Məhkəmə qərarları › İş №2(014)-965/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-965/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-965/2024 17.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 7962.85 manat, faiz borcu üzrə 740 manat, cərimə üzrə 500 manat borcları olmaqla cəmi 9202.85 manat məbləğində borcun və 113 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərin gəlirləri hesabına BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 11 noyabr 2020-ci ıl tarixdə bağlanmış AgdFQK-2201 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit Müqaviləsi” adlanacaq) əsasən cavabdehə 12 ay güzəşt müddəti ilə heyvandarlıq təsərrüfatının inkişaf etdirmək məqsədilə 36 ay müddətinə, illik faiz dərəcəsi 23.9 % olmaqla cəmi 10000 (on min) manat məbləğində kredit verilmişdir . Cavabdehə əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə Əlavədə göstərilmiş qrafik üzrə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı BOKT "xxxx" MMC Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında 11 noyabr 2020-ci il tarixində müvafiq olaraq ZMAgFQK-2201-1 və ZMAgFQK-2201-2 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra iddiaı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək Kredit müqaviləsində nəzərdə tutulmuş məbləği cavabdehin hesabına köçürmüşdür. Lakin cavabdeh və zaminlər kredit müqaviləsinin şərtlərini pozaraq 2022-ci ilin may-sentyabr aylarında ahylıq kredit borcu ödənişlərini həyata keçirməmiş, 2022-ci ilin oktyabr ayından isə qeyrimüntəzəm şəkildə aylıq kredit borc məbləğindən çox az miqdarda ödənişlər edərək kredit ödənişlərini gecikdirmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklər lazımınca və vaxtında yerinə yetirilməmişdir. Gecikdirilmiş ödənişlərlə bağlı cavabdehlərin iddiaçıya vurduğu xeyli miqdarda maddi zərərə baxmayaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcundan daha çox məbləğdə gecikdirilmiş faiz və cərimə məbləğinin hesablanmasını cavabdehlərə güzəşt edərək təsisçilərin növbədənkənar Ümumi yığıncağının 28 mart 2023-cü il tarixli, 004-UY/xx/xx/2023 saylı qərarı əsasında 28 mart 2023-cüil tarixdən cavabdehlərin 8257.50manat məbləğində qalı krediti üzrə faiz və cərimə hesablanmması dayandırılmışdır. 30 oktyabr 2023-cü il tarixdə aylıq ödəniş məbləği 200 manat olmaqla kredit müqaviləsi və zaminlik müqavilələrinin müddəti uzadılaraq cavabdehlərə mümkün bütün güzəştlərin tətbiq edilməsinə baxmayaraq bundan sonra yalnız bir dəfə kredit ödənişi həyata keçirən cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirməmişdir. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin İddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər tərəfdən MM-nin 743-cü maddəsinə müvafiq olaraq əgər cavabdehin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılmasının tələbi üçün təhlükə yaradarsa iddiaçı borcun dərhal qaytarılmasını tələb edə bilər. Kredit müqaviləsinin 5.3-cü və zaminlik müqaviləsinin 1.4-cü bəndlərinə əsasən, cavabdehlər kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, cavabdehlər iddiaçının xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə cavabdehdirlər. Bundan əlavə həmin kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən iddiaçı cavabdehlərin kredit müqaviləsinin şərtlərini yerinə yetirməməsi nəticəsində vurduğu ziyanı tələb etmək hüququna malikdir. Belə ki, 03 iyun 2024-cü il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərin bu günə əsas borc üzrə 7962.85 manat, faiz borcu üzrə 740 manat, cərimə üzrə 500 manat borcları olmaqla cəmi 9202.85 manat məbləğində borcları yaranmışdır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nın nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlərə 11 noyabr 2020-ci ildə 3 illik müddətə 10000 manat kredit verilmişdir. 30 oktyabr 2023-cü il tarixdə aylıq ödəniş məbləği 200 manat olmaqla kredit müqaviləsi və zaminlik müqavilələrinin müddəti uzadılaraq cavabdehlərə mümkün bütün güzəştlərin tətbiq edilməsinə baxmayaraq bundan sonra yalnız bir dəfə kredit ödənişi həyata keçirmişdirlər. Buna görə də məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş 230/QK saylı, 03 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2201 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixə ümumi borcu 9202.85 (doqquz min iki yüz iki manat, səksən beş qəpik) manat təşkil edir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 göndərilmiş 20 iyul 2022-ci il, 06 yanvar 2023-cü il və 18 oktyabr 2023-cü il tarixli vaxtı keçmiş kredit borcu barədə bildirişlərdən (xəbərdarlıq) görünür ki, BOKT "xxxx" MMC borcalana və zaminlərə kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, ZMAgFQK-2201-1 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2201 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, ZMAgFQK-2201-2 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2201 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2201 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23.9 % olmaqla cəmi 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 113 (yüz on üç) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2201 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23.9 % olmaqla cəmi 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə BOKT "xxxx" MMC tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun MMC-yə ümumilikdə 9202.85 (doqquz min iki yüz iki manat səksən beş qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini ərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.q Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 7962.85 (yeddi min doqquz yüz altmış iki manat səksən beş qəpik) manat, faiz borcu üzrə 740 (yeddi yüz qırx) manat və cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, cəmi 8752.85 (səkkiz min yeddi yüz əlli iki manat səksən beş) manat məbləğində borc və 107.52 (yüz yeddi manat, əlli iki qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 7962.85 (yeddi min doqquz yüz altmış iki manat səksən beş qəpik) manat, faiz borcu üzrə 740 (yeddi yüz qırx) manat və cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, cəmi 8752.85 (səkkiz min yeddi yüz əlli iki manat səksən beş) manat məbləğində borc və 107.52 (yüz yeddi manat, əlli iki qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar