki ərizə ilə məhkəməyə müraciət edərək 886.86 ABŞ dolları əsas borcun və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasındaiddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş BOKT "xxxx" tərəfindən verilmiş 16.01.2020-ci il tarixli arayışdan məlum olurki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2BOKT"xxxx" MMCyə olan borcunun məbləği əsas məbləğ üzrə 886.86(səkkiz yüz səksən altı 86 sent)ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 886.86(səkkiz yüz səksən altı 86 sent) ABŞ dollarıtəşkil edir. İş materiallarına əlavə olunmuş 31 mart 2016-cı il tarixli LD/16091/00236 saylı kredit müqaviləsindən məlum olur, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2016-cı il tarixli LD/16091/00236 saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə «01» avqust 2019-cu il tarixə qədər aylıq borcun 3.62 % dərəcəsini tətbiq etməklə 1450 ABŞ dollarıməbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 31 mart 2016-cı il tarixli LD/16091/00236saylı Zaminlik müqaviləsindən məlum olur, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli AZ-İİ 097897 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, 24.04.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş “Ağdaş rayon Mərkəzi xəstəxanası”publik hüquqi şəxs tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli 1139 saylı arayışın surətindən məlum olur ki, ünvan 1 ünvanda yaşayan 1965-ci il təvəllüdlü Cavabdeh2 həqiqətən “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Şizofreniyanın paranoid forması” diaqnozu ilə ruhi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2016-cı il tarixli LD/16091/00236 nömrəli Kredit Sazişinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 40 ay müddətinə aylıq qalıq borcun 3.62 faiz dərəcəsi ilə 1450 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından da məlum olur ki, Cavabdeh1 24.04.2017-ci il tarixdə ölmüşdür. Ona görə də, iddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin dəqqiləşdirilməsi ilə bağlı ərizə verərək 886.86 ABŞ dolları əsas borcun və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə verilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 16 yanvar2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz və cərimə borcu məbləği hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 əsas borc üzrə 886.86 (səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 886.86 (səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları pul vəsaiti BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh2 886.86 (səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 886.86 (səkkiz yüz səksən altı 86 sent) ABŞ dolları məbləğində borc (Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və 30 manat məbləğində dövlət rüsumu BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar