Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-906/2024 28.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X5 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və nümayəndəsi Nümayəndə Fərruz qızının, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının dəyişdirilməsi (artırılması)" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının dəyişdirilməsi (artırılması)" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)- 817/2019 nömrəli qətnaməsi ilə 19 dekabr 2008-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 110 manat alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının dəyişdirilməsi (artırılması)" tələbinə dаir mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin işə mahiyyəti üzrə baxılmasına münasibətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının dəyişdirilməsi (artırılması)" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-906/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-906/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver