Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-885/2020 10.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı «xxxxxxxx» X5 X1 Cəmiyyətinin nümayəndəsi Ü.Cumayevin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə «xxxxxxxx» X5 X3 Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı Kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» X5 Təşkilatı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1251,24 ABŞ dolları əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilməsi, tutmanın xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox, 272 ABŞ dolları dəyərində olan,çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd) 1qaş yox əzik, 88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük,sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxx» X5 Təşkilatı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə «X4» X5 Təşkilatı MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X4» X5 Təşkilatı MMC tərəfindən Cavabdeh1 2105 ABŞ dolları məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh1 tərəfindən 48 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 1,8 % dərəcəsi tətbiq edilməklə verilmişdir. İddiaçı ləğv prosesində olan «X4» X5 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 «xxxxxxxx» BOKT MMC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Öhdəliyin icrasının təmini olaraq cavabdehlə girov müqaviləsi bağlanmışdır.Girov müqaviləsinə görə Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox, 272 ABŞ dolları dəyərində olan, çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd)1qaş yox əzik, 88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük,sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyaları cavabdeh tərəfindən girov qoyulmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 1251,24 ABŞ dolları əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh1 1251,24 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox,272 ABŞ dolları dəyərində olan, çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd)1qaş yox əzik, 88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük, sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması,satışdan əldə olunan vəsaitin borcun ödənilməsi,satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı «xxxxxxxx» BOKT MMC-nin nümayəndəsi Ü.Cumayev məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, Azərbaycan Respublikasıfiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə əsas borcdan 808,09 ABŞ dolları dövlət büdcəsi hesabına ödənilmiş, faiz borcu və cərimə borcu isə ləğv prosesində olan iddiaçı tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir.Hazırda cavabdehin 1251,24 ABŞ dolları əsas borcu vardır.Bundan başqa iş üzrə iddiaçı ləğvetmə prosesində olduğundan və Mərkəzi Bank tərəfindən kredit borclarının restruktrizasiyası üçün dövlət zəmanəti ilə kredit verilmədiyindən iddiaçı orqan tərəfindən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cavabdeh1 1251,24 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox, 272 ABŞ dolları dəyərində olan,çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd)1qaş yox əzik, 88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük, sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması,satışdan əldə olunan vəsaitin borcun ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki,bankdan kredit götürmüşdür,lakin sonradan maddi vəziyyəti pis olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Hazırda iddianın qismən təmin edilərək krediti götürdüyü gün mövcud olmuş məzənnə üzrə borcun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın ona qarşı olan hissədə rədd edilməsini xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2016-cı il tarixdə «X4» X5 Təşkilatı MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X4» X5 Təşkilatı MMC tərəfindən Cavabdeh1 2105 ABŞ dolları məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh1 tərəfindən 48 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 1,8 % dərəcəsi tətbiq edilməklə verilmişdir. İddiaçı ləğv prosesində olan «X4» X5 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 «xxxxxxxx» BOKT MMC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Öhdəliyin icrasının təmini olaraq cavabdehlə girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə görə Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox, 272 ABŞ dolları dəyərində olan, çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd)1qaş yox əzik, 88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük,sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyaları cavabdeh tərəfindən girov qoyulmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 1251,24 ABŞ dolları əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və buna əsasən əsas borcdan 808,09 ABŞ dolları dövlət büdcəsi hesabına ödənilmiş, faiz və cərimə borcu silinmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Tələb girov qoyulmuş əmlaka yönəldilməli və satışdan əldə edilən məbləğ borcun ödənilməsinə yönəldilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1251,24 ABŞ dolları (bir min iki yüz əlli bir ABŞ dolları iyirmi dörd sent) ödəniş gününə məzənnə üzrə manatla əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilsin. Tələb girov qoyulmuş Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox, 272 ABŞ dolları dəyərində olan, çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd) 1qaş yox əzik, 88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük, sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyalarına yönəldilsin. Cavabdeh1 məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 4,9 qram olan əyarı 750 üzük üzük 1 qaş yox,272 ABŞ dolları dəyərində olan,çəkisi 18,4 qram olan 583/85 üzük 5(ədəd)1qaş yox əzik,88 ABŞ dolları dəyərində olan çəkisi 5,7 qram olan əyarı 583/85 üzük,sırğa bir cüt və 124 ABŞ dolları dəyərində olan çəkisi 8,9 qram olan əyarı 583 olan bilərzik yolka əzik-qırıq qızıl zinət əşyaları açıq həracda satılaraq əldə olunan pul borcun ödənilməsinə yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-885/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-885/2020
10.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver