Məhkəmə qərarları › İş №2(014)-949/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-949/2023

11.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-949/2023 11.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu X5rşı torpaq sahəsindən şirə suyunun məcburi keçməsi və qanunsuz hərəkətinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu X5rşı torpaq sahəsindən şirə suyunun məcburi keçməsi və qanunsuz hərəkətinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə Cavabdeh2 ilə qonşuluqda yaşayırlar. İddiaçı Cavabdeh2 atasına qarşı iddia qaldırmışdır. Lakin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddianı yenidən vermək istəyərkən cavabdehin atası ölmüşdür. Odur ki, iddiaçı hazırki ərizədə cavabdeh olaraq mərhumun oğlunu oğlunu qeyd etmişdir. Həmin ərazidə iddiaçının atası və iddiaçı yaşayan zaman cavabdeh rayonun Bulaqotağı kəndində yasayırdı. İddiaçı ilə qonşuluqda olmayıb. Sovet hökuməti dağılan ərəfələrdə cavabdeh iddiaçı ilə qonşuluqda torpaq alıb fərdi yaşayış evi tikdirib, ailəsi ilə birlikdə yaşayır. Bundan başqa cavabdeh oğlu X3 bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində qeyri-qanuni yolla yaşayış evi tikdirmişdir. Qanunsuz tikilən ev sökülməli və torpaq sahəsinin dövlətə-bələdiyyəyə qaytarılmasını vacib sayır. Cavabdeh qonşuluqda torpaq mülkiyyətinə sahib olmamışdan, yəni ata-baba dövründə şirə suyu axarı üçün arxxəndək keçirdi. Yəni bu şirə arx-xəndək (kanal) ona məxsus olan torpağın başlanğıc hissəsindən keçir. Cavabdehə məxsus olan torpaqdan yox, onun mülkiyyətinin yanından keçir. xx.xx.2021-ci il tarixindən iddiaçı həyətyanı torpağına keçərkən suyun gölməçəyə oxşar yığılmasını görüb maraqlanmışdır. Ərazinin hər tərəfini yoxladıqdan sonra görmüşdür ki, şirə suyu axan arx-xəndək torpaqla düzlənib. Yəni şirə suyunun axarı kəsilməsi səbəbindən su şişib, iddiaçının torpağına çıxıb və gölməçə yaradıb. İddiaçı özünə məxsus olan torpaq ərazisində suyun yığılması nəticəsində heç nə becərə bilmir. İddiaçı qonşusu olan cavabdehə yaxınlaşıb şirə suyunun axarını bağlamamasını, onun bu cür hərəkət etməməsini xahiş etmiş və ona bu hərəkəti ilə ziyan vurduğunu bildirmişdir. Qeyri-qanuni hərəkəti ilə ona zərər vurmasından könüllü əl çəkməsini xahiş etmişdir, lakin cavabdeh onu eşitməmişdir. Əlacsız qalıb Ağdaş rayon icra nümayəndəliyinə, kənd bələdiyyəsinə, Gigiyena və Epidemiologiya mərkəzinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə rəsmi qaydada müraciət etmişdir. Adı gedən dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirmiş, qanunu pozan cavabdehlə görüşmüşlər. Cavabdehin əməlinin qeyri-qanuni olduğunu bildirmişlər. Qanuna müvafiq olaraq akt tərtib edilib və rəsmi qaydada iddiaçıya cavab vermişlər. Dövlət qurumları rəhbərlərinin tövsiyələrini eşitməyən cavabdeh çirkin əməlindən əl çəkmir. Etdiyi səhvləri könüllü olaraq düzəltmək istəmir. Cavabdeh2 Mərnmədrəsul oğlu idiaçının torpağından keçən su şirəsinin qarşısını kəsib və hərəkəti ilə iddiaçıya ciddi ziyan vurub. Onunla danışıq aparmışdır. İddiaçının torpağına zərər vurmaqda davam edir. Dövlət qurumlarının qanuni tələbinə könüllü olaraq əməl etmir. Həmin şəxs hər dəfə müxtəlif bəhanələrlə öz günahını boynuna almır və iddiaçının qanuni torpağına zərər vurmaqda davam edir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətçi hüquqları kobudcasına pozulub. Qanunsuzluq nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyib. Baş vermiş özbaşınalıqdan xeyli əsəb və gərginlik keçirir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Yuxarı Qəsil kəndində su şirəsinin qarşısının alınması ilə bağlı cavabdehin qanunsuz hərəkətinə qadağa qoyulmaqla cəzalanmasına və cavabdehin hesabına arxın-xəndəyin qarşısının məcburi qaydada açılmasına və hüququnun bərpa olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu X6 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu X6 nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 5-32/2-71/2023 saylı arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır. İşin materiallarında olan 23 fevral 2021-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini İddiaçı həyətyanı sahəsinin aşağı hissəsindən keçən qurunt sularını axıdan kanalin qonşusu X2 məxsus həyətyanı sahəsinin kənarından keçən hissəsində torpaq kütləsi ilə doldurularaq qurunt sularının sərbəst surətdə axının qarşısının alınmasını nəticəsində su kütləsinin toplanması gələcəkdə müəyyən fəsadlar törədəcəyi barədə Ağdaş rayon Gigiyena və Epidomologiya mərkəzinə 08 fevral 2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Aparılan araşdırmalarda məlum olmuçdur ki, həqiqətən də qurunt sularını axıdan kanal mövcud olmuşdur və qanunsuz olaraq vətəndaş Cavabdeh2 məxsus həyətyanı sahə kənarından keçən hissəsi məhz Cavabdeh2 tərəfindən torpaq kütləsi ilə qarşısı kəsilərək durğun su mənbəyi yaradılmışdır. Bu da ki, xüsusilə ağcaqanad, mığmığa və sair artımı üçün real şərait yaratmış, bir sıra xəstəliklərin (malyariya, leyşmaniya) yaranma təhlükəsi törətmişdir. Odur ki, həmin qurunt sularının axıdılması üçün dərhal xətt bərpa olunmalıdır. İşin materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 24 fevral 2021-ci il tarixli, 184 saylı məktubdan görünür ki, Ağdaş rayon Gigiyena və X4 Yusif Vəli oğlunun həyətyanı sahəsinin aşağı hissəsindən keçən, qurunt sularını axıdan xəttin qonşusu X1 həyətyanı sahəsinin kənarından keçən hissəsinin torpaq kütləsilə doldurulduğu, nəticədə həmin suların durğun göl əmələ gətirdiyi barədəki 08 fevral 2021-ci il tarixli ərizəsinə baxılmışdır. Ağdaş RİH Baçısının Qəsil kənd X11 üzrə nümayəndəliyi, Yuxarı Qəsil kənd Bələdiyyəsinin iştirakı şəraitində keçirilən araşdırmalarda məlum olunmuşdur ki, həqiqətən də vətandaş Cavabdeh2 həyatyanı sahəsinin kənarından keçən, mövcüd qurunt sularının axıdılması üçün nəzərdə tutulan xətti torpaq kütləsilə doldurararq qurunt sularının ərazidən uzaqlaşdırılamasına süni maneə yaratmışdır. Bunun nəticəsi olaraq həmin hissədə durğun suların toplantısı müşahidə olunmuşdur. Bu da ki, gələcəkdə xüsusilə ilin isti mövsümlərində ağcaqanad, mığmığa və s. inkişaf edərək çoxalması, sakinlər arasında müvafiq xəstəliklərin (malyariya, leyşmanioz) baş verməsi təhlükəsi üçün real şərait yaradır. Tərəflərindən həmin hissənin dərhal torpaq kütləsindən təmizlənməsi, qurunt sularının axınının əvvəlki qaydada təmin olunması üçün vətandaş Cavabdeh2 qəti tapşırıq verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29 mart 2021-ci il tarixli, 538 saylı məktubdan görünür ki, İddiaçı qonşusu Qurbanov Məmmədrəsul həyətinin kənarından keçən qurunt və axıntı sularının axmasına maneə yaratmışdır. Bu səbəbdən qurunt və axıntı suları İddiaçı həyətində su mənbəyi yaradır. Qurunt və axıntı suları axıdılan kanal bərpa olunmalıdır. Kanal bəroa etmək üçün kənd bələdiyyəsi ilə birgə aidiyyatı orqanlara və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mübahisəli ərazidə məhkəmə tərəfindən yerində müayinə aparılaraq müəyyən edilmişdir ki, iddiaçının həyətinən keçən zəruri su yolu axın üzrə ondan sonrakı qonşusu Cavabdeh2 tərəfindən əvvəlcə doldurulmuş, sonradan isə natamam vəziyyətdə qismən açılmışdır. Bununla da həmin arxda olan suyun axının gur vaxtında İddiaçı həyətində daşması ilə nəticələnməsi mümkündür. Müvafiq fotoşəkillər çəkilərək işin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 İddiaçı qonşuluqda yaşayır. Cavabdehin həyətyanı sahəsinin kənarından keçən, mövcud qurunt sularının axıdılması üçün nəzərdə tutulan arx cavabdeh tərəfindən öz hissəsində torpaq kütləsi ilə doldurularaq qurunt sularının ərazidən uzaqlaşdırılmasına süni maneə yaratmış, həmin hissədə qurunt sularının axarı olmadığı üçün suların toplantısı müşahidə olunmuşdur və bu da iddiaçının həyətinə zərər dəyməsinə səbəb olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 4-cü bəndinə əsasən torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərindəki hüquqlardan ibarətdir. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət kimi istifadə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq subyektin ona məxsus əmlaka (əşyaya) öz istətidiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan başqa, iddiaçının cavabdehin cəzalanmasına dair tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin cəzalandırılması və məsuliyyətə cəlb edilməsi mülki qanunvericiliyin baxış predmeti deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində su şirəsinin qarşısının alınması ilə bağlı cavabdehin qanunsuz hərəkətinə qadağa qoyulmalı və cavabdehin hesabına arxın-xəndəyin qarşısı məcburi qaydada açılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayonu, Yuxarı Qəsil kəndində su şirəsinin qarşısının alınması ilə bağlı cavabdehin qanunsuz hərəkətinə qadağa qoyulsun və cavabdehin hesabına arxınxəndəyin qarşısı məcburi qaydada açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar