Məhkəmə qərarları › İş №2(014)-884/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-884/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-884/2024 17.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı X4 cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 9345 manat pulun alınıb ona verilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, daimi qeydiyyatı Ağdam rayonu, Qasımlı ərazi dairəsi Qurtlar kəndidir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. Məhkəməyə müraciət edərək bildirir ki, əvvələr işlədiyi Bakı şəhəri 8-ci kilometr bazarından tanıdığı, tanışı və dost münasibətində olduğu 2022-ci ilin dekabr ayında ona zəng edərək işlətdiyi Vasmoy bazarındakı pendir polkasının arendası verə bilmədiyini bildirərək ondan 3000 manat pul borc istəmişdir. O. Atakişiyə 3000 manat vermiş, şifahi olaraq 1 ay içində ona pulunu qaytaracağını bildirmişdir. Aradan 1 ay vaxt keçdikdən sonra yenidən cavabdeh ona zəng edərək optavoy, və yarı qiymətə 5000 manatlıq pendir olduğunu bildirdi. Qazanacağı məbləğdən yüksək gəlir əldə edəcəyini bildirərək onu inandırmış və (rəhmətlik anasının 1-ci cümə axşamı günü) 13 yanvar 2023-cü il tarixdə ondan 4000 manat pul götürmüşdür. Qalan 1000 manatı isə 12 fevral 2023-cü il tarixdə cavabdehin KapitalBank katı hesabına köçürmüşdür. Bundan sonra cavabdeh ümumi olaraq ondan götürdüyü 8000 (səkkiz min) manat məbləği 3 aya qaytaracağı barədə könüllü iltizam tərtib emişdir. Belə ki, köhnə dost münasibətində olduğu cavabdeh onun evini satdığını və onda pul olduğunu bilirdi. Bundan sonra yenə 2023-cü ilin iyun ayının 2 də vatsapla onla danışaraq, qışdan borcla çıxdığını iş olmadığını optavoylara çoxlu borcu olduğunu bildirərək borcunu ödəyə bilməyəcəyi təqdirdə qaçacağını bildirmiş. Ona borclarını bağlamaq üçün 6000 manat pul lazım olduğunu söyləmişdir. O da Atakişiyə 6000 manatı 2 aya verəcəyini bildirmişdir. Cavabdehə 5900 manatı 2 dəfəyə, 2 iyun 2023-cü ildə 3000 manat, və 24 iyul 2023 tarixində isə 2900 manat vermişdir. Cavabdeh son dəfə 24 iyul 2023-cü il tarixdə ondan götürdüyü ümumi 13900 (on üç min doqquz) manat pul məbləği götürməsi barədə könüllü iltizam tərtib etmişdir. Cavabdeh hal-hazırda Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında arabaçı işləyir hər gün təxmini 40-60 manat qazancı vardır. Cavabdeh ondan pulları götürməsi barədə iltizamı tərtib edərkən götürdüyü pulları 10 ay içində, 2024-cü ilin may ayına qədər qaytaracağını bildirmişdir. O, cavabdehdən pullarını hər ay ardıcıllıqla, müqavilə üzərə düzgün ödəniş etməsini tələb edərək pullarını istəyəndə, xəstə olduğunu, ona olan borcunu minimal məbləğ olaraq aylara bölərək qaytaracağını bildirmişdir. Ümumilikdə cavabdehin ondan götürdüyü məbləğ 13900 manat olmuşdur. Cavabdeh ondan götürdüyü borcdan 4555 manat qaytarmışdır. Cavabdehin qaytarmadığı borcu 9345 manat təşkil edir. Cavabdehdən pullarını aylar üzərə düzgün ödəniş etməsini tələb etsədə, o işlərinin yaxşı getmədiyini bildirmişdir. Sonra isə ona əlavə vaxt verməyisini xahiş edərək qısa zamanda pulları geri qaytaracağını bildirmişdir. Aradan aylar keçmiş, sonra yenə cavabdehdən pulunu geri qaytarmağı tələb edəndə yenə cavabdeh pulunun olmadığını bildirmişdir. Cavabdeh hal hazırda ona olan borcunu etiraf etsədə, götürdüyü öhdəlik üzərə düzgün ödəniş etməkdən yayınır. Cavabdeh ondan pulları aldığı vaxtda, pulu tez bir zamanda geri qaytarmağı öhdəliyinə götürmüş lakin öhdəliyini lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdehin qeyd edilən 9345 manat borcdan 150 manat ödədiyini, lakin qalan borcu ödəmədiyini, bunu nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçıdan 13900 manat borc aldığını, həmin borcdan bir hissəsini ödədiyini, lakin 9345 manat borcu qaldığını, lakin iddiaçı məhkəməyə müraciət etdikdən sonra 150 manat ödədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materaillarında olan cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, Cavabdeh iddiaçıdan aldığı 13900 manat borcdan 4555 manat qaytardığını, iddiaçıya 9345 manat borcu olduğunu etiraf edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 2022-ci ilin dekabr ayından başlayaraq iddiaçı X1 ümumilikdə 13900 manat borc almış, buna dair iddiaçıya yazılı formada iltizam vermiş, daha sonra cavabdeh götürdüyü borcdan 4555 manat qaytarmış, lakin cavabdehin iddiaçıya 9345 manat borcu qalmışdır. Eyni zamanda cavabdeh qalan 9345 manat borcdan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 150 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçı borcun alınaraq ona verilməsini tələb edir. Eyni zamanda cavabdeh iddiaçıya 9195 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9195 (doqquz min bir yüz doxsan beş) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar