Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-912/2023 03.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı Əlibala qızının, Cavabdeh iştirakları ilə İddiaçı Əlibala qızının Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlibala qızı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əlibala qızı Cavabdeh ilə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 10 oktyabr 2013-cü il təvəllüdlü X5 və 6 iyun 2015-ci il təvəllüdlü X2 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisə yaranmışdır. Bu səbəbdən də 2017-ci ildən ayrılmışlar. Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat məbləğində alimentin verilməsi müəyyən edilmişdir. Lakin cavabdeh Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti verdiyi üçün 2(107)-1052/2020 saylı 7 may 2020-ci il tarixli qətnaməsinə əsasən Ağdaş Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək hər uşağa 100 manat, cəmi 200 manat aliment müəyyən edilmişdir. 22 dekabr 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh yenidən kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda maddi vəziyyəti nəzərə alınsa uşaqlarına baxılmasında çətinlik çəkdiyi üçün cavabdehdən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Odur ki, aliment tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(107)-1052/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh birgə nikahlarından doğulmuş iki uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinin surətini və məhkəmə bildirişini almışdir. İddia tələbini qəbul etmir. Belə ki. iddiaçı iddia tələbinin əsası kimi maddi vəziyyətinin ağırlaşdığını göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Onun iddiaçı ilə aralarında qeyd edilmiş nikahları məhkəmə qaydasında pozulduqdan və birgə nikahlarından doğulan uşaqlarının 18 yaşı tamam olanadək saxlanılması üçün aliment müəyyən edildikdən sonra o, iş üzrə iddiaçı ilə evli olduğu dövrdə olduğu kimi rəsmi olaraq işsizdir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra xəstəliyi ilə əlaqədar ona dövlət tərəfindən təyin edilmiş 2-ci dərəcəli əlilliyə görə müavinət 28 fevral 2023-cü il tarixdən təyinatın müddəti bitdiyindən kəsilmişdir və hazırda müavinət də almır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti həmin müavinətin hesabına ödəyirdi, özü isə xəstə olduğundan və işləyə bilmədiyindən həmin tarixdən aliment valideynlərinin vəsaiti hesabına çətinliklə də olsa ödənilir. Aliment müəyyən edildikdən sonra iddiaçının əksi olaraq onun ailə və maddi vəzivvətində ağırlaşma istiqamətində dəyişikliklər olmasına baxmayaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Maddi vəziyyəti ağır olduğundan ona yenidən əlillik dərəcəsinin təyin edilməsi üçün həkimlərin təkidinə baxmayaraq müayinə və müalicəyə belə gedə bilmir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş vermədiyi təqdirdə, bunun əksi olaraq onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. Ailə və mülki prosesual qanunvericiliyin tələbinə görə müəyyən edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq onun etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişiklərin olması tam sübut olunur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı "Alimentin miqdarının artırılması tələb”nə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası olmadığından və iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı Əlibala qızı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh gözdən əlil olduğunu, işləmədiyini, hazırkı 200 manat məbləğində alimenti vaxtında ödədiyini, maddi imkanının yaxşı olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2018-ci il tarixli, AZ-İ № 298511 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah 29 mart 2018-ci il tarixdə pozulmuş, akt qeydləri kitabında 37 nömrə ilə qeydə alınmış, kişiyə Səfərov, arvada Səmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)- 165/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(014)-1171/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 10 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5 və 06 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin İddiaçı Əlibala qızının xeyrinə tutulması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1052/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2(014)- 165/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməsi, Cavabdeh 10 oktyabr 2013-cü il təvəllüdlü X3 və 6 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan alimentin miqdarının azaldılaraq, hər ay sabit pul məbləğində hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-36/2021 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № 12737427 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, X5 10 oktyabr 2013-cü il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır, atası Cavabdeh, anası İddiaçıdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № 12737413 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, X2 6 iyun 2015-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır, atası Cavabdeh, anası İddiaçıdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 10 oktyabr 2013-cü il təvəllüdlü X5 və 6 iyun 2015-ci il təvəllüdlü X2 adlı iki uşaqları doğulmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşayırlar, Ağdaş Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(014)- 1171/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 10 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5 və 06 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin İddiaçı Əlibala qızının xeyrinə tutulması qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1052/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2(014)-165/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməsi, Cavabdeh 10 oktyabr 2013-cü il təvəllüdlü X3 və 6 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan alimentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda iddiaçı övladları 10 oktyabr 2013-cü il təvəllüdlü X5 və 6 iyun 2015-ci il təvəllüdlü X2 barəsində Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər iki uşaq üçün 220 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 130 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı Əlibala qızının birgə nikahlarından doğulmuş 10 oktyabr 2013-cü il təvəllüdlü X5 və 6 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Əlibala qızına verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İddiaçı Əlibala qızının ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı cavabdehdən alınaraq iddiçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti, artırılan hissəyə nisbətdə 660 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Əlibala qızının birgə nikahlarından doğulmuş 10 oktyabr 2013cü il təvəllüdlü X5 və 6 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Əlibala qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı Əlibala qızının ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı Cavabdeh alınaraq iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-912/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-912/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver