Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-964/2020 19.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi Musayev Seymur Əlövsət oğlunun iştirakı ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi»tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «14» iyul2015-ci il tarixli, LD**********saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2315.00 (iki min üç yüz on beş) manat, «14» iyul 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 730.15 (yeddi yüz otuz 15 qəpik) manat, cərimə üzrə 231.50 (iki yüz otuz bir 50 qəpik) manat olmaqla ümumilikdə 3276.65 (üç min iki yüz yetmiş altı 65 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh X2 Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Təşkilatı "X1” MMC-nin Ağdaş filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə xx xxxx 2017-ci il tarixə qədər illik 38 % dərəcəsini tətbiq etməklə 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1. 2.2 və 4.1-ci bəndləri).BOKT “X1” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı X2 Təşkilatı "X1” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bildiririk ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiyaya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiyaya düşüb-düşməməsi dəqiqləşdirilmişdir.Belə ki, dövlət büdcəsi vəsaiti hesabına Cavabdeh görə iddiaçıya kompensasiya ödənilməmişdir. Cavabdeh xx xxx 2020-ci il tarixli arayışa əsasən BOKT "xxxxxxxx" MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 2315.00 (iki min üç yüz on beş) manat, faiz üzrə 730.15 (yeddi yüz otuz 15 qəpik) manat, cərimə üzrə 231.50 (iki yüz otuz bir 50 qəpik) manat olmaqla ümumilikdə 3276.65 (üç min iki yüz yetmiş altı 65 qəpik) manat təşkil edir. İddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi Musayev Seymur Əlövsət oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2(014)-964/2020 saylı məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi haqqında qərardaddan məlum olur ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi»tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi qərara alınmış və iş dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2(014)-964/2020 saylı qərardaddan məlum olur ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi»tələbinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş X1 MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə kreditin ödəmə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə 3276.65 (üç min iki yüz yetmiş altı 65 qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli LD/15195/00163 saylı kredit müqaviləsindən məlum olur ki, BOKT «xxxxxxxx» MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli LD/15195/00163 saylı kredit müqaviləsinə Əlavə №1-dən məlum olur ki, Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə xx xxxx 2017-ci il tarixə qədər illik 38 % dərəcəsini tətbiq etməklə hər ay 137 manat olmaqla 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/3030 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, bank tərəfindəjn təqdim edilən maliyyə arayışı (C.İ.V 5) və xx.xx.2015-ci il tarixli, LD/15195/000163 №-li kredit müqaviləsi şərləri əsas götürməklə Cavabdeh “xxxxxxxx” MMC-yə olan borcu 3045.15 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 2315.00 manat, faiz borcu üzrə 730.15 manat. Cavabdeh ilə “X1” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/15195/000163 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin MMC tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında MMC gecikmələrə görə cərimə hesablamamışdır. Ona görə də hazırki tədqiqatla Cavabdeh müqavilə üzrə cərimə hesablanmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X2 Təşkilatı "X1” MMC-nin Ağdaş filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə xx xxxx 2017-ci il tarixə qədər illik 38 % dərəcəsini tətbiq etməklə 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh 2315.00 (iki min üç yüz on beş) manat, faiz borcu üzrə 730.15 (yeddi yüz otuz 15 qəpik) manat, cərimə üzrə 231.50 (iki yüz otuz bir 50 qəpik) manat olmaqla ümumilikdə 3276.65 (üç min iki yüz yetmiş altı 65 qəpik) manat borc hesablanmışdır. İş üzrə Cavabdeh məhkəmə iclasında qeyd edilən borc məbləği ilə razı olmadığını və iş üzrə məhkəmə mühasibat ekspertizasının təyin edilməsini xahiş etmiş, məhkəmə-mühasibat ekspertizasının ekspert rəyi ilə əsas borc üzrə 2315.00 manat, faiz borcu üzrə 730.15 manat müəyyən olunmuşdur. Lakin MMC tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında MMC gecikmələrə görə cərimə hesablamadığından, ekspert rəyi ilə Cavabdeh müqavilə üzrə cərimə hesablanmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 231.50 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı 50 AZN həddində müəyyən etməyi məqsədə müvafiq hesab edir. Ona görə də, iddia qismən təmin edilməli, Cavabdeh «14» iyul2015-ci il tarixli, LD**********saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2315.00 (iki min üç yüz on beş) manat, «14» iyul 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 730.15 (yeddi yüz otuz 15 qəpik) manat, cərimə üzrə 50 (əlli) manat olmaqla ümumilikdə 3095.15 (üç min doxsan beş 15 qəpik) manat məbləğində borc alınaraq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, BOKT «X1» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.--1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. «14» iyul2015-ci il tarixli, LD**********saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2315.00 (iki min üç yüz on beş) manat, «14» iyul 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 730.15 (yeddi yüz otuz 15 qəpik) manat, cərimə üzrə 50 (əlli) manat olmaqla ümumilikdə 3095.15 (üç min doxsan beş 15 qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, xx.xx.1955-ci ildə Ağdaş rayon, Pirəzə kəndində anadan olmuş, Ağdaş rayon, Pirəzə kəndində yaşayan Cavabdeh alınaraq BOKT «xxxxxxxx» MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-964/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-964/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver