Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-907/2022 27.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı (iddia ərizəsində səhvən Rafail yazılmışdır) oğlu Cavabdeh qarşı borcun və faizin ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 16.07.2019-cu il tarixdə və 23.07.2019-cu il tarixdə ödənilmiş altı ədəd qəbzlə ödənilmiş ümumi məbləği 90 manat olan dövlət rüsumunu elektron məhkəmə sistemi qəbul etməmiş və qəbzlərin istifadə edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qayda ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-907/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-907/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver