Məhkəmə qərarları › İş №2(015)-1006/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1006/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1006/2024 22.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi, saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq bir uşağın saxlanması üçün alimentin miqdarını artıraraq 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya üçün ödədiyi pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, 2017-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuş, lakin nikahı rəsmiləşdirilməmişdir. Evliliklərindən xx.xx.2018-ci ildə Yusif adlı bir uşağı anadan olmuşdur. Cavabdehlə ayrı yaşayırlar, uşaq onun himayəsindədir. Uşağın saxlanması üçün Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün 130 manat aliment tutulması qət edilmişdir. Heç bir yerdə işləmir uşağa baxması get-gedə daha da çətinləşir. Ona görədə xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi, saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq bir uşağın saxlanması üçün alimentin miqdarını artıraraq 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya üçün ödədiyi pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəfin izahatından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X2 İddiaçı Cavabdeh oğludur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-196/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh 06 yanvar 2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir. Qanunvericiliyə əsasən aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı öz tələbində də cavabdehin yüksək əmək haqqı almasını qeyd etmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının artırılmasının əsas ola biləcək hə yansı bir mötəbər sübütü mövcud deyil. Bu halda hazırki iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək gəlir əldə etməsi ilə əlaqədar mülki işin materialarında hər hansı bir sübutun olmamasını, həmçinin uşağın əvvəlki təminatının səviyyəsini, iddiaçının istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar