Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-948/2021 22.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı 28 oktyabr 2000-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 23 avqust 2001-ci il tarixdə X5, 12 iyul 2004-cü il tarixdə X6, 29 dekabr 2010-cu il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Birgə yaşadıqları müddətdə dəfələrlə aralarında söz-söhbət olsa da, uşaqlarının xatirinə ailəni dağıtmamışdır. Lakin son zamanlar ailələrində vəziyyət çox gərginləşib, dözülməz hala gəlmiş, hər gün evlərində dava-dalaş, söz-söhbət vardır. Artıq onun da, övladalarının da psixologiyası pozulmuşdur. 2020-ci ilin iyul ayında Ramil onunla dalaşmış, gecə vaxtı onu istəmədiyini deyərək evdən qovmuşdur. Məcburən rayona anasının yanına getmişdir. Bir neçə ay orada qaldıqdan sonra uşaqlarının xatirinə əri ilə yaşadığı evə qayıtmışdır. Lakin yenə evdə söz-söhbət, dava-dalaş olmuşdur. Sonuncu davalarında Ramil ona bildirmişdir ki, onu istəmir, qanunla üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır, uşaqların alimentini ödəyəcəyini, evi satıb onlara ev də alacağını demişdir. Daha sonra Cavabdeh anasına zəng edərək gəl qızını apar, sənin qızını istəmirəm, başqa arvad alacam demişdir. İddiaçı belə qərara gəlmişdir ki, bu şəraitdə yaşamaq mümkün deyil. Uşaqlarına görə hər şeyə sussa da, onların cəmiyyətə yararsız, psixoloji travmalı böyüməsinə göz yuma bilməz. Onların ayrılmaları və uşaqlarının onunla qalması məqsədəuyğundur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2000-ci il tarixli, Vİİ-JQ seriyalı, 323524 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 28.10.2000-ci il tarixdə 108 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Zakirova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən 04.08.2004-cü il tarixdə verilmiş AZ-l № 505556 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 12 iyul 2004-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 08.02.2011-ci il tarixdə verilmiş AZ-ll № 608391 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 29 dekabr 2010-cu il tarixdə Xırdalan qəsəbəsində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 29.08.2017-ci il tarixli, AZE seriyalı, № 17383636 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 23.08.2001-ci il tarixdə Ağdaş şəhərində anadan olmaqla, Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi 26 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 28 oktyabr 2000-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. Uşaqlardan ikisi yetkinlik yaşına çatmamışdır. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anası İddiaçı himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım etmir. Hal-hazırda iddiaçı nikahın pozulmasını, uşaqların məhkəmə qətnaməsi əsasında onun himayəsində saxlanmasını, eyni zamanda onların saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. - 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. - 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. - 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. - 22.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 12.07.2004-cü il təvəllüdlü X6 və 29.12.2010-cu il təvəllüdlü X7 10 yaşına çatdıqlarına görə məhkəmə iclasında onların fikri dinlənilmiş və onlar bildirmişlər ki, anası İddiaçı yanında qalmaq istəyirlər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında qeydə alınmış 28 oktyabr 2000-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrəli nikah pozulmalıdır, tərəflərin birgə nikahından anadan olmuş 12.07.2004-cü il təvəllüdlü X6 və 29.12.2010-cu il təvəllüdlü X7 iddiaçının yanında saxlanmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 12.07.2004-cü il təvəllüdlü X3 və 29.12.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 17 mart 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalı, məhkəmənin 19.04.2021-ci il tarixli qərardadı ilə tutulmuş müvəqqəti alimentin məbləği hazırkı qətnamə qəbul edilən günədək (19 iyul 2021-ci il) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 28 oktyabr 2000-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 12.07.2004-cü il təvəllüdlü X6 və 29.12.2010-cu il təvəllüdlü X1 Günel Rahib qızının yanında saxlanılmalı, Cavabdeh 17 mart 2021-ci il tarixdən başlayaraq 12.07.2004-cü il təvəllüdlü X3 və 29.12.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaga görə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, məhkəmənin 19.04.2021-ci il tarixli qərardadı ilə tutulmuş müvəqqəti alimentin məbləği hazırkı qətnamə qəbul edilən günədək (19 iyul 2021-ci il) nəzərə alınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 28 oktyabr 2000-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 12.07.2004-cü il təvəllüdlü X6 və 29.12.2010-cu il təvəllüdlü X1 Günel Rahib qızının yanında saxlanılsın. Cavabdeh 17 mart 2021-ci il tarixdən başlayaraq 12.07.2004-cü il təvəllüdlü X3 və 29.12.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaga görə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ağdaş Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(014)-948/2021 saylı qərardadı ilə tutulmuş müvəqqəti alimentin məbləği hazırkı qətnamə qəbul edilən günədək (19.07.2021-ci il) nəzərə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-948/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-948/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver