Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-898/2022 20.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyaların alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Super Max markalı Paltaryuyanın alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməklə 954 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindənhər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 356 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 598 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilənin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtınbda həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddəti ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz üzrə borcunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 358 manat tələb edir. Hazırda Cavabdeh ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 598 manat əsas borcu və 358 manat hesablanmış faiz üzrə borcu, cəmi 956 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 598 manat əsas borcun və 358 manat hesablanmış faiz üzrə borcun, cəmi 956 manat borcun, eləcə də dövlət hesabına ödədiyi 30 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edirək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, müddətinin keçməsinə görə öhdəliyə xitam verilməli və iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Super Max markalı Paltaryuyanın alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməklə 954 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 356 manat pul ödəmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 598 manat əsas borcu və 358 manat hesablanmış faiz üzrə borcu, cəmi 956 manat borcu yaranmış, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən maliyyə arayışından görünür ki, Cavabdeh 956 manat məbləğində borcu var və həmin borcdan 356 manat məbləğində ödəniş etmiş, xx.xx.2020-ci il tarixə 598 manat əsas borcu, 358 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonr qüvvəsini itirir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır.Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanılmış borc müqavilələrinin icrası müddəti müvafiq olaraq xx.xx.2017-ci il tarixdə başa çatmasına, cavabdehin də xx.xx.2017-c il tarixdən sonra hər hansı ödəniş etməməsinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda, iddiaçının borcalanın müqavilə üzrə borcunu tələb etmək hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən həm müqavilə müddəti bitdiyi, həm də son ödəniş edildiyi tarixdən 5 ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddəti buraxmışdır. Buna görə də məhkəmə hesab edir ki, öhdəliyə xitam verilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında öhdəliyinə xitam verilsin. İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-898/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-898/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver