Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-967/2021 19.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğvi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğvi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 137514/19 saylı, 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən təşkilat tərəfindən cavabdehə 30 (otuz) ay müddətinə 28% olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ilə 07.01.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasını təmin edilməsi üçün xəbərdar edilsələr də, cavabdehlər iddiaçıya olan borcu qaytarmaqdan boyun qaçırırlar. 09.03.2021-ci il tarixli maliyyə arayışına əsasən 137514/19 saylı, 07 yanvar 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh2, iddiaçı "İddiaçı" Bank Olmayan Kredit X1 Cəmiyyətinə əsas borca görə 1553,58 manat, faiz borcuna görə 625,91 manat, cərimə borcuna görə 1758,87 manat olmaqla ümumilikdə 3938,36 manat (üç min doqquz yüz otuz səkkiz manat otuz altı qəpik) manat borcu yaranmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qanunvericiliyin tələblərini pozaraq təşkilat qarşısında üzərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınırlar. Ona görə də təşkilat hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 137514/19 saylı, 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə əsas borca görə 1553,58 manat, faiz borcuna görə 625,91 manat, cərimə borcuna görə 1758,87 manat olmaqla ümumilikdə 3938,36 manat (üç min doqquz yüz otuz səkkiz manat otuz altı qəpik) məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, pandemiya ilə əlaqədar olaraq gəlirləri olmamış və buna görə də öhdəliyini vaxtında icra edə bilməmişdir. Hazırda faiz və cərimə silinəcəyi təqdirdə qalan borcunu hər ay 40 manat olmaqla ödəyəcəyindən, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında baglanmış 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh2 ev təmiri üçün 30 ay müddətinə, illik 28% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.01.2019-cu il tarixli, № KAAgd137514/19 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh4 arasında bağlanmış 07.01.2019-cu il tarixli, № KAAgd137514/19 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında bağlanmış 07.01.2019-cu il tarixli, № KAAgd137514/19 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 07.02.2019-cu il tarixdən başlayaraq 07.02.2021-ci il tarixədək hər ay 117 manat kredit ödənişi etməli idi. İşin materiallarında olan 09 mart 2021-ci il tarixli, 65 saylı arayışdan görünür ki, Cavabdeh2 09.03.2021-ci il tarixədək CAAgd137514/19 saylı kredit müqaviləsi üzrə, əsas borc üzrə 1553,58 manat, faiz borcu üzrə 625,91 manat, cərimə borcu üzrə 1758,87 manat, ümumilikdə 3938,36 manat borcu vardır. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 ünvanlanmış 24.04.2020ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 ev təmiri üçün 30 ay müddətinə, illik 28% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 1553,58 manat, faiz borcu üzrə 625,91 manat, cərimə borcu üzrə 1758,87 manat, cəmi 3938,36 manat məbləğində borcu yaranmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə zaminlər arasında bağlanmış 07.01.2019-cu il tarixli, № KAAgd137514/19 saylı zaminlik müqaviləsinə əsasən kreditorla borcalan arasında bağlanmış 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit müqaviləsinə əsasan kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 07.01.2019-cu il tarixli, № CAAgd137514/19 saylı kredit razılaşması üzrə cərimə borcu 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 1553,58 (min beş yüz əlli üç manat əlli səkkiz qəpik) manat əsas, 625,91 (altı yüz iyirmi beş manat doxsan bir qəpik) manat faiz, 175 (yüz yetmiş beş) manat cərimə, ümumilikdə 2354,49 (iki min üç yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 1553,58 (min beş yüz əlli üç manat əlli səkkiz qəpik) manat əsas, 625,91 (altı yüz iyirmi beş manat doxsan bir qəpik) manat faiz, 175 (yüz yetmiş beş) manat cərimə, ümumilikdə 2354,49 (iki min üç yüz əlli dörd manat qırx doqquz qəpik) manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-967/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-967/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver