Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-921/2020 29.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı «xxxxxxxx» X4 X1 Cəmiyyətinin nümayəndəsi Ü.Cumayevin Cavabdeh X.Əliyevanın iştirakı ilə «xxxxxxxx» X4 X2 Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı Kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» X4 Təşkilatı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında sadələşdililmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 713.54 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə araşdırmaya zərurət yarandığı üçün iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxxx» X4 Təşkilatı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2016-cı il tarixdə «X3» X4 Təşkilatı MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X3» X4 Təşkilatı MMC tərəfindən Cavabdeh1 1733 manat məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh1 tərəfindən 34 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 0 % dərəcəsi tətbiq edilməklə verilmişdir. Cavabdeh1nun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Şirinov Cavabdeh2 Mətanət Rəfail qızınun «X3» X4 Təşkilatı MMC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. İddiaçı ləğv prosesində olan «X3» X4 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 713.54 manat əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 713.54 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «xxxxxxxx» BOKT MMC-nin nümayəndəsi Ü.Cumayev məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, Azərbaycan Respublikasıfiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə əsas borcdan 884.46 manat dövlət büdcəsi hesabına ödənilmiş, faiz borcu və cərimə borcu isə ləğv prosesində olan iddiaçı tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Hazırda cavabdehin 713.54 manat əsas borcu vardır. Bundan başqa iş üzrə iddiaçı ləğvetmə prosesində olduğundan və Mərkəzi Bank tərəfindən kredit borclarının restruktrizasiyası üçün dövlət zəmanəti ilə kredit verilmədiyindən iddiaçı orqan tərəfindən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 713.54 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək maddi vəziyyəti pis olduğu üçün borc məbləğini ödəyə bilməyəcəyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh1iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxxx 2016-cı il tarixdə «X3» X4 Təşkilatı MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X3» X4 Təşkilatı MMC tərəfindən Cavabdeh1 1733 manat məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh1 tərəfindən 34 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 0 % dərəcəsi tətbiq edilməklə verilmişdir. Cavabdeh1nun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Şirinov Cavabdeh2 Mətanət Rəfail qızınun «X3» X4 Təşkilatı MMC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. İddiaçı ləğv prosesində olan «X3» X4 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 713.54 manat əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 713.54 manat (yeddi yüz on üç manat əlli dört qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-921/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-921/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver