Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-963/2024 21.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Zamanova (Şirinova) Afərdə Miri qızının iştirakları ilə, İddiaçı Zamanova (Şirinova) Afərdə Miri qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zamanova (Şirinova) Afərdə Miri qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 26 fevral 2008-ci il təvəllüdlü X6, 14 avqust 2009-cu ildə anadan olmuş X4, 24 iyun 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş ümumilikdə 270 manat olan alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 235 manat olmaqla cəmi 705 manat miqdarında alimentin və mediasiya rüsumu 50 manat pulun Cavabdeh, Zamanov (Şirinova) Afərdə Miri qızının xeyrinə iddia ərizəsi verilən gündən hesablanmaqla tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 125/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş X10, X9, X7 adlı üç uşaqlarının saxlanması üçün Cavabdeh onun xeyrinə 270 manat aliment tutulması qət edilmişdir. Birgə nikahlarından anadan olmuş 26 fevral 2008-ci il təvəllüdlü X10, 14 avqust 2009-cu ildə anadan olmuş X9, 24 iyun 2013-cü il tarixdə anadan olmuş X7 onun himayəsindədirlər. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bu aliment məbləği yetərli deyildir. Hal-hazırda mövcud ağır iqtisadi vəziyyətdə o övladlarını bu alimentlə təmin edə bilmir. Övladlarını tək ana kimi saxlamaqda çətinlik çəkir. Son dövrlərdə baş vermiş qiymət artımları prosesində cavabdehin ödəməli olduğu 270 manat aliment övladının saxlanmasını təmin edə bilmir. Cavabdeh isə kifayət qədər qazanc əldə edir. Maddi imkanı uşaqlarını saxlamağa imkan verir. Lakin o, əvvəllər müəyyən edilmiş az miqdarda alimentini xeyli müddətdir ki, qərəzli olaraq ödəmir. İddiaçı Zamanova (Şirinova) Afərdə Miri qızı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, aliment kəsilsə də, heç vaxt ala bilməmişdir. Şikayət etsə də, aliment 1-2 dəfə verilmiş, sonra yenə dayanmışdır. Kirayədə qalır, uşaqları təhsil ala bilmirlər. Bir qızı təhsil alır, cavabdeh heç vaxt ona köməklik etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli AZ-İ 358672 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikah 28 fevral 2019-cu il tarixdə pozulmuşdur. İşin materiallarında olan 06 may 2024-cü il tarixli Mediasiya Şurası Bakı 4 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 06 may 2024-cü il tarixində saat 14:00-da Zamanova (Şirinova) Afərdə Miri qızı və Cavabdeh iştirak etmişdir. Mediasiya prosesini davam etdirməyə Zamanova (Şirinova) Afərdə Miri qızı razılıq verməmişdir. Zamanova (Şirinova) Afərdə Miri qızı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan “X17” MMC tərəfindən verilmiş 22 may 2024-cü il tarixli 3894 saylı arayışdan görünür ki, Zamanova (Şirinova) Afərdə Miri qızına “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya “ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən ünvan 2ydiyyatsız olaraq yaşayır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2024-ci il tarixli, 3-16-5/8-Z-69-1280-1/2024 saylı doğum haqqında arayışdan görünür ki, X9 14 avqust 2009-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2024-ci il tarixli, 3-16-5/8-Z-69-1280/2024 saylı doğum haqqında arayışdan görünür ki, X7 24 iyun 2013-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2024-ci il tarixli, 3-16-5/8-Z-69-1280-2/2024 saylı doğum haqqında arayışdan görünür ki, X10 26 fevral 2008-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İşin materiallarında olan AR Ağdaş RİHB-nın Ağzıbir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli 5-32-12/2-349/2024 saylı məktubdan görünür ki, Cavabdeh Ağdaş rayon Ağzıbir kəndində qeydiyyatda olsa da, uzun müddətdir ki, Rusiya Federasiyası ərazisində yaşayır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 28 fevral 2019-cu il tarixli 2(014)-125/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında 30 aprel 2007-ci il tarixdə 12 nömrə ilə Ağdaş rayon Ağzıbir kənd İcra nümayəndəliyində qeydə alınmış nikahın pozulması, 26 fevral 2008-ci il təvəllüdlü X6, 14 avqust 2009-cu ildə anadan olmuş X4, 24 iyun 2013-cü il tarixdə anadan olmuş X2 anaları X3 yanında saxlanılmaları, Cavabdeh 15 oktyabr 2018-ci il tarixdən başlayaraq 26 fevral 2008-ci il təvəllüdlü X6, 14 avqust 2009-cu ildə anadan olmuş X4, 24 iyun 2013-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat, cəmi 270 manat alimentin tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 26 fevral 2008-ci il təvəllüdlü X10, 14 avqust 2009-cu il təvəllüdlü X9, 24 iyun 2013-cü il təvəllüdlü X7, anadan olmuşlar. Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(014)-125/2019 saylı qətnaməsi ilə Cavabdeh 15 oktyabr 2018-ci il tarixdən başlayaraq 26 fevral 2008-ci il təvəllüdlü X6, 14 avqust 2009-cu ildə anadan olmuş X4, 24 iyun 2013-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat cəmi 270 manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaqlar üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafelərini, onunla bağlı olan məsrəflərin artdığını nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən hər uşaq üçün 90 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə Zamanova (Şirinova) Afərdə Miri qızının birgə nikahlarından anadan olmuş 26 fevral 2008ci il təvəllüdlü X10, 14 avqust 2009-cu il təvəllüdlü X9, 24 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment alınaraq Zamanova (Şirinova) Afərdə Miri qızına verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1800 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(014)-125/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə Zamanova (Şirinova) Afərdə Miri qızının birgə nikahlarından anadan olmuş 26 fevral 2008-ci il təvəllüdlü X10, 14 avqust 2009-cu il təvəllüdlü X9, 24 iyun 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq Zamanova (Şirinova) Afərdə Miri qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-963/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-963/2024
21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver