Məhkəmə qərarları › İş №2(014)-892/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-892/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-892/2020 30.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 234 manat əsas borcun və 126 manat hesablanmış faiz üzrə borcun, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6650 manat əsas borcun və 1800 manat hesablanmış faiz üzrə borcun, cəmi 8810 manat borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli əmri ilə ərizə təmin edilmiş, daha sonra Cavabdeh etiraz ərizəsi əsasında Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağdaş şəhəri, M.İsayev küçəsi, 35 saylı ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqısatqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən Pioner maşın kolonkasını və FLY markalı mobil telefonun alınması məqsədi ilə ona 12 ay müddətinə, yəni xx xxxxxx 2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 468 manat məbləğində,xx xxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən qızıl-zinət əşyalarının(qızıl tros sep,2 ədəd sep dəsti) alınması məqsədi ilə ona 36 ay müddətinə, yəni xx xxxx 2018-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 6840 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx xxxxxx 2015ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 234 manat ödəmiş, digər borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə isə 190 manat ödəniş etmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdehnın maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 126 manatını, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1800 manatını, tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 234 manat əsas borcun və 126 manat hesablanmış faiz üzrə borcun, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6650 manat əsas borcun və 1800 manat hesablanmış faiz üzrə borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumununtutulmasıxahişedilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi,həmçinin cavabdehin borc üzrə 300 manat ödəniş etdiyini də bildirdi. Odur ki, iddia tələbi üzrə borc məbləğindən cavabdeh tərəfindən ödənilmiş 300 manat borc məbləğinin çıxılaraq yerdə qalan hissənin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul eədərək bildirdi ki, iddiaçıdan kreditə əşyalar götürmüşdür.Lakin maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Hesab edir ki,iddiaçı tərəfindən cərimə borcu şişirdilmişdir. Odur ki,cərimə məbləğinin azaldılaraq iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, borclu Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən Pioner maşın kolonkasını və FLY markalı mobil telefonun alınması məqsədi ilə ona 12 ay müddətinə, yəni xx xxxxxx 2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 468 manat məbləğində,xx xxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən qızıl-zinət əşyalarının(qızıl tros sep,2 ədəd sep dəsti) alınması məqsədi ilə ona 36 ay müddətinə, yəni xx xxxx 2018-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 6840 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 234 manat ödəmiş, digər borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə isə 190 manat ödəniş etmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdehnın maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 126 manatını, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1800 manatını, tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir.Həmçinin cavabdeh tərəfindən borc üzrə 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 126 manat, 1800 manat, faiz borcu yox, dəbbə puludur,belə ki,tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin 1800 manat dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 6650 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 1800 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 1800 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 1400 manat həddində qiymətləndirilməli,belə olan halda ümumi borc məbləğinin 8410 manat olması nəzərə alınaraq həmin borcdan ödənilmiş 300 manat hissə çıxılmalı və hər iki müqavilə üzrə ümumilikdə 8110 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş 20 manat dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməli,10 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 234 manat əsas borc və 126 manat cərimə borcu, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6650 manat əsas borc və 1400 manat cərimə borcu,( ümumi borc məbləğinin 8410 manat olması nəzərə alınaraq həmin borcdan ödənilmiş 300 manat hissə çıxılsın) və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 8130 manat (səkkiz min bir yüz otuz manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddiaqalanhissədərəddedilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar