Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-976/2022 19.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc və borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc və borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh adlı xanımla yaşadıqları Bakı şəhəri, Xətai rayonu ərazisində ki, “Bolluq” market mağazasında işləyərkən tanış olmuşlar, sonradan onunla yaxın rəfiqə kimi daima səmimi münasibətdə olmuşlar. Cavabdeh onun yaşadığı evə gəlir, o da uşaqları ilə birlikdə onun kirayədə yaşadığı evə gedibgəlirdi. 2021-ci ilin 08 iyul tarixində Cavabdeh ona problemi olduğunu, onu həll etmək üçün təcili 1000 manat borc pul lazım olduğunu, əgər pulu kimdənsə tapıb versə, o, bir ay müddətində həmin pulu qaytaracağını bildirmişdir. Bir həftə sonra o, etibarlı olan qonşusundan 1000 manat alıb Afiqəyə bacısının problemini həll etmək üçün kirayədə qaldığı Xətai rayon ərazisindəki mənzildə ona vermişdir. Borc pulu Afiqə ondan götürərkən bir daha əmin etmişdir ki, bacısının lombarddan qızıl-zinət əşyalarını götürüb sataraq borcu qaytaracaqdır. Ona borc verdiyindən 2 ay müddət keçsə də pulu qaytarmamışdır. Bir neçə gün sonra Afiqə gəlib yenidən bacısının ağır problemlə üzləşdiyini bildirib əlavə 3000 manat borc pul tapmağını istəmiş və bacısının tək ana olduğunu, uşağının ağır xəstə olduğunu, müalicə üçün pul lazım olduğunu bildirmişdir. Hətta Afiqə onu tam inandırmaq üçün bacısının ailə başçısını itirdiyinə görə uşağına təyin olunduğu aylıq 375 manat pensiya məbləğində aldığı pensiya kartını da ona vermişdir. O, özü də iki övlad anasıdır və tək anadır. Bütün bunları nəzərə alaraq həmin qonşudan 3000 manat borc alıb cavabdeh Afiqəyə vermiş, Afiqənin verdiyi pensiya kartından 2 dəfə 375 manat, cəmi 700 manat çıxarmışdır. Noyabr 2021-ci il tarixdə həmin kartı bankomat aparatına daxil etdikdə hesabda pul aşkar olunmadığını, sonradan Afiqəyə mobil telefonu ilə zəng edərək kartda pul olmadığını bildirmiş, Afiqə isə mobil telefonu ilə ona mesac yazaraq bacısının lombarda borcu olduğu üçün kartdan lombard pulu çıxardığını, eybi yox gələn dəfə sən alarsan demişdir. Artıq rəfiqə dediyi Cavabdeh tərəfindən aldadıldığını hiss etmiş və Bakı şəhəri, Xətai Rayon Polis Şöbəsinin 36-cı Polis Bölməsinə şikayət ərizəsi yazmış, 2021-ci ilin noyabr ayında Xətai Rayon Polis Şöbəsinin 36-cı Polis Bölməsindən xx.xx.2021-ci il tarixli 104-18173ə-3221 saylı məktub hazırlansa da Polis Bölməsinin əməkdaşı (icraçısı) Samir Hüseynov məktubu yubadaraq ona göndərməmiş və nəhayət özü 22 fevral 2022-ci ildə Bölməyə gedərək məktubu götürmüşdür. Bir neçə dəfə Cavabdeh aldığı 4000 manat borc pulu qaytarması üçün telefonla zəng edərək bildirsə də, borclu müxtəlif bəhanələrlə aldığı 4000 manat borc pulu qaytarması üçün dəfələrlə telefonla zəng edərək bildirsə də borclu müxtəlif bəhanələrlə aldığı borc pulu qaytarmaqdan boyun qaçırır, hətta ona yazdığı mobil telefon mesacları ilə borcu qaytarmayacağını bildirir. Belə ki, cavabdeh 20 noyabr 2021-ci il tarixdən qanunsuz olaraq borc məbləğini ödəməkdən boyun qaçırır. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən o, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırma, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Cavabdeh tərəfindən ödənilməli olan özgəsinin pul vəsaitindən qanunsuz olaraq 20 noyabr 2021-ci ildən 03 mart 2022-ci il tarixə qədər faiz məbləği 500 manat təşkil edir. Odur ki, Cavabdeh borcun məbləği olan 4000 manatın, faiz məbləği olaraq 500 manat miqdarında vəsaitin onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehin ona verdiyi kartdan 3 dəfə 375 manat olmaqla cəmi 1.125 mnaat məbləğində pul çıxarmışdır, hazırda cavabdehin ona 2.875 manat borcu qalmışdır. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində İddiaçı uşağının müəllimi kimi tanıdığını, İddiaçı yaxın rəfiqəsi olan Cavabdeh pula ehtiyacı olduğunu və buna görədə İddiaçı ondan 2021-ci ilin iyul ayında 1000 manat, daha sonra 3000 manat məbləğində rəfiqəsi Cavabdeh vermək üçün borc pul aldığını, həmin pulu onun iştirakı ilə Cavabdeh verdiyini, borcdan 1125 manat qaytarıldığını, qalan borcun qaytarılmadığını bildirdi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 36cı Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 104-18173Ə-3221 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə daxil olmuş ərizəsinin icrası ilə əlaqədar bildirilmişdir ki, ərizəsində qeyd olunan xüsusatlar məhkəmə aidiyyəti olduğundan mövcud məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan “Whatsapp” sosial şəbəkə vasitəsi ilə olan yazışmaların screen edilmiş surətlərindən görünür ki, Afaq adlı şəxs iddiaçıdan müxtəlif vaxtlarda ona borc pul verməsini xahiş etmiş, alacağı pulu hissə-hissə əmək haqqı aldıqda geri qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan pensiya kartını verərək ümumilikdə 4000 manat məbləğində borc pul almış, iddiaçı həmin pensiya kartından vermiş olduğu pul üçün üç dəfə 375 manat olmaqla, ümumilikdə 1125 manat pul çıxarmış, qalan puldan heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli tələb olunan 4000 manat məbləğində borcdan 1125 manat silinməli, cavabdehdən 2.875 manat məbləğində borc, 51 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməli, əsassız olduğu iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.875 manat borc, 51 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.926 (iki min doqquz yüz iyirmi altı) manat alınaraq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-976/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-976/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver